"Ermənistan təxribatları ilə məqsədyönlü şəkildə regionda vəziyyəti yenidən gərginləşdirməyə çalışır" - DEPUTAT

"Ermənistan təxribatları ilə məqsədyönlü şəkildə regionda vəziyyəti yenidən gərginləşdirməyə çalışır" - DEPUTATİyulun 10-u saat 17:10-dan saat 20:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Qafan rayonunun Gığı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Ordubad rayonunun Nürgüt yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Xocalı və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqelərini də atıcı silahlardan bir neçə dəfə atəşə tutub.Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Eyni zamanda, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Xocalı, Xocavənd və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, Ermənistan son təxribatları ilə həddi aşıb:

"Bu gün Ermənistan təxribatları ilə məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməyə çalışdığını göstərir. Ermənistan son dövrlər ziddiyyətli və ümumilikdə sülh prosesini ləngidən addımlar atmaqdadır. Bütün bu təxribatlar göstərir ki, Ermənistan hökuməti müxtəlif addımlarla sülh sazişinin imzalanmasından yayınmağa çalışır. Həm Ermənsitana, həm də onun havadaraları çalışırlar ki,
hadisənin bütün məsuliyyəti Azərbaycanın üzərində qalsın. Lakin müvafiq dövlət strukturlarının çevik reaksiyası və ordumuzun peşəkarlığı onların bu planının reallaşmasına imkan vermir".

Deputat vurğulayıb ki, təxribat və terror erməni xalqının xislətində var:

"Artıq heç kim onların törətdiyi təxribatlara təəccüblənmir. Əlbəttə, ermənilər hər törətdiyi təxribata görə Azərbaycanın Müzəffər Ordusu tərəfindən cəzalandırılır. Bu gün ermənilər və havadarları unutmasınlar ki, "Dəmir yumruq" yerindədir və hər an onların başını yenidən əzə bilər. Bu gün bilirsiniz ki, Ermənistan qərbin əlində oyuncağa çevrilib və siyasi iradə qoya bilmir. Bu gün Paşinyan sadəcə ona verilən tapşırıqları icra edir. Paşinyanın zərrə qədər ağlı varsa, sülv müqaviləsini imzalayar və təxribatlara son qoyar. Çünki onun bu təxribatları "Dəmir yumruğu" yenidən başlarının üzərində hiss etməyə səbəb ola bilər.

Ermənistan hakimiyyəti anlamalıdır ki, sülh müqaviləsini imzalamaqdan başqa yolu yoxdur. Çünki bu gün Paşinyan yaxşı anlayır ki, bütün cəbhələrdə uduzub və sülh müqaviləsindən imtina edərsə, Ermənistanın bir ölkə kimi xəritədən silinməsinə səbəb ola bilər. Ona görə əminəm ki, Ermənistan təxribatları dayandırıb, Azərbaycanın diktəsi ilə hazırlanan sülh müqaviləsini imzalaması onun üçün daha yaxşı olar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 757   Tarix: 11 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi

Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca

5 oktyabr
.

Korrupsiya xəbərini verən işçiyə təzyiqin qarşısı necə alınacaq?

Korrupsiya barədə məlumatlara 20 iş günü ərzində baxılacaq. Qaynarinfo-nun məlumatına görə, sözügedən məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "Korrupsiya ilə əlaqədar hüquqpozmalarl

6 oktyabr
.

Azərbaycanda tauna yoluxan var?

Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir. Hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur. APA-ya istinadən xəbər verir ki, b

5 oktyabr
.

Müəllim olmaq ÇƏTİNLƏŞİR: "Artıq təkcə bilik yox, dünyagörüşü də yoxlanılır"

Müəllimlər Günü ərəfəsində müəllim peşəsinin cəmiyyətdəki nüfuzu və təhsil prosesində müəllimin rolu yenidən diqqət mərkəzinə gəlir. Müəllimlərin əməkhaqqının artırılması, sertifikasiya prosesinin tətbiqi və peşəkar inkişaf imkanlarının genişləndirilməsi onların işə münasibətinə və motivasiyasına təsi

5 oktyabr
.

Bakıda tanınmış restoranda biabırçılıq

Bakının Əhmədli qəsəbəsində yerləşən "Boranı Restoran"ın filialında müştərilərə köhnə və kəskin iyli qida təqdim olunub. Bu barədə narazı vətəndaş sosial şəbəkələrdə məlumat paylaşıb. Müştərinin sözlərinə görə, sifariş verilən yemək 25-30 dəqiqə sonra masaya gətirilsə də, qidadan kəskin, xara

5 oktyabr
.

Zəlzələ, sel, daşqın... İnsanlar niyə mənzillərini sığortalamaq istəmir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Zəlzələ, sel, daşqın və digər təbii fəlakətlər nəticəsində mənzillərə ciddi ziyan dəyməsi insanlara əmlak sığortasının əhəmiyyətini bir daha xatırladır. Buna baxmayaraq, bir çox vətəndaş hələ də öz mənzilini sığortalamağa maraq göstərmir. Sığorta ödənişlərinə inamsızlıq, sığortanın mahiyyəti barədə kifayə

6 oktyabr
.

Sürücülər üçün sığorta haqları ARTACAQ? - Ekspertdən AÇIQLAMA

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortası üzrə yığımların 10,7 faiz, sığorta ödənişlərinin isə 20,2 faiz artması avtomobil sığortası bazarında ödənişlərin daha sürətli yüksəldiyini göstərir. Ödənişlərin yığımlardan daha sürətlə artması sığorta şirkətlərinin maliyyə yükünə və gələcəkd

5 oktyabr
.

Məktəb bufeti və toylarda zəhərlənmə halları: İnsanlar özünü necə qoruya bilər? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Məktəb bufetində şagirdlərin, ardınca toy mərasimində onlarla insanın zəhərlənməsi qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Gəncədə məktəb bufetində zəhərlənmə hadisəsindən sonra obyektin fəaliyyəti məhdudlaşdırılıb, Kürdəmir rayonunda isə toy mərasimindən sonra 92 nəfər zəhərlənmə şübhəs

6 oktyabr
.

Bakıda yeni dəmir yolu tıxacları azaldacaq? - Ekspertdən AÇIQLAMA

Bakıda yeni dəmir yolu xəttinin tikintisi şəhərdaxili sərnişindaşıma imkanlarının genişləndirilməsi və nəqliyyat yükünün daha səmərəli bölüşdürülməsi baxımından əhəmiyyətli ola bilər. Sərnişinlərin şəxsi avtomobillərdən dəmir yoluna keçidinin artması şəhərin əsas yollarında nəqliyyat sıxlığının azalmasın

6 oktyabr