Azərbaycanda ayın səthini tədqiq etmək üçün xüsusi detektorlar hazırlanır
Azərbaycanda neytron mənbəyi ilə birlikdə ayın səthindəki süxurların hidrogen tərkibini (su və su buzu) araşdırmaq üçün istifadə ediləcək yeni "HardGamm" və "HardPix" detektorları hazırlanır.
Sonxeber.az xəbər verir ki, bu işlər Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatları Departamenti, həmçinin Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutu və Qərbi Bohemiya Universiteti arasındakı əməkdaşlıq əsasında həyata keçirilir.
Mikropikselli selvari fotodiod hissəsi (MAPD-3NM) Azərbaycan komandası tərəfindən, elektronika modulu isə Çexiya komandası tərəfindən hazırlanan "HardGamm" faydalı yük konsepsiyasına LaBr3(Ce), BGO və NaI(Tl) kimi ssintilyatorları ilə yığılmış silisium fotoelektron gücləndirici tipli detektorların yeni MAPD-3NM sensor matrisi daxildir.
Bu ay Radiasiya Problemləri İnstitutunda "HardGamm" detektorunun ilk versiyası sınaqdan keçirilib. Sınaqları Radiasiya Problemləri İnstitutunun qrup rəhbəri, fizika üzrə elmlər doktoru Fərid Əhmədov, Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatları Departamentinin komanda rəhbəri, fizika üzrə fəlsəfə doktoru Azər Sadıqov, Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutunun qrup rəhbəri Mixail Holik və Qərbi Çexiya Universitetinin komanda rəhbəri Ondrey Urban həyata keçirib.
Sözügedən detektor 0,06 keV-dan çox 10 MeV-a qədər qamma şüalarını aşkar edə biləcək. Sınağın nəticəsi isə bu il Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində təqdim olunacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 698 Tarix: 11 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Korrupsiya xəbərini verən işçiyə təzyiqin qarşısı necə alınacaq?
Korrupsiya barədə məlumatlara 20 iş günü ərzində baxılacaq. Qaynarinfo-nun məlumatına görə, sözügedən məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "Korrupsiya ilə əlaqədar hüquqpozmalarl
6 oktyabrAzərbaycanda tauna yoluxan var?
Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir. Hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur. APA-ya istinadən xəbər verir ki, b
5 oktyabrMüəllim olmaq ÇƏTİNLƏŞİR: "Artıq təkcə bilik yox, dünyagörüşü də yoxlanılır"
Müəllimlər Günü ərəfəsində müəllim peşəsinin cəmiyyətdəki nüfuzu və təhsil prosesində müəllimin rolu yenidən diqqət mərkəzinə gəlir. Müəllimlərin əməkhaqqının artırılması, sertifikasiya prosesinin tətbiqi və peşəkar inkişaf imkanlarının genişləndirilməsi onların işə münasibətinə və motivasiyasına təsi
5 oktyabrBakıda tanınmış restoranda biabırçılıq
Bakının Əhmədli qəsəbəsində yerləşən "Boranı Restoran"ın filialında müştərilərə köhnə və kəskin iyli qida təqdim olunub. Bu barədə narazı vətəndaş sosial şəbəkələrdə məlumat paylaşıb. Müştərinin sözlərinə görə, sifariş verilən yemək 25-30 dəqiqə sonra masaya gətirilsə də, qidadan kəskin, xara
5 oktyabrSürücülər üçün sığorta haqları ARTACAQ? - Ekspertdən AÇIQLAMA
Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortası üzrə yığımların 10,7 faiz, sığorta ödənişlərinin isə 20,2 faiz artması avtomobil sığortası bazarında ödənişlərin daha sürətli yüksəldiyini göstərir. Ödənişlərin yığımlardan daha sürətlə artması sığorta şirkətlərinin maliyyə yükünə və gələcəkd
5 oktyabrBakıda yeni dəmir yolu tıxacları azaldacaq? - Ekspertdən AÇIQLAMA
Bakıda yeni dəmir yolu xəttinin tikintisi şəhərdaxili sərnişindaşıma imkanlarının genişləndirilməsi və nəqliyyat yükünün daha səmərəli bölüşdürülməsi baxımından əhəmiyyətli ola bilər. Sərnişinlərin şəxsi avtomobillərdən dəmir yoluna keçidinin artması şəhərin əsas yollarında nəqliyyat sıxlığının azalmasın
6 oktyabr