"Azərbaycan xalqı heç zaman müstəqilliyimiz uğrunda canlarını qurban verən oğul və qızlarımızı unutmayacaq" - DEPUTAT

"Azərbaycan xalqı heç zaman müstəqilliyimiz uğrunda canlarını qurban verən oğul və qızlarımızı unutmayacaq" - DEPUTAT"20 yanvar faciəsi Azərbaycan xalqının tarixinə qəhrəmanlıq və rəşadət səhifəsi kimi yazılıb".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, 33 ildir ki, xalqımız 20 yanvar faciəsini dərin hüzn və qürurla anır:

"1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başlaması nəticəsində 137 nəfər öldürüldü, 744 nəfər ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun bu əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və polislərdə vardı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalanda və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq planının məqsədi Azərbaycan xalqının demokratiya, milli azadlıq uğrunda mübarizəsini boğmaq və insanlarımızı qorxutmaq idi. Lakin SSRİ rəhbərliyi tərəfindən hazırlanan bu xain plan suya düşdü. Xalqın birliyi top-tüfəngə qalib gəld. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz qəhrəmanlıqları ilə Azərbaycan tarixinə yeni parlaq səhifə yazdılar".

Deputat vurğulayıb ki, xalqımıza qarşı törədilən bu cinayəti pisləyərək bütün dünyaya bəyan edən ulu öndər Heydər Əliyev oldu:

"Bilirsiniz ki, həmin vaxt bunu etmək böyük cəsarət tələb edirdi. Qanlı qırğının səhəri gün ulu öndər Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək insanlığa qarşı törədilən bu qanlı cinayətlə bağlı bəyanat verdi. İmperiyanın paytaxtında dünyanın onlarla aparıcı KİV nümayəndələrinin qarşısında verilən bu bəyanat beynəlxalq aləmdə böyük əks-səda doğurdu. Dahi şəxsiyyət Heydər Əliyev xalqının ən ağır günündə həyatını təhlükə qarşısında qoyaraq Sovet ordusunun təcavüzünü pislədi. O, keçirdiyi mətbuat konfransında faciəni törədənləri və bu cinayət planını cızan Mixail Qorbaçovu kəskin ittiham edərək qoşunların dərhal Bakıdan çıxarılması tələbini irəli sürdü. Bu addım ulu öndər Heydər Əliyevin vətəninə, xalqına məhəbbətinin və sədaqətin nümunəsi idi. Ulu Öndər Heydər Əliyev xalqın istəyi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıtdıqdan sonra Şəhidlər xiyabanını ziyarət edərək qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülməsini və burada memorial kompleks ucaldılması tapşırığını verdi. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə 20 Yanvar Ümumxalq hüzn günü elan olundu. Bu gün atasının siyasətini uğurla davam etdirən cənab prezident İlham Əliyev hər zaman 20 yanvar şəhidlərinə, onların ailələrin böyük diqqət və qayğı göstərməkdədir. Məhz ona görə də Ali Baş Komandan Şuşanın işğaldan azad olunma xəbərini məhz Şəhidlər Xiyabanında verdi. 33 ildir ki, Şəhidlər xiyabanı xalqımızın müqəddəs ziyarətgahına çevrilib. İllər keçsə də Azərbaycan xalqı müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarını qurban verən qəhrəman oğul və qızlarımızı unutmayacaq, daim onları böyük ehtiramla yadd edəcək".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 903   Tarix: 18 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?

Sabah - oktyabrın 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda bu ayın pensiyalarını ödəməyi planlaşdırır. xəbər verir ki, bu barədə fond məlumat yayıb. Bildirilib ki, güzəştli şərtlərlə pensiy

13 oktyabr
.

AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu ilin yanvar-sentyabr aylarında 14,1 min reys həyata keçirərək 3,3 milyona yaxın sərnişinə xidmət göstərib. Bu barədə -a AZAL-dan məlumat verilib. Bildirilib ki, onlardan 2,6 milyondan çoxu beynəlxalq istiqamətlər üzrə səyahət edib. Orta yüklənmə faktor

13 oktyabr
.

"Uşaqların eyni parta arxasında oturarkən bir-birindən geyiminə görə fərqləndirilməməsi vacibdir" - SƏBİNƏ SALMANOVA

Azərbaycanda təhsil sisteminin əsas prinsiplərindən biri bütün hər kəs üçün bərabər və sağlam təhsil mühitinin yaradılmasıdır. Sosial statusundan, ailəsinin maddi imkanlarından, etnik və dini mənşəyindən asılı olmayaraq hər kəs eyni şəraitdə təhsil almalı və eyni imkanlara malik olmalıdırlar. Bu baxımda

13 oktyabr
.

Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetini

12 oktyabr
.

Kəlağayı milli kimliyimizin güzgüsü: qədim sənət ənənəsi müasir dövrdə necə qorunmalıdır?

Azərbaycanın milli-mədəni irsi xalqımızın tarixini, dünyagörüşünü və mənəvi dəyərlərini özündə yaşadan zəngin bir xəzinədir. Bu xəzinənin ən seçilən nümunələrindən biri olan kəlağayı isə sadəcə qadın baş örtüyü deyil, milli kimliyin, tarixi yaddaşın və nəsillər arasında mənəvi bağlılığın ifadəsidir

13 oktyabr
.

Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır

"Azərbaycan cəmiyyətində dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulması ölkəmizdə formalaşan tolerantlıq mühiti vətəndaşların fərdi inanclarını sərbəst şəkildə ifadə etməsinə imkan yaradır. Bu kontekstdə vətəndaşların inancları ilə baölı geyim tərzi və baş örtüyü məsələsinə yanaşarkən

13 oktyabr
.

Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video

Dünən paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus "Kia" markalı avtomobilin yandırılması faktı araşdırılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, polis tərəfindən keçirilən tədbirlərlə avtomobili yandıran, əvvəllər məhkum olunmuş Fuad İbrahimo

13 oktyabr
.

Məktəb direktorunun maşını yandırıldı - Fotolar

Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Bu fakt bir daha onu nümayiş etdirir ki, xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelin

12 oktyabr
.

DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi

Oktyabrın 10-da Abşeron rayonunun Masazır qəsəbəsində avtomobilləri yandıranlar saxlanılıb. "Qafqazinfo"ya istinadla xəbər verir ki, özgə əmlakını qəsdən məhv edənlər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulublar. Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır, dəlil və sübutla

12 oktyabr