XİN: "Azərbaycan Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel istifadəyə hazırdır"
"Azərbaycanla əlaqələndirilmiş şəkildə Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından paralel istifadə edilməsi təklifi uzun müddətdir ki, Azərbaycan tərəfindən irəlilədilir və müxtəlif səviyyələrdə geniş müzakirə olunurdu. Təəssüf ki, əldə edilmiş razılıqlara və beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Ermənistan və onun tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejim belə keçidin təşkilinə mane olurdu".
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib:
"Bu gün, Beynəlxaq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan tərəfinə müraciət edərək qarşı tərəfin 18 sentyabr tarixində Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel olaraq yüklərin qəbuluna razı olduğu barədə ilkin məlumat verib. Yaxın zamanlarda BQXQ tərəfindən Azərbaycan tərəfinə bu barədə rəsmi nota təqdim edilməsi gözlənilir. Əvvəllər də qeyd edildiyi kimi, Azərbaycan tərəfi ölkəmizin qanunvericiliyinin tələblərinə riayət olunmaqla, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel istifadənin təşkilinə hazırdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











7 gün qarpız yedi: orqanizminə necə təsir etdi?
Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş - Xankəndidə söküntü həyata keçiriləcək
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu
Sınaq sürüşü zamanı 15 milyonluq lüks avtomobillə vurub qaçdı - VİDEO
Yeni doğulan körpənin çəkisi onun gələcək intellektinə necə təsir edir? - ARAŞDIRMA
Bu ölkəyə getmək üçün viza lazım olmayacaq
Nazir 2 min manat maaş alan müəllimlərin sayını açıqladı
Elvin Cəfərquliyev İngiltərə Premyer Liqasında?
"Gecə evimə basqın edib maşını tələb etdilər" - Vətəndaşların avtomobilini əlindən alan dələduzluq şəbəkəsi - VİDEO
"BakıKart"ın qiyməti ARTDI
Oğlan uşaqlarına bu sözləri qətiyyən deməyin
Cenifer Lopes bu kostyumu ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Unikal yeraltı şəhərcik - Başçı aşkarlanan tunelləri təqdim etdi - VİDEO
Emin Əmrullayev: Artıq bütün müəllimlər sertifikasiyadan keçib
Nə peyvəndi var, nə də müalicəsi: Yeni ölümcül virus