"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün məqsədlərinə nail olacaq" - DEPUTAT

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün məqsədlərinə nail olacaq" - DEPUTAT"Mayın 4-də Prezident İlham Əliyev Cəbrayıl və Qubadlı rayonlarında növbəti dəfə səfərdə oldu. Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməllərini qoydu. Cəbrayıl rayonunda Xudafərin qəsəbəsinin, Horovlu və Şükürbəyli kəndlərinin təməlinin qoyulması tədbirində və 330 kV-luq "Cəbrayıl" qovşaq yarımstansiyasının açılışında iştirak etdi. "Araz Vadisi İqtisadi Zonası"nda görülən işlərlə, Cəbrayıl şəhərində orta məktəbin binasında tikinti işlərinin gedişi ilə yaxından tanış oldu".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, artıq bir neçə dəfədir Prezident İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura səfər edərək burada görülən işlərlə yaxından tanış olur, gərgin iş qrafikinə baxmayaraq hər iki regionda aparılan işlərə özü birbaşa nəzarət edir.

"Bu eyni zamanda, Prezident İlham Əliyevin hər iki iqtisadi zonada görülən işlərə nə dərəcədə önəm verdiyini və həssas yanaşdığını göstərir.
Onu da qeyd edək ki, Prezident İlham Əliyev bölgədə infrastrukturla yanaşı, yeni iş yerlərinin yaradılması məsələsinə də xüsusi önəm verir. Bu baxımdan "Araz Vadisi İqtisadi Zonası"nda görülən işlər də xüsusi diqqət çəkir. Burada bir çox yeni müəssisələrin, zavodların yaradılması bölgə insanlarının işlə təmin olunmasına böyük töhfə verəcək. Burada mühüm məsələlərdən biri də bütün bu işlərin Azərbaycan dövlətinin hesabına həyata keçirilməsidir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə heç bir sosial layihəni təxirə salmadan Qarabağa və Şərqi Zəngəzurda böyük quruculuq və abadlıq işləri həyata keçirir. Bu həm də bir daha onu söyləməyə əsas verir ki, Azərbaycan mərhələli şəkildə bütün məqsədlərinə ən qısa zamanda nail olacaq. Tezliklə Qarabağ və Şərqi-Zəngəzur dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək. Bunun üçün bütün addımlar zamanında atılır".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1461   Tarix: 05 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Dövlət sifarişli yerlər niyə boş qalır? - Tələbələr niyə ödənişli təhsili seçir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Universitetlərdə dövlət hesabına təhsil almaq imkanı olduğu halda bəzi dövlət sifarişli yerlərin boş qalması diqqət çəkir. 2026/2027-ci tədris ili üzrə qəbuldan sonra istifadə olunmayan dövlət sifarişli yerlər əlavə müsabiqəyə çıxarılıb və nəticədə 1 870 tələbə ödənişli əsaslarla qəbuldan dövlət sifariş

8 oktyabr
.

Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq

Bakı şəhərinin Nizami rayonu, Heydər Əliyev prospekti ilə Bəşir Bünyadov küçəsinin kəsişməsindəki yol qovşağında nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. -ın əldə etdiyi məlumata görə, qeyd olunan yol qovşağında oktyabrın 9-u saat 23:00-dan oktyabrın 10-u saat 07:00-dək, oktyabrın 10-

9 oktyabr
.

Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi

Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük İşinin Təşkili İdarəsinin rəisi Vasif Qurbanov təqaüdə göndərilib. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı DGK-nın sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmr imzalayıb. Qeyd edək iki, V.Qurbanov 2009-cu ildən başlayaraq DGK-nı

8 oktyabr
.

Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?

Təhsil sistemində vahid geyim məsələsi yalnız zahiri görünüşlə bağlı deyil. Bu məsələ məktəbdə sosial bərabərliyin təmin olunması, nizam-intizamın möhkəmləndirilməsi, müəllim nüfuzunun qorunması və sağlam təhsil mühitinin formalaşdırılması kimi mühüm istiqamətləri əhatə edir. Məktəblilərin vahid məktə

9 oktyabr
.

Məktəbdə nizam-intizam niyə vacibdir? - Qaydalar olmadan keyfiyyətli təhsil mümkündürmü?

Məktəb yalnız şagirdlərə bilik verən müəssisə deyil, həm də onların şəxsiyyət kimi formalaşdığı, məsuliyyət və davranış mədəniyyəti qazandığı bir mühitdir. Bu mühitdə nizam-intizamın qorunması, müəyyən edilmiş qaydalara əməl olunması və qarşılıqlı hörmətin təmin edilməsi təhsilin ayrılmaz hissəsidir

9 oktyabr
.

Vahid məktəbli forması ayrı-seçkiliyin qarşısını alır - AÇIQLAMA

"Məktəblərdə vahid geyim formasının tətbiqi yalnız vizual tələb deyil, həm də təhsilin dünyəvilik prinsipi və sosial bərabərlik məsələsidir. Məktəb uşaqların sosial statusundan, ailələrinin maddi imkanlarından və ya dini mənsubiyyətindən asılı olmayaraq hər bir şagirdin özünü bərabər hiss etməl

9 oktyabr
.

Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq

Ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Belə ki, monitorinqlər zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçü

9 oktyabr
.

"Grafinya"nın sahibi ondan şikayət edən qonşuya cinayət işi açdırmaq istədi - Rədd edildi

Oğuz rayonu, Kərimli kəndində yerləşən "Grafinya" ailəvi istirahət mərkəzinin rəhbəri İlham Cəfərov qonşusuna qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına əsasən, İlham Cəfərov qonşusunun uzun müddət ərzində onun və rəhbərlik etdiy

8 oktyabr
.

10 illik vergi güzəşti bitir - Un və çörəyin qiyməti bahalaşacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

Buğda, un və çörəklə bağlı 10 illik ƏDV güzəştinin müddəti başa çatmaq üzrədir. 2027-ci il yanvarın 1-dən etibarən güzəşt uzadılmasa, bu məhsullar üzrə vergi yükünün dəyişməsi gündəmə gələ bilər. Bu isə xüsusilə gündəlik tələbat məhsulu olan çörəyin və unun qiymətinə mümkün təsirlə bağlı suallar yaradır

8 oktyabr