Restoranların pul tələsi: 25 faiz xidmət haqqı qanunidirmi?

Restoranların pul tələsi: 25 faiz xidmət haqqı qanunidirmi?"Vətəndaşlar onlardan əlavə 25% xidmət haqqı alan restoranı məhkəməyə verə bilərlər".

Bunu "Qaynarinfo"ya açıqlamasında vəkil Əkrəm Həsənov restoranlarda vətəndaşlardan alınan əlavə xidmət haqqının hüququ əsaslarını izah edərkən deyib.

O bildirib ki, vətəndaşın verdiyi 25% xidmət haqqını restorandan geri almaq imkanı var:
"Müqavilə iki formada bağlanılır, şifahi və yazılı. Yazılı müqavilə aydındır, şərtlər göz önündə olur. Şifahi müqavilə fərqlidir. Müqavilə şifahi bağlanılırsa, qarşı tərəf, yəni bizə xidmət göstərən şəxs qiyməti əvvəldən bəyan etməlidir. Restorana gedəndə menyu verilir və orada qiymətlər göstərilir. Əgər orada xidmət haqqı da varsa, bu barədə əvvəldən məlumat verilməlidir. Hətta restoranda, tutaq ki, haradasa bu barədə yazılıb, amma müştəri bunu görməyə, fikir verməyə bilər. Çünki heç kəs bunu gözləmir. Buna müqavilənin standart şərtləri deyirlər. Əgər istehlakçıya sahibkar nəsə satırsa, xidmət göstərirsə və onun şərtlərində qeyri-adi gözlənilməz nəsə varsa, bu, istehlakçının maraqlarına ziddirsə və sahibkar öz hüquqlarından istifadə edirsə, həmin şəxs etibarsızdır. Əgər restoran yazırsa ki, xidmət haqqı 5%-dir, bu, gözləniləndir, amma 25% gözlənilməz şərtdir".

Əkrəm Həsənov vurğulayıb ki, belə bir şərt varsa və müştəri onu görməyibsə, bu halda da etibarsızdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 970   Tarix: 11 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi

Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca

5 oktyabr
.

Korrupsiya xəbərini verən işçiyə təzyiqin qarşısı necə alınacaq?

Korrupsiya barədə məlumatlara 20 iş günü ərzində baxılacaq. Qaynarinfo-nun məlumatına görə, sözügedən məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "Korrupsiya ilə əlaqədar hüquqpozmalarl

6 oktyabr
.

Azərbaycanda tauna yoluxan var?

Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir. Hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur. APA-ya istinadən xəbər verir ki, b

5 oktyabr
.

Müəllim olmaq ÇƏTİNLƏŞİR: "Artıq təkcə bilik yox, dünyagörüşü də yoxlanılır"

Müəllimlər Günü ərəfəsində müəllim peşəsinin cəmiyyətdəki nüfuzu və təhsil prosesində müəllimin rolu yenidən diqqət mərkəzinə gəlir. Müəllimlərin əməkhaqqının artırılması, sertifikasiya prosesinin tətbiqi və peşəkar inkişaf imkanlarının genişləndirilməsi onların işə münasibətinə və motivasiyasına təsi

5 oktyabr
.

Bakıda tanınmış restoranda biabırçılıq

Bakının Əhmədli qəsəbəsində yerləşən "Boranı Restoran"ın filialında müştərilərə köhnə və kəskin iyli qida təqdim olunub. Bu barədə narazı vətəndaş sosial şəbəkələrdə məlumat paylaşıb. Müştərinin sözlərinə görə, sifariş verilən yemək 25-30 dəqiqə sonra masaya gətirilsə də, qidadan kəskin, xara

5 oktyabr
.

Zəlzələ, sel, daşqın... İnsanlar niyə mənzillərini sığortalamaq istəmir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Zəlzələ, sel, daşqın və digər təbii fəlakətlər nəticəsində mənzillərə ciddi ziyan dəyməsi insanlara əmlak sığortasının əhəmiyyətini bir daha xatırladır. Buna baxmayaraq, bir çox vətəndaş hələ də öz mənzilini sığortalamağa maraq göstərmir. Sığorta ödənişlərinə inamsızlıq, sığortanın mahiyyəti barədə kifayə

6 oktyabr
.

Sürücülər üçün sığorta haqları ARTACAQ? - Ekspertdən AÇIQLAMA

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortası üzrə yığımların 10,7 faiz, sığorta ödənişlərinin isə 20,2 faiz artması avtomobil sığortası bazarında ödənişlərin daha sürətli yüksəldiyini göstərir. Ödənişlərin yığımlardan daha sürətlə artması sığorta şirkətlərinin maliyyə yükünə və gələcəkd

5 oktyabr
.

Məktəb bufeti və toylarda zəhərlənmə halları: İnsanlar özünü necə qoruya bilər? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Məktəb bufetində şagirdlərin, ardınca toy mərasimində onlarla insanın zəhərlənməsi qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Gəncədə məktəb bufetində zəhərlənmə hadisəsindən sonra obyektin fəaliyyəti məhdudlaşdırılıb, Kürdəmir rayonunda isə toy mərasimindən sonra 92 nəfər zəhərlənmə şübhəs

6 oktyabr
.

Bakıda yeni dəmir yolu tıxacları azaldacaq? - Ekspertdən AÇIQLAMA

Bakıda yeni dəmir yolu xəttinin tikintisi şəhərdaxili sərnişindaşıma imkanlarının genişləndirilməsi və nəqliyyat yükünün daha səmərəli bölüşdürülməsi baxımından əhəmiyyətli ola bilər. Sərnişinlərin şəxsi avtomobillərdən dəmir yoluna keçidinin artması şəhərin əsas yollarında nəqliyyat sıxlığının azalmasın

6 oktyabr