Bakıdakı məşhur taxta bazarı Vasif Talıbovdan alındı - FOTO
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla bağlı ard-arda gələn xəbərlər dayanmır. Məlum olur ki, Talıbovlar klanı 30 ildə yığdıqlarını itirməyə başlayırlar.
"Yeni Sabah"ın əldə etdiyi xəbərə görə, Vasif Talıbovun itirdiyi böyük obyektlərdən biri də Bakıda "Dərnəgül yolu"nda yerləşən taxta bazarı olub. Uzun illər idi ki, Talıbovlar ailəsi bu bazarda böyük pullar qazanırlar və bu vəsaitlər rəsmiləşdirilmirdi.
Sahibkarların bildirdiyinə görə, artıq bazarda Talıbovların adamları gözə dəymir. Onlar obyektdən tamamilə uzaqlaşdırılıb. İndi taxta bazarına Bakı Şəhər İcra Hakimiyyətinin "Yeraltı Keçidlər üzrə Ticarət Birliyi" nəzarət edir. İcarə haqları bu birlik tərəfindən rəsmi olaraq qəbul edilir və həmçinin hər bir sahibkar Dövlət Vergi Xidmətinin kassa aparatları ilə təmin olunub.
Onu da qeyd edək ki, sözügedən bazar bir neçə dəfə güclü yanğınlarla gündəmə gəlib. Burada əsas problemlərdən biri ondan ibarət idi ki, Talıbovlar bazarda Fövqəladə Hallar Nazirliyinin təhlükəsizliyə qarşı önləyici tədbirlər görməsinə imkan yaratmırdılar. Bu hadisələri də o zaman klanların savaşı kimi şərh edənlər vardı.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...