"Park Azure" vətəndaşları belə aldadır - ŞOK İDDA

"Park Azure" vətəndaşları belə aldadır - ŞOK İDDABakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində "Yeni Həyat Şirkətlər" Qrupunun inşaa etdirdiyi "Park Azure" yaşayış kompleksində yaşan şəxs liftdə olan məlumat lövhəsindəki kağızları cıraraq, yaşayış kompleksinin dəhlizinə atdığı üçün polis tərəfindən saxlanılıb.

Qaynarinfo-nun məlumatına görə, buna səbəb isə vətəndaşın yaşadığı binanın 12-ci mərtəbəsinə qalxması üçün lift katının deaktiv edilməsi olub.

1977-ci ildə Xaçmaz rayonunda anadan olmuş Samir Əliyev (ad-şərti) yaşadığı binada 2 aydır ki, qanunsuz olaraq lift kartı deaktiv edilib. "Park Azure"a rəhbərliyi lift daxilində onun məlumatını yerləşdirərək göstərmədikləri xidmət haqqına görə pul tələb edib. O, həmin məbləği ödəməkdən imtina etdiyi üçün lift kartı deaktiv edilib.

İki ay müddətində özü və 3 uşağı yaşadığı 12-ci mərtəbəyə hər gün piyada düşüb-qalxmağa məcbur olublar. Dəfələrlə səlahiyyətli şəxslərə müraciət etsə də, problemi həll etməkdən imtina ediblər.

Bu hadisələrdən təngə gələn Samir 24 iyun 2023-cü il tarixdə liftdə olan məlumat lövhəsindəki kağızları cıraraq, yaşayış kompleksinin dəhlizinə atıb. "Reception" bölməsində işləyən Nuranə adlı işçini isə tənqid edib.

"Park Azure"a rəhbərliyi Samirin hərəkəti ilə bağlı polisə məlumat verib. Polis onu saxlayıb və protokol yazaraq, baxılması üçün məhkəməyə göndərib.

Samir Əliyev bildirib ki, "Park Azure" rəhbərliyinin liftə məhdudiyyət qoyması qanunsuzdur: "Tamerlan Əliyev və Elina Əliyeva adlı 2 azyaşlı uşağım var. Bir övladım da Vətən müharibəsi iştirakçısıdır və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib".

"Yeni Həyat Şirkətlər Qrupu"nun sədri vəzifəsini müvəqqəti icra edən Babək Babayev bildirib ki, vətəndaşın 1700 manat kommunal xidmətlərə görə yaranmış borcunu siliblər, lakin liftdən istifadəyə görə borcu ödəmədiyinə görə lift kartı deaktiv edilib: "24 iyun 2023-cü il tarixdə liftdə olan məlumat lövhəsindəki kağızları cıraraq, yaşayış kompleksinin dəhlizinə atıb, "reception" bölməsində işləyən Nuranə adlı işçi ilə mübahisə edib, nalayiq ifadələr işlədib, bukletləri götürərək nümaişkarcasına yerə atıb".

Məhkəmənin qərarı ilə Samir Əliyev İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 50 manat məbləğində cərimə tətbiq edilib.

Qeyd edək ki, şirkət Bakı şəhərində "Grand Hayat", "Park Azure", "Yeni Hayat Residence", "Yeni Hayat Plaza", "Azure" və "MegaFun" kimi iri daşınmaz əmlaklara sahibdir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1445   Tarix: 12 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat

Abşeron rayonunda tələbənin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Yaqub Məmmədovun (soyad şərtidir - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökm

6 oktyabr
.

Bəzi şəxslərə pulsuz hüquqi yardım göstəriləcək

Azərbaycanda bir sıra şəxslərə pulsuz hüquqi yardım göstəriləcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Qanun layihəsinə əsasən, pulsuz hüquq

5 oktyabr
.

Qızlar "kişi peşələri"nə üz tutur: Əmək bazarında nələr dəyişəcək?

Son dövrlərdə peşə təhsilinə maraq göstərən qızların sayında artım müşahidə olunur. Əmək bazarında praktiki bacarıqlara və müxtəlif peşələr üzrə ixtisaslı kadrlara tələbatın yüksəlməsi, eləcə də peşə təhsilinin məşğulluq imkanları yaratması bu marağın artmasına təsir edən amillər sırasında göstəril

6 oktyabr
.

Zəlzələ, sel, daşqın... İnsanlar niyə mənzillərini sığortalamaq istəmir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Zəlzələ, sel, daşqın və digər təbii fəlakətlər nəticəsində mənzillərə ciddi ziyan dəyməsi insanlara əmlak sığortasının əhəmiyyətini bir daha xatırladır. Buna baxmayaraq, bir çox vətəndaş hələ də öz mənzilini sığortalamağa maraq göstərmir. Sığorta ödənişlərinə inamsızlıq, sığortanın mahiyyəti barədə kifayə

6 oktyabr
.

"WhatsApp"da yeni funksiya

"WhatsApp" istifadəçilər üçün yeni funksiya təqdim edib. xəbər verir ki, yenilik sayəsində statuslarda paylaşılan videoları artıq 2x sürətlə izləmək mümkündür. Bu funksiya istifadəçilərə videolara adi sürətdən iki dəfə daha sürətli baxmağa imkan verir. Beləliklə, statuslarda paylaşılan vide

5 oktyabr
.

Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb

Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb. -a istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Rayon sakini olan 17 yaşlı yeniyetmə 14 yaşlı qızı evlənmək məqsədi ilə qaçırıb. Oktyabrın 1-də bu barədə Sabirabad Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxil olan müraciət üzrə onla

6 oktyabr
.

Xalq artisti evdə yıxılıb xəsarət aldı

Xalq artisti, aparıcı Ofeliya Sənani ötən gün xəstəxanalıq olub. axşam.az-a istinadən xəbər verir ki, aparıcı evində yıxılıb. Hadisə ilə bağlı təcili tibbi yardım çağırılıb. Yıxılma nəticəsində O. Sənaninin ayağı zədələnib. Hazırda vəziyyətinin yaxşı olduğu bildirilir. Qeyd edək ki, Ofeliya Sənani dah

6 oktyabr
.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı cəmiyyətin gələcəyinin əsas təminatıdır

"Uşaqlar və gənclər hər bir cəmiyyətin gələcəyini müəyyən edən əsas qüvvədir. Sağlam, savadlı, dünyagörüşlü, vətənpərvər və yüksək mənəvi dəyərlərə sahib nəslin yetişdirilməsi dövlətin və cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir. Çünki ölkənin gələcək inkişafı bu gün yetişən nəslin bili

6 oktyabr
.

Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək

Bakının bəzi rayonlarında suyun verilişində fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərini

6 oktyabr