"Birlik" Qarabağ gənclərinin həmrəylik düşərgəsi həyata keçiriləcək
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Böyük Qayıdış" Gənclər Təşkilatı və "Gənc SİMA" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Şuşa İli" çərçivəsində Şamaxı rayonunda yerləşən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində 17-21 dekabr tarixində "Birlik" Qarabağ gənclərinin həmrəylik düşərgəsi həyata keçiriləcək.
Artıq ikinci ildir təşkil olunan düşərgənin keçirilməsində məqsəd Vətən müharibəsində Şanlı Ordumuzun parlaq qələbəsi ilə reallaşan Böyük qayıdışa və Qarabağda dirçəlişə töhfə vermək istəyən Qarabağ gəncləri arasında şəbəkələşməni təmin etmək, bununla bağlı gənclərin ideyalarını toplamaq və onların təşəbbüskarlığını artırmaqdır. Həmçinin gənclərdə vətənpərvərlik və həmrəylik hissini gücləndirmək, müxtəlif təlim və görüşlər vasitəsilə şəxsi inkişaflarına dəstək olaraq asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Düşərgənin açılış mərasimi 17 dekabr, saat 15:00, Şamaxıda yerləşən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində baş tutacaq.
AYSEL ƏKBƏR
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...