Səhiyyə Nazirliyi rəsmisindən qrip əleyhinə vaksinlə bağlı əhaliyə ÇAĞIRIŞ
"İnsanlar rahatlıqla öz yaşayış məntəqələrinə yaxın Ailə Sağlamlıq Mərkəzlərinə müraciət edərək heç bir ödəniş etmədən qripə qarşı peyvənd oluna bilərlər".
Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi "Instagram" səhifəsində növbəti canlı yayımın qonağı olan nazirliyin mütəxəssis-eksperti, həkim-infeksionist Vasif Əliyev deyib.
Onun sözlərinə görə, risk qrupuna daxil olanların peyvənd olunması şərtidir:
"Ölkəyə (İİV 4) inaktiv qrip peyvəndi gətirilərək bütün poliklinikalara paylanılıb, risk qrupunda olan insanlar əvvəllər peyvənd etməyiblərsə, fevral ayına qədər peyvənd vurdura bilərlər.
Qrip əsasən oktyabr ayından başlayaraq, dekabr ayında artan və hər il aprel-may aylarını da əhatə edən dövrdə aktiv görülür. Bu səbəbdən qrip peyvəndi hər il oktyabr ayından başlayaraq vurulmalıdır.
Bununla yanaşı, qripdən qorunmaq üçün tez-tez əl yumaq, sağlam qidalanma və mövsümə uyğun geyinmək kimi şəxsi ehtiyat tədbirləri ilə yanaşı, xüsusilə peyvənd risk altında olan insanlar üçün ən təsirli qorunma üsuludur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Qızıl bazarında son vəziyyət
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Vahid məktəbli forması milli kimliyin qorunması və xarici müdaxilələrə qarşı ideoloji dayanıqlılığın gücləndirilməsi vasitəsi kimi
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı
Hicab məsələsi İran mediasının gündəmində: Azərbaycanın daxili işinə niyə qarışırlar?