Özəl bağçalarda fantastik qiymətlər: "Sanki uşaqlara Eynşteyn dərs keçir" — ARAŞDIRMA

Özəl bağçalarda fantastik qiymətlər: "Sanki uşaqlara Eynşteyn dərs keçir" — ARAŞDIRMAUşaq bağçaları azyaşlıların əqli, fiziki, yaradıcı potensialının və şəxsi ünsiyyət bacarıqlarının inkişafında mühüm rol oynayır.

Bu səbəbdən valideynlər yeni tədris ilində azyaşlı övladlarını bağçaya qoyarkən qarşısında iki əsas seçim olur: dövlət bağçaları və özəl bağçalar.
Azərbaycanda dövlət bağçaları pulsuzdur. Lakin çox vaxt bu müəssisələrdə yer çatışmazlığı olur. Özəl bağçalara üz tutan valideynlər isə ağlasığmaz qiymətlərlə qarşılaşırlar.

Bakupost.az Bakıda yerləşən özəl bağçalarda qiymətlərlə bağlı araşdırma aparıb.

Araşdırma zamanı aydın olub ki, özəl bağçalarda gündə 4 və ya 5 dəfə qidalanmaq, dil qrupları, əyləncəli və öyrədici oyunlar, idman, rəsm, şahmat və musiqi dərsləri keçirilir. Həmin bağçalarda təhlükəsizliyə nəzarət yüksək səviyyədədir. Özəl bağçalarda valideynlərə övladının günlük fəaliyyətini canlı izləmək imkanı yaradılır. Araşdırmamız göstərdi ki, özəl bağçalarda ən aşağı qiymət 350 manatdan başlayır.

Məsələn, "Zümrüd" özəl uşaq bağçasında Azərbaycan, rus və ingilis dilində tədris təklif olunur. Azərbaycan dili bölməsinin aylıq ödənişi 550 manatdır.
Rus dili qrupunun 600, ingilis dili qrupunun isə aylıq ödənişi 700 manatdır.

"Yaşıl ada" uşaq bağçasında tələbat olmadığı üçün Azərbaycan dili qrupu səhər saat 08:00-dan günorta saat 1-ə kimi fəaliyyət göstərir. (?) Rus dili bölməsi 750, ingilis dili bölməsinin aylıq ödənişi isə 800 manatdır.

"Neo Kids" özəl uşaq bağçasında da həftədə 5 gün olmaqla Azərbaycan və rus dili qrupları fəaliyyət göstərir və hər iki qrup üçün aylıq ödəniş 700 manat təşkil edir. İndilis dili bölməsi isə 750 manatdır. Baxçada uşaqlar üçün hovuz da fəaliyyət göstərir.

"Şəkər" uşaq baxçasında hər üç bölmə üzrə aylıq ödəniş 760 manat təşkil edir.

"Göyərçin" bağçasında isə rus bölməsi 550, ingilis bölməsi isə 600 manatdır.

"Erudit-M" uşaq bağçasında səhər 08:30-dan axşam 18:00-a qədər uşaqların təlim tərbiyəsi üçün aylıq ödənişin məbləği 500 manat təyin olunub.

"Tumurcuq" uşaq bağçasında isə bütöv gün 450 manat, yarım gün isə 320 manatdır.

"Play Arena" özəl bağçasında bütöv gün 400, yarım gün isə 250 AZN təşkil edir.

"İnci balalar" uşaq bağçasında Azərbaycan və rus bölmələri üçün ödəniş 350 manat, ingilis dilli bölməsi üçünsə 450 manatdır.

"Albalı" uşaq bağçasında gündə 5 dəfə yemək verilir. Bağçada Azərbaycan, rus və ingilis dili tədris olunur. Bildirildi ki, hazırda yay rejimi olduğuna görə uşaqlara əyləncəli proqramlar keçilir. Səhər saat 08:00-dan axşam saat 18:00-a qədər 350 manat, müvafiq olaraq günün birinci hissəsi saat 1-ə kimi 200 manat, saat 3-ə qədər isə 250 manat ödniş 1təyin olunub. Sentyabrdan məktəbəqədər dərslərə isə əlavə heç bir ödəniş tələb olunmur.

Göründüyü kimi, özəl bağçalarda qiymətlər əksər valideynlər üçün əlçatan deyil. Bəs, qiymətlərin bu qədər baha olması nə ilə bağlıdır?

Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, ümumi statistikaya görə ölkədə 1825 dövlət bağçası, 133 özəl bağça fəaliyyət göstərir.

Onun sözlərinə görə, özəl bağçalar qiymətlərin yüksək olmasını təhlükəsizlik, sağlamlıq, qida, əlavə servis xidmətləri ilə izah edirlər:

"Qiymətlərə baxanda bəzən elə təəssürat yaranır ki, sanki o bağçalarda uşaqlara Eynşteyn dərs keçir. Özəl bağçalar müstəqildir və qiyməti təyin etmək hüquq sahibkarın əlindədir. Amma istənilən halda özəl bağça sahibləri insaflı davranmalı və qiyməti münasib etməlidirlər".

