"Azərbaycanın müharibə təcrübəsi bu gün bütün dünyada danışılır" - DEPUTAT
Ölkəmizdə komando hərbi hissəsinin açılışı çox əlamətdar hadisədir. Vətən müharibəsindən sonra cənab prezidentin göstərişinə əsasən Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılmış və komandoların sayı gündən-günə artmaqdadır. Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur. Azərbaycan ordusunda yeni qoşun növü olan Komando Qüvvələri yaradılır ki, bu da Silahlı Qüvvələrin qüdrətinin yüksəldilməsini təmin edəcək və hərbiçilərimizin döyüş qabiliyyətlərini artıracaqdır.
İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin rolunun hər birimiz şahidi olduq. Onların xüsusi peşəkarlığı nəticəsində bir çox mühim, uğurlu hərbi əməliyyatlar həyata keçirildi. Beləki Vətən müharibəsində Azərbaycan dövlətinin tam Zəfər qazanmasında Xüsusi Təyinatlı dəstələrin çox böyük rolu oldu.
"Bizim üçün sevindirici haldır ki, Azərbaycanın müharibə təcrübəsi, dünyaya səs salan Şuşa əməliyyatı bu gün bütün dünyada danışılır. Qarabağın tacı olan Şuşanın işğaldan azad edilməsi möcüzə kimi dəyərləndirilir. Prezident İlham Əliyev Şuşanın işğaldan azad edilməsinin müharibənin ilk günündən sonunadək əsas hədəfimiz olduğunu önə çəkərək bu Zəfərdə xüsusi təyinatlıların rolunu xüsusi qeyd edir. Mədəniyyət paytaxtımızın azad olunması gücümüzü, ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi.
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olması, hərbi hissəyə döyüş bayrağını təqdim etməsi, bir daha Ali Baş Komandanımızın ordu qurulucuğuna nə dərəcədə önəm verməsinin sübutudur".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin "N" saylı hərbi hissəsinin şəxsi heyəti qarşısındakı nitqində, Prezident kimi öz səlahiyyətlərini icra etməyə başlayan zaman onun üçün birinci vəzifə ordu quruculuğunun olduğunu qeyd etdi.
Əminliklə deyə bilərik ki, bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün dövlətimiz bütün lazımi tədbirləri görəcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maaş və pensiyalar ARTIR: Əhalinin alıcılıq qabiliyyəti necə dəyişəcək? - Ekspertdən AÇIQLAMA
Kimlərin kredit borcu SİLİNƏ BİLƏR? - Ekspertdən AÇIQLAMA
Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi
Şəhidimizin adını daşıyan gəmi dron hücumuna məruz qaldı: Həlak olan Məhəmmədin fotosu
Alim Qasımovun meneceri Pünhan Piriyevə cavab verdi: "Bunu ona yaraşdırmadım"
Azərbaycanda qızıl kəskin bahalaşdı
Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - Video
Tarixin ən böyük avtomobil tıxacı 12 gün davam edib: Harada baş verib?
Diş ağzından deyil, gözündən çıxdı - 16 yaşlı oğlanda inanılmaz hadisə - FOTO
"WhatsApp"da yeni funksiya
Ramil Usubovun kürəkəni vəfat edib - Foto
"Neptun"dakı endirim narazılıq yaratdı - Foto