"Polislərimizi təhqir etmək və onalara qarşı qara piar kampaniyasının aparılması yolverilməzdir" - DEPUTAT
"Bu gün Azərbaycan polisi üzərinə düşən bu missiyanı şərəflə icra edir".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edir ki, koronavirusa qarşı mübarizədə Azərbaycan polisinin çox böyük xidmətləri oldu:
"Azərbaycan polisi koronavirusla mübarizə zamanı yüksək dərəcədə peşəkarlıq nümayiş etdirdi. Tək koronavirusla mübarizədə deyil hər zaman polislərimiz dövlətimizin və vətəndaşlarımızın təhlükəsizliyinin keşiyində dayanıb. Təəssüf ki, bu gün polislərimizə qarşı məqsədli şəkildə qarayaxma kompaniyalar aparılır. Hər birimizin borcudur ki, polislərimizə qarşı aparılan bu qarayaxma komapaniyaların qarşı çıxaq. Unutmaq lazım deyil ki, bu gün polislərimiz öz canları bahasına bizim təhlükəsizliyimizi təmin edirlər. Dəfələrlə polislərimizin canları bahasına vətəndaşlarımızı qoruduqlarının şahidi də olmuşuq. Ona görə də polislərimizi təhqir etmək və onalara qarşı qara piar kampaniyasının aparılması yolverilməzdir".
Deputat vurğulayıb ki, bu gün Azərbaycan polisi ictimai təhlükəsizliyə qarantıdır:
""Polis haqqında" qanunun 26-cı maddəsinə əsasən, polis əməkdaşı onun qanuni tələblərini icra etməyən şəxsə qarşı hər hansı hüquqpozmanın törədilməsində güc işlədildikdə, o cümlədən insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq edildikdə xüsusi vasitələri tətbiq edə bilər. Gədəbəydə baş verən məlum hadisədə də polis öz üzərinə düşən vəzifəni yerinə yetirib. Sosial şəbəkədə yayılan videolarda aydın görünür ki, qadınlar polislərə daş və kəsəklə hücum etməyə cəhd ediblər. Daim təhlükəsizliyimizin keşiyində olan polislərimizə qarşı atılan bu addımlar bizi təəssüfləndirdi".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1139 Tarix: 12 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat
Abşeron rayonunda tələbənin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Yaqub Məmmədovun (soyad şərtidir - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökm
6 oktyabrBəzi şəxslərə pulsuz hüquqi yardım göstəriləcək
Azərbaycanda bir sıra şəxslərə pulsuz hüquqi yardım göstəriləcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Qanun layihəsinə əsasən, pulsuz hüquq
5 oktyabrQızlar "kişi peşələri"nə üz tutur: Əmək bazarında nələr dəyişəcək?
Son dövrlərdə peşə təhsilinə maraq göstərən qızların sayında artım müşahidə olunur. Əmək bazarında praktiki bacarıqlara və müxtəlif peşələr üzrə ixtisaslı kadrlara tələbatın yüksəlməsi, eləcə də peşə təhsilinin məşğulluq imkanları yaratması bu marağın artmasına təsir edən amillər sırasında göstəril
6 oktyabr"WhatsApp"da yeni funksiya
"WhatsApp" istifadəçilər üçün yeni funksiya təqdim edib. xəbər verir ki, yenilik sayəsində statuslarda paylaşılan videoları artıq 2x sürətlə izləmək mümkündür. Bu funksiya istifadəçilərə videolara adi sürətdən iki dəfə daha sürətli baxmağa imkan verir. Beləliklə, statuslarda paylaşılan vide
5 oktyabrSabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb. -a istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Rayon sakini olan 17 yaşlı yeniyetmə 14 yaşlı qızı evlənmək məqsədi ilə qaçırıb. Oktyabrın 1-də bu barədə Sabirabad Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxil olan müraciət üzrə onla
6 oktyabrXalq artisti evdə yıxılıb xəsarət aldı
Xalq artisti, aparıcı Ofeliya Sənani ötən gün xəstəxanalıq olub. axşam.az-a istinadən xəbər verir ki, aparıcı evində yıxılıb. Hadisə ilə bağlı təcili tibbi yardım çağırılıb. Yıxılma nəticəsində O. Sənaninin ayağı zədələnib. Hazırda vəziyyətinin yaxşı olduğu bildirilir. Qeyd edək ki, Ofeliya Sənani dah
6 oktyabrBakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək
Bakının bəzi rayonlarında suyun verilişində fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərini
6 oktyabr