Tanınmış media təmsilçiləri mətbuatın hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüblər - VİDEO
Azərbaycanın bir sıra tanınmış media təmsilçiləri ölkə mətbuatının keçdiyi tarixi yol və hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüblər.
Əməkdar jurnalist Qulu Məhərrəmli AZƏRTAC-a bildirib ki, hazırda qəzetlər 50 il, hətta 20 il bundan əvvəlki funksiyanı yerinə yetirə bilmirlər.
Onun sözlərinə görə, qəzet bu gün operativlik iddiasını geri götürür, daha çox analitik yazılar yayır:
"Nə vaxt, harada, nə zaman suallarının cavabını onlayn media verir, niyə və necə sualı isə qəzetin öhdəsində qalır".
"ASAN radio"nun rəhbəri Emin Musəvi deyib ki, rəqəmsal media çox inkişaf edib, amma radio olduqca aktual mediadır və aktuallığını qoruyub saxlayır:
"44 günlük Vətən müharibəsi dövründə internetə məhdudiyyət qoyulanda belə, radio əlçatan idi".
İTV-nin Xəbərlər Departamentinin direktor müavini Natiq Abdullayev qeyd edib ki, hər bir media qurumunun əsas missiyası maarifləndirmək, məlumatlandırmaq, bəzən də müəyyən informasiyaları təhlil formasında tamaşaçıya çatdırmaqdır:
"Təbii ki, televiziyanın öz qayda və tələbi var, bu da daha çox görüntüyə üstünlük verməkdir".
"Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev vurğulayıb ki, informasiya agentlikləri hələ ilk yaranan gündən ilkin informasiyanın mənbəyi sayılıblar. O bildirib ki, dünya təcrübəsi də bunu təsdiqləyir:
"Odur ki, ilk məlumatı da cəmiyyətə məhz biz ötürürük. Bizim məlumat əsasında digər kütləvi informasiya vasitələri məzmunu emal edib hansısa əlavələrlə cəmiyyətə çatdırırlar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 650 Tarix: 22 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sürücülər üçün sığorta haqları ARTACAQ? - Ekspertdən AÇIQLAMA
Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortası üzrə yığımların 10,7 faiz, sığorta ödənişlərinin isə 20,2 faiz artması avtomobil sığortası bazarında ödənişlərin daha sürətli yüksəldiyini göstərir. Ödənişlərin yığımlardan daha sürətlə artması sığorta şirkətlərinin maliyyə yükünə və gələcəkd
5 oktyabrMüəllim olmaq ÇƏTİNLƏŞİR: "Artıq təkcə bilik yox, dünyagörüşü də yoxlanılır"
Müəllimlər Günü ərəfəsində müəllim peşəsinin cəmiyyətdəki nüfuzu və təhsil prosesində müəllimin rolu yenidən diqqət mərkəzinə gəlir. Müəllimlərin əməkhaqqının artırılması, sertifikasiya prosesinin tətbiqi və peşəkar inkişaf imkanlarının genişləndirilməsi onların işə münasibətinə və motivasiyasına təsi
5 oktyabrBu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR
Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen
4 oktyabrAzərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yeni islaha
4 oktyabrBu gün Beynəlxalq Müəllimlər Günüdür
Bu gün müəllimlər öz peşə bayramlarını qeyd edirlər. xatırladır ki, 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənə
5 oktyabrMagistraturada "pullu"ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq
2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş alıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, müvafiq ixtisaslar
5 oktyabr