Ali məktəbdə verilən qırmızı və göy diplomun heç bir fərqi yoxdur - Deputat
"Bu gün universitetlərdən verilən qırmızı diplomlar tələbələrə nə vəd verir? Bu yaxınlarda mənə bir xanım müraciət etmişdi, ali məktəbi qırmızı diplomla bitirmişdi. O tələbənin indi nə üstünlüyü var?".
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri iclasında deputat Rauf Əliyev bildirib.
"Biz bu məsələni araşdırdıq, gördük ki, qırmızı və göy diplomun heç bir fərqi yoxdur. Bu da o deməkdir ki, "3" alan da, "5" alan da eyni diploma sahiblənir. Bu məsələləri işləmək lazımıdır. Təhsil Nazirliyinə müraciət edirsən, deyir, bizlik deyil. Bəs bununla kim maraqlanmalıdır? Ən azı bununla bağlı ictimai dinləmə keçirilməlidir",- deyə deputat bildirib.
Komitə sədri Hicran Hüseynova isə bildirib ki, tələbələrə verilən qırmızı diplomun həqiqiliyi yoxlanılmalıdır:
"Bu gün tələbələr müraciət edir, deyir, ali məktəbi qırmızı diplomla bitirmişəm. Amma araşdıranda görürsən ki, qırımızı diplomu hansı formada alıb, bilinmir. Ona görə də tələbələrin qırmızı diplomu necə almaları yoxlanılmalıdır. Bilmək lazımdır ki, doğrudan bu tələbə qırmızı diplomluqdurmu?".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Qızıl bazarında son vəziyyət
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Vahid məktəbli forması milli kimliyin qorunması və xarici müdaxilələrə qarşı ideoloji dayanıqlılığın gücləndirilməsi vasitəsi kimi
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı
Hicab məsələsi İran mediasının gündəmində: Azərbaycanın daxili işinə niyə qarışırlar?