İcra başçısının avtomobilinin qarşısını kəsmək istəyən vəzifəli şəxs həbs edildi

İcra başçısının avtomobilinin qarşısını kəsmək istəyən vəzifəli şəxs həbs edildiGəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun avtomobilinin qarşısını kəsmək istəyən vəzifəli şəxs saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, 1978-ci ildə Gədəbəy rayonunda doğulmuş, ali təhsilli, evli, Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) iş icraçısı vəzifəsində çalışan Nazim İsmayılov (ad-soyad şərti) 9 iyul 2023-cü il tarixdə "VAZ 2107" markalı avtomobillə Gəncə şəhərindəki H.Əliyev prospektində yerləşən xəstəxananın qarşısında saxlayıb, başçının orada olub-olmadığını soruşub.

Bu zaman mühafizə işçisi ona icra başçısının avtomobilinin həyətdə olduğunu, lakin özünün orada olub-olmadığını bilmədiyini deyib. O mühafizəçiyə bildirib ki, işlə bağlı narazılığı var və nə olursa-olsun başçısı ilə görüşməlidir. Deyib ki, "lazım olsa" maşınını Niyazi Bayramovun avtomobilinin qarşısına sürüb onu saxlayacaq və sözünü deyəcək. Sonra da əsəbi vəziyyətdə avtomobilə oturaraq oradan uzaqlaşıb.

Nazim İsmayılov hərəkətdə olan zaman nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarmaq və yolun səthində çoxsaylı təkər izlərini buraxmaqla avtoxuliqanlıq edib. Polis onu saxlayaraq, barəsində protokol tərtib edib və işi məhkəməyə göndərib.

Məhkəmənin qərarı ilə Nazim İsmayılov İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılıb və 20 gün müddətində inzibati qaydada həbs edilib.

Qeyd edək ki, Gəncə şəhər MKTİB-in rəisi Nurəhməd Əhmədovdur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2403   Tarix: 12 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat

Abşeron rayonunda tələbənin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Yaqub Məmmədovun (soyad şərtidir - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökm

6 oktyabr
.

Bəzi şəxslərə pulsuz hüquqi yardım göstəriləcək

Azərbaycanda bir sıra şəxslərə pulsuz hüquqi yardım göstəriləcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Qanun layihəsinə əsasən, pulsuz hüquq

5 oktyabr
.

Qızlar "kişi peşələri"nə üz tutur: Əmək bazarında nələr dəyişəcək?

Son dövrlərdə peşə təhsilinə maraq göstərən qızların sayında artım müşahidə olunur. Əmək bazarında praktiki bacarıqlara və müxtəlif peşələr üzrə ixtisaslı kadrlara tələbatın yüksəlməsi, eləcə də peşə təhsilinin məşğulluq imkanları yaratması bu marağın artmasına təsir edən amillər sırasında göstəril

6 oktyabr
.

Zəlzələ, sel, daşqın... İnsanlar niyə mənzillərini sığortalamaq istəmir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Zəlzələ, sel, daşqın və digər təbii fəlakətlər nəticəsində mənzillərə ciddi ziyan dəyməsi insanlara əmlak sığortasının əhəmiyyətini bir daha xatırladır. Buna baxmayaraq, bir çox vətəndaş hələ də öz mənzilini sığortalamağa maraq göstərmir. Sığorta ödənişlərinə inamsızlıq, sığortanın mahiyyəti barədə kifayə

6 oktyabr
.

"WhatsApp"da yeni funksiya

"WhatsApp" istifadəçilər üçün yeni funksiya təqdim edib. xəbər verir ki, yenilik sayəsində statuslarda paylaşılan videoları artıq 2x sürətlə izləmək mümkündür. Bu funksiya istifadəçilərə videolara adi sürətdən iki dəfə daha sürətli baxmağa imkan verir. Beləliklə, statuslarda paylaşılan vide

5 oktyabr
.

Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb

Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb. -a istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Rayon sakini olan 17 yaşlı yeniyetmə 14 yaşlı qızı evlənmək məqsədi ilə qaçırıb. Oktyabrın 1-də bu barədə Sabirabad Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxil olan müraciət üzrə onla

6 oktyabr
.

Xalq artisti evdə yıxılıb xəsarət aldı

Xalq artisti, aparıcı Ofeliya Sənani ötən gün xəstəxanalıq olub. axşam.az-a istinadən xəbər verir ki, aparıcı evində yıxılıb. Hadisə ilə bağlı təcili tibbi yardım çağırılıb. Yıxılma nəticəsində O. Sənaninin ayağı zədələnib. Hazırda vəziyyətinin yaxşı olduğu bildirilir. Qeyd edək ki, Ofeliya Sənani dah

6 oktyabr
.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı cəmiyyətin gələcəyinin əsas təminatıdır

"Uşaqlar və gənclər hər bir cəmiyyətin gələcəyini müəyyən edən əsas qüvvədir. Sağlam, savadlı, dünyagörüşlü, vətənpərvər və yüksək mənəvi dəyərlərə sahib nəslin yetişdirilməsi dövlətin və cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir. Çünki ölkənin gələcək inkişafı bu gün yetişən nəslin bili

6 oktyabr
.

Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək

Bakının bəzi rayonlarında suyun verilişində fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərini

6 oktyabr