Əbülfəz Elçibəy soyadını dəyişdirməyib?
Azərbaycanın sabiq prezidenti, mərhum Əbülfəz Elçibəy rəsmi sənədləri, Bəyanatları "Elçibəy" soyadı ilə imzalayıb. Azpost.info bildirir ki, SSRİ zamanı Əbülfəz bəyin rəsmi soyadı Əliyev olub. Azərbaycanda xalq hərəkatının rəhbəri olduqdan sonra o, ilk olaraq "Əbülfəz Əli Elçibəy", daha sonra isə "Əbülfəz Elçibəy" adı ilə çıxış edib.
1992-ci ilin prezident seçkilərində də bülletendə adı "Əbülfəz Elçibəy" kimi qeyd olunub. Dövlət başçısı kimi bütün rəsmi səfərlərində Əbülfəz Elçibəy kimi tədim olunub.
Azpost.info-nun əldə etdiyi bir foto maraqlı bir məqama işıq salıb. Foto eks-prezidentin 2000-ci ildə ABŞ-a səfəri zamanı xarici pasportundakı amerikan vizası əks olunub. Burada Əbülfəz bəyin soyadı rəsmən "Əliyev" kimi göstərilib. Viza 12 may 2000-ci ildən 11 may 2001-ci ilə qədər -1 illik müddətinə açılıb.
Rəsmi vizadan belə məlum olur ki, Əbülfəz Elçibəy soyadını dəyişməyibmiş. O, rəsmən "Əliyev" soyadını daşıyıb.
Xatırladaq ki, Əbülfəz Elçibəy 2000-ci ilin may ayında ABŞ-a son səfərini edib. Səfərinin əsas məqsədi Konqresdə Azərbaycanda demokratiyanın durumu ilə əlaqədar keçirilən dinləmələrdə iştirak etmək idi. Bundan başqa, Vaşinqtonun beyin mərkəzlərində Elçibəylə bir neçə görüş təşkil olunub. Nəhayət səfərin bir mühüm tədbiri ABŞ-da fəaliyyət göstərən türk təşkilatlarının dəvəti ilə Nyu-Yorkda keçirilən Türk yürüşündə iştirak etmək idi.
Əbülfəz Elçibəy son ABŞ səfərindən 3 ay sonra, 22 avuqst 2000-ci ildə Türkiyənin paytaxtı Ankarada vəfat edib.
Əbülfəz Elçibəy 1992-93-cü illərdə Azərbaycana rəhbərlik edib. 1993-cü ilin Gəncədə hərbi qiyam nəticəsində vəzifəsini tərk edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2981 Tarix: 10 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Korrupsiya xəbərini verən işçiyə təzyiqin qarşısı necə alınacaq?
Korrupsiya barədə məlumatlara 20 iş günü ərzində baxılacaq. Qaynarinfo-nun məlumatına görə, sözügedən məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "Korrupsiya ilə əlaqədar hüquqpozmalarl
6 oktyabrAzərbaycanda tauna yoluxan var?
Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir. Hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur. APA-ya istinadən xəbər verir ki, b
5 oktyabrMüəllim olmaq ÇƏTİNLƏŞİR: "Artıq təkcə bilik yox, dünyagörüşü də yoxlanılır"
Müəllimlər Günü ərəfəsində müəllim peşəsinin cəmiyyətdəki nüfuzu və təhsil prosesində müəllimin rolu yenidən diqqət mərkəzinə gəlir. Müəllimlərin əməkhaqqının artırılması, sertifikasiya prosesinin tətbiqi və peşəkar inkişaf imkanlarının genişləndirilməsi onların işə münasibətinə və motivasiyasına təsi
5 oktyabrBakıda tanınmış restoranda biabırçılıq
Bakının Əhmədli qəsəbəsində yerləşən "Boranı Restoran"ın filialında müştərilərə köhnə və kəskin iyli qida təqdim olunub. Bu barədə narazı vətəndaş sosial şəbəkələrdə məlumat paylaşıb. Müştərinin sözlərinə görə, sifariş verilən yemək 25-30 dəqiqə sonra masaya gətirilsə də, qidadan kəskin, xara
5 oktyabrSürücülər üçün sığorta haqları ARTACAQ? - Ekspertdən AÇIQLAMA
Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortası üzrə yığımların 10,7 faiz, sığorta ödənişlərinin isə 20,2 faiz artması avtomobil sığortası bazarında ödənişlərin daha sürətli yüksəldiyini göstərir. Ödənişlərin yığımlardan daha sürətlə artması sığorta şirkətlərinin maliyyə yükünə və gələcəkd
5 oktyabrBakıda yeni dəmir yolu tıxacları azaldacaq? - Ekspertdən AÇIQLAMA
Bakıda yeni dəmir yolu xəttinin tikintisi şəhərdaxili sərnişindaşıma imkanlarının genişləndirilməsi və nəqliyyat yükünün daha səmərəli bölüşdürülməsi baxımından əhəmiyyətli ola bilər. Sərnişinlərin şəxsi avtomobillərdən dəmir yoluna keçidinin artması şəhərin əsas yollarında nəqliyyat sıxlığının azalmasın
6 oktyabr