Gənc rəssam şəhidlərin evinə gedib şəkillərini divara çəkir - FOTO-VİDEO

Gənc rəssam şəhidlərin evinə gedib şəkillərini divara çəkir - FOTO-VİDEO27 sentyabr 2020-ci il... O gün Azərbaycanın tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə açdı. Bu səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı. O gün Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı. 44 gün davam edən müharibə nəticəsində, şəhid və qazilərin qanı və canı bahasına ölkəmizin ərazi bütövlüyü bərpa olundu, düşmən tapdağında qalan torpaqlarımız azadlığa qovuşdu və 30 illik həsrətə son qoyuldu. Bizlərə bu xoşbəxtliyi bəxş edən, eləcə də əmin-amanlığımız üçün canını verən bütün şəhidlərimizin haqqı ödənilməzdir. Hər kəs bacardığı qədər onlara hörmətini bildirməyə çalışır.

BİG.AZ-ın haqqında danışacağı 27 yaşlı Tural Səlimzadə də rəssamlıq istedadı ilə onların xatirəsini özünəməxsus tərzdə əbədiləşdirir.

Gənc rəssam şəhidlərin evinə gedib şəkillərini divara çəkir - FOTO-VİDEOBelə ki, əslən kəlbəcərli olan, hazırda Göygöldə yaşayan rəssamımız ölkənin müxtəlif bölgələrindəki şəhid ailələrinin qonağı olub, evlərinin divarlarında qəhrəmanlarımızın portretini çəkir.

Onun həvəslə yaratdığı əl işlərinə heyrətlənməmək olmur. Portretlərin hazırlanması bəzən iki gün vaxtını alır. Rəssam bu işi sifarişlə ofis, restoran və digər məkanlarda da edir.

Tural çəkdiyi rəsmləri özünün "İnstagram" səhifəsində paylaşaraq, hər şəhid haqqında məlumat verməklə də onları insanlara tanıtmağa çalışır.

Bu yaxınlarda doğma yurdu Kəlbəcərdə olan Səlimzadə bu sözləri yazıb:

"Payızda başlamışdı Vətən müharibəsi, elə payızda da sona yetdi. 44 günlük Vətən savaşı 30 illik işğala son qoymaqla tarixə Böyük Zəfərlə yazıldı. Bu Zəfərin qazanılmasında yüzlərlə Vətən oğlu qəhrəmanlıq, igidlik nümunələri göstərdilər.

Bugün biz rahat-rahat torpaqlarımıza ayağımızı qoyuruqsa, onlara və qazilərə borcluyuq. Sizlərin haqqı ğdənməzdir. Hər zaman sizləri yaşatmaq bizlərin borcudur.

Bu Vətən torpağın qara bağrında sıra dağlar kimi duranlarındır.
Bir tarix boyunca onun uğrunda özünü tarixə verənlərindir.

Bayrağı sancan oğullar sancdı. Ora getmişəmsə də, qonaq olduğum yerdə uğrunda canlarını fəda verdikləri bayrağı çəkməyə bilməzdim".

Turalın əl işlərini, onların yaranma prosesini əks etdirən foto və videoları təqdim edirik:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 660   Tarix: 18 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Metro və avtobuslarda əlavə gedişhaqqı ödənişləri çıxılır? - Video

İctimai nəqliyyatda telefonla ödənişdə kartlardan əlavə vəsaitin çıxılması ilə bağlı iddialar yayılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə İTV-yə sərnişinlər bildiriblər. Onların sözlərinə görə, ödəniş zamanı vəsait çıxsa da, bir neçə saat sonra təkrar gedişhaqqı çıxılır. Bəzən isə gedişhaqq

1 may
.

Keçmiş məhkəmə sədrindən Şok DƏLƏDUZLUQ: Vəzifəsindən istifadə edib sənədləri saxtalaşdıraraq restoranını icarəyə verib

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin keçmiş sədri, hazırda Vəkillər Kollegiyasının üzvü Məhəmməd Əkbərov vəzifəsindən sui-istifadə edərək Nizami Rayon Məhkəməsinə məxsus olan torpaqda restoran tikib, daha sonra isə sənədləri saxtalaşdıraraq icarəyə verib. Bunu -a müraciət edən zərərçəkmiş sahibkar məluma

1 may
.

Tofiq Əsgərova yüksək vəzifə verildi

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevin müvafiq əmrinə əsasən, İnzibati təşkilat sektorunun müdiri vəzifəsinə təyinat olub. xəbər verir ki, bu barədə təhsil idarəsi məlumat yayıb. Bildirilib ki, bu vəzifəyə Tofiq Akif oğlu Əsgərov təyin edilib. Tofiq Əsgərov Sumqayıt Dövlət Universitetini

1 may
.

Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri bu gün Bakı şəhərinin Səbail və Yasamal rayonlarını əhatə edən İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Elda

1 may
.

Xəstəxanadakı partlayışda ağır yaralanan həkimin FOTOsu

Xəbər verdiyimiz kimi, Milli Onkologiya Mərkəzində bu gün partlayış hadisəsi Şua-diaqnostika şöbəsində baş verib. xəbər verir ki, rentgen MRT zonasında mərkəzin həkim-radioloqu Asif Nəsirli ağır bədən xəsarətləri alıb. Müayinədə olan xəstə isə yerində vəfat edib. O, təcili olaraq xəstəxanaya hospitalizasiy

30 aprel
.

Maştağadakı psixiatriya mərkəzindən xəstələr qaçıb? - Rəsmi açıqlama

Sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı məlumat yayılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, məlumat əsassızdır. "Sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşə

1 may
.

Səkkiz şagird 300 bal topladı - 7-si qızdır

Xəbər verdiyimiz kimi, aprelin 5-də keçirilən 9-cu sinif şagirdlərinin buraxılış imtahanının nəticələri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, imtahanda 8 nəfər şagird maksimum (300 bal) toplayıb. Qeyd edək ki, onlardan 7-si qız, 1-i isə oğlandır. Maksimum nəticə göstərən şagirdlərin siyahısın

1 may
.

Hit.az 6 yaşında!

Bu gün Azərbaycan media məkanında özünəməxsus yeri olan saytının yarandığı gündür. 6 yaşını qeyd edən sayt 1 may 2020-ci il tarixindən etibarən Azərbaycanın media məkanında fəaliyyətə başlamış müstəqil informasiya platformasıdır. Yarandığı qısa müddət ərzində onlayn media sahəsində özünəxas yer tuta

1 may
.

"Evdən tez-tez qaçırdı, 3 aydır xəbərim yoxdur" - 14 yaşlı qızın anası

Xətai rayonunda baş verən faciəvi hadisədə zəhərlənən 2012-ci il təvəllüdlü T.B.-nin anası Kəmalə Ələkbərova açıqlama verib. "Qafqazinfo"nun RTV-yə istinadən məlumatına görə, o, qızından bir müddətdir xəbəri olmadığını bildirib. 10 övladı olduğunu deyən ana qızının tez-tez evdən qaçdığını qey

30 aprel