"Neftçi" yeni baş məşqçisini təqdim etdi (FOTO)
"Neftçi" Peşəkar Futbol Klubu yeni baş məşqçisi Adrian Mutunu təqdim edib.
Sonxeber.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar"ın Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf rumıniyalı mütəxəssislə görüşüb.
Görüşdə "Neftçi" PFK-nın hazırki durumu və qarşıya qoyulan hədəflər barədə fikir mübadiləsi aparılıb, klubla bağlı gözləntilər diqqətə çatdırılıb.
Daha sonra rumıniyalı mütəxəssis Adrian Mutu ilə iki illik müqavilə imzalanıb.
Xatırladaq ki, ötən mövsüm "Neftçi" PFK-nı çalışdıran baş məşqçi Laurentsiu Regekampf və onun köməkçiləri ilə iyunun 21-də yollar ayrıldıqdan sonra bir sıra namizədlərlə danışıqlar aparılıb, onların arasından klubumuzla maraqları üst-üstə düşən, bacarıq və potensialı ən yüksək olan mütəxəssislə anlaşılıb.
Yeni baş məqşçinin ictimaiyyətə təqdimatı klub rəhbərliyi və komanda üzvləri təlim-məşq toplanışından qayıdandan sonra baş tutacaq, bu xüsusda mətbuat konfransı təşkil olunacaq.
Qeyd edək ki, Adrian Mutu 1979-cu il yanvarın 8-də anadan olub. Rumıniya tarixinin ən yaxşı futbolçularından biri olan A.Mutu ölkəsində bir neçə klubla yanaşı, İtaliyada "İnter", "Hellas Verona", "Parma", "Yuventus", "Fiorentina", "Çezena", İngiltərədə "Çelsi", Fransada "Ayaçço" və Hindistanda "Puna Siti" klublarının formasını geyinib, Rumıniya milli komandasının heyətində 77 oyun keçirib, 35 qol vurub. 2003, 2005, 2007 və 2008-ci illərdə Rumıniyada, 2007-ci ildə isə İtaliyada ilin futbolçusu seçilib.
Adrian Mutu "Voluntari" (Rumıniya, 2018), "Əl Vəhdə" U-21 (BƏƏ, 2018-2019), Rumıniya U-21 milli komandası (2020-2021), "Universitatya Krayova" (Rumıniya, 2021) və "Rapid"in (Buxarest, Rumıniya, 2022-2023) baş məşqçisi olub. UEFA-nın PRO kateqoriyalı məşqçilik lisenziyasına malikdir.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 873 Tarix: 11 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Korrupsiya xəbərini verən işçiyə təzyiqin qarşısı necə alınacaq?
Korrupsiya barədə məlumatlara 20 iş günü ərzində baxılacaq. Qaynarinfo-nun məlumatına görə, sözügedən məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "Korrupsiya ilə əlaqədar hüquqpozmalarl
6 oktyabrAzərbaycanda tauna yoluxan var?
Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir. Hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur. APA-ya istinadən xəbər verir ki, b
5 oktyabrMüəllim olmaq ÇƏTİNLƏŞİR: "Artıq təkcə bilik yox, dünyagörüşü də yoxlanılır"
Müəllimlər Günü ərəfəsində müəllim peşəsinin cəmiyyətdəki nüfuzu və təhsil prosesində müəllimin rolu yenidən diqqət mərkəzinə gəlir. Müəllimlərin əməkhaqqının artırılması, sertifikasiya prosesinin tətbiqi və peşəkar inkişaf imkanlarının genişləndirilməsi onların işə münasibətinə və motivasiyasına təsi
5 oktyabrBakıda tanınmış restoranda biabırçılıq
Bakının Əhmədli qəsəbəsində yerləşən "Boranı Restoran"ın filialında müştərilərə köhnə və kəskin iyli qida təqdim olunub. Bu barədə narazı vətəndaş sosial şəbəkələrdə məlumat paylaşıb. Müştərinin sözlərinə görə, sifariş verilən yemək 25-30 dəqiqə sonra masaya gətirilsə də, qidadan kəskin, xara
5 oktyabrSürücülər üçün sığorta haqları ARTACAQ? - Ekspertdən AÇIQLAMA
Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortası üzrə yığımların 10,7 faiz, sığorta ödənişlərinin isə 20,2 faiz artması avtomobil sığortası bazarında ödənişlərin daha sürətli yüksəldiyini göstərir. Ödənişlərin yığımlardan daha sürətlə artması sığorta şirkətlərinin maliyyə yükünə və gələcəkd
5 oktyabrBakıda yeni dəmir yolu tıxacları azaldacaq? - Ekspertdən AÇIQLAMA
Bakıda yeni dəmir yolu xəttinin tikintisi şəhərdaxili sərnişindaşıma imkanlarının genişləndirilməsi və nəqliyyat yükünün daha səmərəli bölüşdürülməsi baxımından əhəmiyyətli ola bilər. Sərnişinlərin şəxsi avtomobillərdən dəmir yoluna keçidinin artması şəhərin əsas yollarında nəqliyyat sıxlığının azalmasın
6 oktyabr