İki iş adamı Ümrə ziyarətinə getdikləri Səudiyyədə Ronaldonu izlədikləri üçün saxlanıldı

İki iş adamı Ümrə ziyarətinə getdikləri Səudiyyədə Ronaldonu izlədikləri üçün saxlanıldıÜmrə üçün Səudiyyə Ərəbistanının Məkkə şəhərinə gedən iki kürd iş adamı "Gəlmişkən Kristiano Ronaldonun oyununu da izləyək" deyərək matça getmək istəyib, lakin Səudiyyə Ərəbistanı polisi tərəfindən yaxalanıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, hadisə avqust ayında baş verib.

Mövzu ilə bağlı "Rüdaw" xəbər mərkəzinə danışan İraq Kürdüstan Regional Rəhbərliyinin Həcc və Ümrə İşləri Baş direktoru Şeyx Niyaz Nəkişbəndi, Məkkəyə tur təşkil edən şirkətin sahibi iki kürd iş adamının Məkkədə saxlandığı barədə məlumatı təsdiqləyib.

Avqustun əvvəlində kürd iş adamlarının Səudiyyə Ərəbistanına səfər etdiyini bildirən Nakişbəndi, "Salar və Sabah adlı vətəndaşlarımız matçı izləmək üçün Səudiyyə Ərəbistanının Taif şəhərinə getdilər. Məqsədləri Ronaldonu görmək idi, lakin həmin vaxt Səudiyyə Ərəbistanı rəsmilərinin də matçı izləmək üçün stadionda olduğunu söylədilər. Burada şəkil çəkməyə icazə verilmir. Bu iki vətəndaş isə matçın və tribunadakı rəsmilərin şəkillərini çəkdiklərinə görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılırlar.

Şeyx Niyaz Nəkişbəndi 4 sentyabr bazar ertəsi Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki İraq konsulu ilə telefon danışığı apardığını bildirib və "Taif baş katibi bu şəxslərin azad edilməsinə qərar verib. Onların azad edilməsi üçün yalnız bəzi inzibati prosedurlar qalıb. Tezliklə onları Kürdüstana göndərəcəklər", - deyə o bildirib.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 2902   Tarix: 06 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Atletika çempionatında kütləvi zəhərlənmə

Tokioda keçirilən yerli atletika çempionatı zamanı ən azı 28 nəfər qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Çempionat Kiotoda keçirilib. Bildirilir ki, xəstəxanaya yerləşdirilənlərin hamısı yarışın təşkilində çalışa

13 sentyabr
.

"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb

İsveçrənin "Bazel" klubu baş məşqçisi Stefan Lixtştaynerlə yollarını ayırıb. klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna komandanın çempionatdakı uğursuz nəticələri səbəb olub. Çempionatda keçirilən 7 turdan və evdəki iki ardıcıl məğlubiyyətdən sonra rəhbərlik komandanın oyunund

11 sentyabr
.

F1-də qaydalar dəyişir - Məsafə də azaldılacaq

"Formula-1" 2027-ci il mövsümündən etibarən Qran-pri yarışlarının maksimum məsafəsinin 305 kilometrdən 290 kilometrə endiriləcəyini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, yeni qaydalar yağış və ya insidentlər səbəbindən dayandırılan və ya təxirə salınan yarışlara da şamil ediləcək

22 sentyabr
.

Azərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb?

Azərbaycanda eşşəklərin sayı son illər sürətlə azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlinə ölkədə 10 300 baş eşşək qeydə alınıb. Halbuki 2025-ci ildə bu göstərici 12 700 baş olub. Beləliklə, cəmi bir il ərzində eşşəklərin sayı 2 400 baş və ya təxminən 19 faiz azalıb

13 sentyabr
.

Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub

"Fənərbağça"nın qapıçısı Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub. xəbər verir ki, 37 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Xatırladaq ki, Mert Günok 2012-ci ildən Türkiyə yığmasının formasını geyinib

18 sentyabr
.

"Şəfa" "İmişli"nin futbolçusu ilə güclənib

"İmişli" Vüsal Qənbərov ilə yollarını ayırıb. verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu "Şəfa" klubuna transfer olunub. Vüsal 2024-cü ildən "İmişli"nin uğurları üçün çalışıb. O, bölgə təmsilçisinin heyətində ümumilikdə keçirdiyi 47 oyund

14 sentyabr
.

"Sabah"ın 21 yaşlı qapıçısından möhtəşəm seyvlər - Video

"Sabah"ın 21 yaşlı qapıçısı Rəvan Mirzəmmədov çıxışı ilə diqqət çəkir. "Qafqazinfo" xəbər verir ki, o, ötən gün "Şəfa"ya 3:0 hesabı ilə qalib gəldikləri matçda etdiyi seyvlərlə diqqət mərkəzinə düşüb. R.Mirzəmmədov Masazır təmsilçisinin heyətində bu mövsüm 2 oyunda meydan

15 sentyabr
.

Azərbaycan Kubokunun püşkü atıldı

Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib. Azərbaycan Kuboku. I təsnifat mərhələsi. 7-8 oktyabr. "Marafon" - "Dinamo". "Qarada

18 sentyabr
.

Mbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər

Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb. "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib. "Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarınd

13 sentyabr