UEFA reytinqi: "Qarabağ" Azərbaycanın xalını artırdı
UEFA Avropa Liqası və Konfrans Liqasında qrup mərhələsinin I turunun oyunlarından sonra ölkələrin əmsallar cədvəlini açıqlayıb.
Sonxeber.az report-a istinadən xəbər verir ki, sentyabrın 21-də Bakıda Norveç "Molde"sinə 1:0 hesabı ilə qalib gələn "Qarabağ" Azərbaycanın hesabına 0,500 xal əlavə edib.
Amma ölkəmizin mövqeyində hər hansı dəyişiklik baş verməyib. Azərbaycan 17,375 xalla yenə 29-cu pillədə qərarlaşıb. Bir pillə öndə olan Slovakiya ilə fərqi azaltmaq mümkün olmayıb. Bu ölkə təmsilçisi "Slovan"ın doğma meydanda "KI Klaksvik"i (Farer adaları) üstələməsi (2:1) buna imkan verməyib.
30-cu yerdəki Moldova (12,875 xal) ilə fərq isə artıb. Buna "Şerif"in doğma azarkeşləri önündə İtaliya təmsilçisi "Roma"ya uduzması (1:2) səbəb olub.
Qeyd edək ki, siyahıya İngiltərə (90,303 xal) başçılıq edir. İspaniya (78,864 xal) ikinci, İtaliya (73,141 xal) üçüncüdür.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 947 Tarix: 22 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Ayaks" və Niderland millisinin sabiq üzvü "Qarabağ"da?
Cənubi Kiprin "Pafos" klubunda çıxış edən qapıçı Cey Qorter karyerasını Azərbaycanda davam etdirə bilər. Qaynarinfo Niderland mediasına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper "Qarabağ"ın maraq dairəsinə düşüb. Məlumata görə, Cey Qorterin mövsümün sonunda "Pafos"da
5 may"Sabah" 10 oyundur "Neftçi"yə uduzmur
Misli Premyer Liqasında çempionluğu rəsmiləşdirən "Sabah" 32-ci turda avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Neftçi"ni qəbul edəcək. "Qafqazinfo" xəbər verir ki, mayın 17-də bu komandaların ifasında yubiley paytaxt derbisi reallaşacaq. Çünki "Sabah"la "Neftçi"
15 may"Qarabağ"ın Avropa Liqasındakı potensial rəqibləri məlum oldu - SİYAHI
"Qarabağ"ın Avropa Liqasında qarşılaşa biləcəyi potensial rəqiblərin bir qismi artıq müəyyənləşib. xəbər verir ki, təmsilçimiz püşkatma mərasiminə üstün mövqedən qatılaraq səpələnmişlər səbətində yer alacaq. Məhz bu amil komandamıza ilk mərhələdə reytinq xallarına görə nisbətən daha zəif rəqiblərl
19 mayFIFA "Neftçi"yə niyə transfer qadağası qoyub? (AÇIQLAMA)
FIFA-nın "Neftçi"yə tətbiq etdiyi transfer qadağası maksimum 3-5 günə aradan qaldırılacaq. Bu barədə Qaynarinfo-ya "ağ-qaralar"ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, transfer ödənişi geçikəndə FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salır v
7 mayÇempionlar Liqasında ikinci finalçı müəyyənləşir
Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı bəlli olacaq. "Qafqazinfo" xəbər verir ki, "Bavariya" PSJ-ni qəbul edəcək. Münhendə keçiriləcək matçda qarşılaşmaya 23:00-da start veriləcək. Cütün qalibi finalda "Arsenal"la qarşılaşacaq. UEFA Çempionlar Liqası. Yarımfina
6 may"Sabah" bir milyon avroluq transferi rəsmiləşdirdi
"Sabah" müdafiəçi Timoteuş Puxaçın transferi üçün Almaniyanın "Holştayn Kil" klubu ilə danışıqları uğurla yekunlaşdırıb. Qaynarinfo xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb. Bildirilib ki, "Sabah" 27 yaşlı futbolçunun transfer hüquqlarına sahib çıxıb. Polşalı futbolç
14 mayAFFA-dan "Qarabağ"a SƏRT CƏZA
"Qarabağ" futbol klubunun aparıcı oyunçularından olan Marko Yankoviç ağır sanksiya ilə üzləşərək yaşıl meydanlardan 8 oyunluq uzaqlaşdırılıb. xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. Fərdi cəzalarla yanaşı, Ağdam təmsilçisinin büdcəsinə də ciddi ziyan dəyib - klub ümumilikd
8 may