Daha bir rayonda torpaq sürüşməsi - Hərəkət çətinləşdi
Yardımlı rayonunda torpaq sürüşməsi olub və nəticədə yolda hərəkət məhdudlaşıb.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, hadisə Masallı-Yardımlı avtomobil yolunun 52-ci km-də baş verib.
Yolun hərəkət zolağının 60 metrə yaxın hissəsi yararsız hala düşüb. Torpaq sürüşməsi zamanı ərazidəki istinad divarları ilə yanaşı piyada səkiləri də tamamilə dağılıb.
Dağıntı səbəbindən ərazidən keçən qaz xətti zədələnib. Lakin görülən təcili tədbirlər nəticəsində qaz xəttində yaranan qəza aradan qaldırılıb.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Azər Xamiyev bildirib ki, məsələ ilə bağlı adiyyəti üzrə müvafiq dövlət qurumları məlumatlandırılıb.
Məlumata görə, torpaq sürüşməsinə son günlər rayon ərazisinə yağan intensiv yağıntılar səbəb olub. Qeyd edək ki, bu gün Siyəzən rayonunun Sədan kəndində də torpaq sürüşməsi baş verib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1268 Tarix: 05 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Bakı şəhərinin Nizami rayonu, Heydər Əliyev prospekti ilə Bəşir Bünyadov küçəsinin kəsişməsindəki yol qovşağında nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. -ın əldə etdiyi məlumata görə, qeyd olunan yol qovşağında oktyabrın 9-u saat 23:00-dan oktyabrın 10-u saat 07:00-dək, oktyabrın 10-
9 oktyabrŞahin Bağırov idarə rəisini təqaüdə göndərdi
Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük İşinin Təşkili İdarəsinin rəisi Vasif Qurbanov təqaüdə göndərilib. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı DGK-nın sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmr imzalayıb. Qeyd edək iki, V.Qurbanov 2009-cu ildən başlayaraq DGK-nı
8 oktyabrVahid məktəbli forması ayrı-seçkiliyin qarşısını alır - AÇIQLAMA
"Məktəblərdə vahid geyim formasının tətbiqi yalnız vizual tələb deyil, həm də təhsilin dünyəvilik prinsipi və sosial bərabərlik məsələsidir. Məktəb uşaqların sosial statusundan, ailələrinin maddi imkanlarından və ya dini mənsubiyyətindən asılı olmayaraq hər bir şagirdin özünü bərabər hiss etməl
9 oktyabrMəktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq
Ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Belə ki, monitorinqlər zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçü
9 oktyabr