Vasif Talıbovu Naxçıvana buraxmırlar?

Vasif Talıbovu Naxçıvana buraxmırlar?Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun personası ətrafında yaranmış ajiotaj davam edir.

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) muxtar respublikada ard-arda keçirdiyi əməliyyatlardan sonra Talıbovun "çırağı"nın söndüyünə dair ehtimallar gündəmə gəldi. Naxçıvan "xan"ının təcili Bakıya çağırılması və uzunmüddətli məzuniyyətə göndərilməsindən sonra bu ehtimallar daha da qüvvətləndi.

Yenisabah.az bildirir ki, təxminən 30 ildən sonra hüquq-mühafizə orqanlarının Naxçıvanda əməliyyat keçirməsi cəmiyyəti silkələyib. Toxunulmazlığı ilə ad çıxaran Ali Məclis sədrinin ən yaxın adamlarının bir-birinin ardınca məhbəsə göndərilməsi çoxsaylı suallar doğurdu. Hələ də bir çox analitik Naxçıvan hadisələrinin pərdəarxasını çözməyə, hadisələrin bundan sonrakı inkişafına dair proqnoz verməyə çətinlik çəkir.

Nəşr qeyd edir ki, yaxın günlərdə Naxçıvanda həbslərin növbəti dalğası başlayacaq. Mənbə deyib ki, hüquq-mühafizə orqanlarının peşəkar əməkdaşlarından təşkil olunmuş və bir müddət əvvəl Naxçıvana ezam edilmiş xüsusi qrup növbəti həbslər üçün zəmin hazırlayıb. Onların qısa müddət ərzində kifayət qədər sanballı dəlillər topladığı bildirilir.

Məlumatlı şəxsin sözlərinə görə, Vasif Talıbovun Naxçıvana qayıtmaması bu prosesi bir qədər də sürətləndirib. Müsahibimiz Ali Məclis sədrinin Naxçıvana buraxılmadığını deyib. Onun fikrincə, bunda əsas məqsəd hüquq-mühafizə orqanlarının əməkdaşlarının muxtar respublikada daha sərbəst fəaliyyət göstərməsini təmin etməkdir. Vasif Talıbovun "kölgə"sini üzərlərində hiss etməyən sıravi naxçıvanlıların muxtar respublikada baş verən qanunsuzluqları daha tez dilə gətirdiyi, hüquq-mühafizə orqanlarını yeni sübutlarla təmin etdikləri bildirilir.

Qeyd edək ki, bu yaxınlarda Naxçıvan Dövlət Sosial Müdafiə Fondunun bir qrup keçmiş və hazırkı əməkdaşı bu qurumda baş verənlərlə bağlı ictimaiyyətə və DTX-ya müraciət edib. Şikayətçilər hazırda Naxçıvanda yoxlama aparan DTX əməkdaşlarından bu qurumun fəaliyyətini də araşdırmağı xahiş ediblər.

Hadisələrin inkişafı Naxçıvanda həbs dalğasının genişlənəcəyinə, bu prosesin digər yüksək rütbəli məmurları da əhatə edəcəyinə şübhə yeri qoymur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3154   Tarix: 17 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəbli forması - bərabərliyin, nizam-intizamın və sağlam təhsil mühitinin göstəricisi

Təhsil yalnız bilik və bacarıqların mənimsənilməsi ilə məhdudlaşmır. Məktəb həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, sosial münasibətləri öyrəndiyi, məsuliyyət hissi qazandığı və cəmiyyətin bir üzvü kimi yetişdiyi mühüm mühitdir. Bu prosesdə tədrisin keyfiyyəti, müəllimlərin peşəkarlığı, valideynləri

14 oktyabr
.

Azərbaycanda gənc əsgər vəfat etdi - Foto

Azərbaycanda gənc əsgər vəfat edib. Bu barədə -a məlumat daxil olub. Məlumata görə, gənc əsgər Orxan Şabanov Dövlət Sərhəd Xidməti sıralarında hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib. O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur. Qeyd edək ki

15 oktyabr
.

Uşağı anlamaqdan insan yetişdirməyə: Müasir məktəbin psixoloji missiyası

"Uşağın davranışını dəyişdirməyə tələsməzdən əvvəl, onun dünyasını anlamağa çalışaq. Məktəbdə bəzən müəyyən şagirdlər haqqında belə ifadələr eşidirik: "Çox çətin uşaqdır", "Heç kimə qulaq asmır", "Dərsə marağı yoxdur", "Aqressivdir", "Özünü idarə ed

15 oktyabr
.

Erkən nikahın qurbanları: İran, Əfqanıstan və ərəb ölkələrində azyaşlı qızların yarımçıq qalan uşaqlığı və sındırılan həyatları

Erkən nikah müasir dünyanın ən ağrılı sosial problemlərindən biri, milyonlarla qız uşağının gələcəyini, sağlamlığını, təhsilini və azad seçim hüququnu əlindən alan ciddi insan hüquqları pozuntusudur. Uşağın hələ öz şəxsiyyətini formalaşdırmadığı, həyatın mənasını dərk etməyə, təhsil almağa, arzular qurmağ

14 oktyabr
.

İlham Əliyevin prezidentliyinin 23 ili: Zəfərlə möhkəmlənən dövlətçilik, dəyişən geosiyasi reallıqlar və Azərbaycanın yeni hədəfləri

2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 23 il ötür. 2003-cü ildə başlayan bu siyasi mərhələ Azərbaycanın müasir tarixində mühüm dəyişikliklərlə, strateji qərarlarla və ölkənin regional mövqeyinə təsir göstərən hadisələrlə yadda qalıb. Bu illər ərzind

14 oktyabr
.

Kəlağayı bizim milli geyimimizdir: Milli irsimizi yalnız bayramlarda xatırlamamalıyıq

Azərbaycanın milli geyim mədəniyyətindən danışarkən kəlağayını kənarda qoymaq mümkün deyil. İpəyin zərifliyini, naxışların mənasını, nəsillərdən-nəsillərə ötürülən sənətkarlıq ənənələrini özündə birləşdirən bu baş örtüyü xalqımızın tarixindən xəbər verir. Kəlağayı sadəcə geyim elementi deyil, Azərbayca

14 oktyabr
.

Vahid məktəbli forması milli təhsil siyasətinin və cəmiyyətin birliyinin göstəricisidir

Vahid məktəbli formasının tətbiqi ətrafında aparılan müzakirələrə yalnız geyim seçimi məsələsi kimi yanaşmaq düzgün deyil. Bu məsələ məktəblərdə bərabərliyin təmin edilməsi, şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısının alınması, təhsil mühitində nizam-intizamın möhkəmləndirilməsi v

14 oktyabr
.

Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. "Trend"ə istinadən xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasında mübahisə yaranıb. Nəticədə 10-a yaxın şəxs mühafizəçiy

14 oktyabr
.

Aprelin 1-dən kartdan karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi

Xəbər verdiyimiz kimi, Azərbaycanda aprelin 1-dən kartdan-karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib. "Qafqazinfo"nun məlumatına görə, Banklararası Kart Mərkəzində (BKM) emal olunan kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə xidmət haqları köçürülən vəsaiti

14 oktyabr