İcma: Ermənistan öz ordusunun qalıqlarını Azərbaycanın suveren ərazisindən çıxarmalıdır
Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz şəkildə qalmaqda olan Ermənistan silahlı qüvvələri 19 sentyabr 2023-cü il tarixində erkən saatlarda Xocavənd rayonunda minalardan istifadə etməklə törətdiyi diversiya hücumları nəticəsində dördü polis, ikisi mülki şəxs olmaqla altı nəfər azərbaycanlını qətlə yetirib. Erməni hərbi birləşmələrinin, bundan əlavə, Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində iki nəfər hərbi qulluqçu yaralanıb.
Bu barədə Qərbi Azərbaycan İcmasının məlumatında qeyd olunub.
"Bütün bunlar Ermənistanın Azərbaycan ərazilərindən qoşunlarını tam çıxarmaq öhdəliyini yerinə yetirməkdən imtina etməsi, separatizmi dəstəkləməsi, Azərbaycanın reinteqrasiya səylərini sabotaj etməsi və Azərbaycana qarşı beynəlxalq miqyasda kütləvi qarayaxma kampaniyası aparması kontekstində baş verir. Açıq görünür ki, Ermənistanın hədəfi yenidən güc tətbiq etməklə Azərbaycanın ərazilərini nəzarət altında saxlamaq və ərazi iddiasını davam etdirməkdir.
Azərbaycan tərəfinin beynəlxalq hüququn norma və prinsipləri əsasında atdığı ardıcıl addımlar Ermənistana sülhü və əməkdaşlığı seçmək imkanı yaratmışdı. Təəssüf ki, Ermənistan irqçi monoetnik dövlətçilik və ərazi ekspansiyası ideologiyasından əl çəkməyib və bir sıra bədnam havadarlarının fitnəsi ilə növbəti dəfə təxribat yolunu seçib.
Bütün bunları nəzərə alaraq, Azərbaycan Ordusu Qarabağda Azərbaycanın konstitusiya quruluşunun bərpası uğrunda lokal xarakterli antiterror tədbirlərinə başlayıb.
Ermənistan hökuməti beynəlxalq hüquqa və öhdəliklərinə əməl etməli, öz ordusunun qalıqlarını Azərbaycanın suveren ərazisindən çıxarmalı, qanunsuz erməni silahlı dəstələri tərksilah edilməli və xunta rejimi ləğv edilməlidir.
Biz beynəlxalq ictimaiyyəti Ermənistanın monoetnik dövlətçilik və ərazi ekspansiyası ideologiyasından əl çəkməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qəsdini dayandırması və Ermənistandan qovulmuş azərbaycanlıların ləyaqətlə və təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına şərait yaratması üçün bu dövlətə təzyiq etməyə çağırırıq", - məlumatda vurğulanır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Minimum əmək haqqı nə zaman artırılacaq?
Nazirlik "Dr.Gülü" ilə bağlı araşdırma apardı - Bir çox gizlinlərin üstü açıldı
Bu ərazidəki 22 ev söküləcək: Sakinlərə kompensasiya veriləcək
Rayonlarda intensiv yağış, qar yağacaq, dolu düşəcək
Bu şəxslərə hər ay 1000 manat mükafat veriləcək
Qəzada həlak olan 6 azərbaycanlının kimliyi bilindi - Foto
Boşanmalar niyə artır? - SOSİOLOQLAR AÇIQLADI
May pensiyaları ödənildi
Müəllimin dərs zamanı geyimini görənlər şok olur - VİDEO
Bibərin yanında qətiyyən əkilməyəcək bitkilər: ən pis "qonşular"
Çində uşaq qaçırılması və orqan iddiaları: sosial şəbəkələrdə yayılan görüntülər müzakirə yaratdı - VİDEO
"Gənclik"dəki tuneldə ağır qəza - Yaralılar var - Video
Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
Gənc qız müəlliminin əlindən qurtulmaq üçün çılpaq halda özünü binadan atıb
3 cəzanı eyni anda aldı - Məbləğ dodaq uçuqlatdı