E.Əfəndi qeyd edib ki, özəl bağçalar əlavə bir çox xidmətlər təklif edirlər:

"Məsələn, bağça yatılı olur, ya da uşaqlar xüsusi nəqliyyatla aparıb-gətirilirlər. Həmçinin, sahibkar müəssisəyə xaricdən mütəxəssislər cəlb edə bilər. Bu zaman aylıq təhsil haqqıı 1000 manat da olsa, buna qarışa bilmərik. Bağça sahibi deyə bilər ki, mütəxəssis dəvət etmişəm və o, bu qiymətə çalışır".

Elm və Təhsil Nazirliyi mətbuat katibi Cəsarət Valehov isə bildirib ki, özəl bağçalarda qiyməti bazar tənzimləyir:

"Özəl bağçalar sahibkarlıq məqsədlidir. Buna görə də bu müəssisələrdə qiyməti sahibkar özü müəyyən edir. Elm və Təhsil Nazirliyi bununla bağlı heç bir səlahiyyətə malik deyil. Dövlət bağçaları isə pulsuzdur. Düzdür, özəl bağçalarda olduğu kimi əlavə xidmətlər olmasa da, dövlət bağçalarımızda körpələrimizə dövlət xidmət göstərir. Uşaqların tədrisi, təlim-tərbiyəsi qida və təhlükəsizliyinə nəzarət edilir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1219   Tarix: 12 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 16 dərəcə isti olacaq, rayonlara yağış yağacaq

Bakıda aprelin 28-də hava yağmursuz olacaq, rayonlarda isə qısamüddətli yağıntılar gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qər

27 aprel
.

"NEW MED KLINIKA"da şəfa tapmaq olarmı?

Ölkədə özəl tibb sektorunda şəffaflıq və qanunlara əməl olunması dəfələrlə gündəmə gətirilsə də, bəzi klinikalar görünən odur ki, bu tələbləri açıq şəkildə görməzdən gəlməkdə davam edir. "NEW MED KLINIKA" ilə bağlı daxil olan məlumatlar isə vəziyyətin düşündüyümüzdən daha ciddi olduğunu göstərir.İddialar

27 aprel
.

Çoxmərtəbəli binalarda kombi dövrü bitir? - VİDEO

Mənzillərdə fərdi istilik sistemlərinin, yəni kombilərin istifadəsi ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunur. "Xəzər" TV-yə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin yeni qərarına əsasən, binalar layihələndirilərkən artıq hündürlük faktoru əsas götürüləcək. Yeni qaydalara görə, yalnı

26 aprel
.

Pentaqon rəsmisi tanışlıq saytında dövlət sirlərini yaydığına görə işdən qovuldu

Pentaqonun radiasiya-kimyəvi təhlükəsizlik üzrə rəhbəri Endryu Haqq vəzifəsindən kənarlaşdırılıb. "CBS News" telekanalına istinadən xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pit Heqset mətbuat konfransında söyləyib. Nazir Endryu Haqq vəzifəsindən kənarlaşma səbəbinin onun tanışlıq tətbiqind

27 aprel
.

Prezident İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"nın təqdimolunma mərasiminin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"nın təqdimolunma mərasiminin iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli dostlar,. Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunmas

26 aprel
.

Azərbaycan toylarında BU QAYDA DƏYİŞİB

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu artıq toylarda bəy və gəlinin "Vağzalı" istəmədiyini deyib. Axşam.az-a istinadən xəbər verir ki, musiqiçi muğam ifaçılarının da buna şərait yaratdığını bildirib:. "Artıq neçə toydur "Vağzalı" ifa etmirik. Müəyyən mahnılar seçilir. Muğam ifaçılarını

26 aprel
.

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Mingəçevir su anbarından Kür çayının aşağı axınına suyun buraxılması qərara alınıb. bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Dövlət Agentliyinə istinadən xəbər verir. Qurum xatırladıb ki, martın sonundan başlayaraq, respublikanın bütün bölgələrində intensiv yağışlar nəticəsində transsərhəd çaylarında

27 aprel
.

16 yaşlı oğlanı maşınla vurub öldürdü - Video

Bakıda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, Murad Müslüm oğlu Abaszadə idarə etdiyi avtomobillə Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi ilə hərəkətdə olarkən yolu keçən piyadanı vurub. Nəticədə 2010-cu il təvəllüdlü Emil Kamil oğlu Əliyev hadisə yerində ölüb. Məlum olu

27 aprel
.

Qar yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Aprelin 28-dən 30-u səhərədək Azərbaycanın bəzi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı

27 aprel