Qərbi Azərbaycan Xronikası: Üzərində Göytürk yazısı olan Haqqıxlı xalçası
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Üzərində Göytürk yazısı olan Haqqıxlı xalçası" adlı veriliş efirə gedib.
"Report" xəbər verir ki, verilişdə Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsinin Haqqıxlı kəndinin tarixindən, mədəniyyətindən, sənətkarlığından və məişətindən bəhs olunur.
Bildirilir ki, Haqqıxlı indiki Ermənistanın İcevan (Karvansara) rayonunda, Ağstafa çayı dərəsinin sol yamacında, rayon mərkəzindən 12 km cənub-qərbdə daim azərbaycanlılar yaşamış kənddir. Azərbaycanlı əhalisi 1905-ci ildə 463, 1931-ci ildə 412 nəfər olub. Əhali 1988-ci il faciəli olaylar zamanı kənddən zorla qovulub.
Qeyd olunur ki, qədim oğuz türklərinin yaşayış məskənlərindən olan Haqqıxlının tarixi onun toponimlərində, daş abidələrində, məişət və adət-ənənələrində indi də yaşadılır.
Verilişdə Haqqıxlı xalçalarından, incə əl işlərində mənaların aydın şəkildə çatdırılmasından söz açılır və bildirilir ki, Haqqıxlı xalçaçılıq məntəqəsi kimi dəsti-xəttini yaradıb.
Süjetdə Haqqıxlı xalçasının üstündəki qurd ağzının əsl mənası, qurdun su içmək adəti, qırx açar, ay-ulduz işarələrinin mənası, yalnız ağır günlərdə sərilən, adına və qara bayram xalçasında yazının mənası, eləcə də ölü, yeni doğulan, cehiz və bəy üçün toxunan xalçaların fərqi izah olunur.
Diqqətə çatdırılır ki, Göytürk işarəsi olan Haqqıxlı xalçası üzərindəki yazının oxunuşu maraq doğurur: "Belə ki, ox yuxarı baxanda kişi, aşağı baxanda qadın anlamı verir. Xalçada olan naxışda yazılanlar qədimdən ötürülən məktubdur. Xalça ilə doğru rəftar etməyəndə həmin ailə və ya insan lənətlənirdi. Üzərində Tenqriçilik rəmzləri olan xalçanı açıb sərmək olmaz, ancaq bükülü saxlamaq lazımdır".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş sentyabrın 17-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb