Avropada günün maraqlı futbol qarşılaşmaları - AFİŞA
Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, İngiltərə Premyer Liqasında beş turdan sonra maksimum xalla lider olan son çempion "Mançester Siti" "Nottinqem Forest"i qəbul edəcək. Şəhərin digər təmsilçisi "Mançester Yunayted" isə səfərdə autsayderlərdən "Bernli" ilə üz-üzə gələcək.
Almaniya Bundesliqasında son çempion "Bavariya" öz meydanında "Bohum"u sınağa çəkəcək. "Borussiya Dortmund" isə evdə "Volfsburq"la üz-üzə gələcək.
İtaliya A Seriyasında ötən tur "İnter"ə uduzan "Milan" azarkeşləri qarşısında "Verona"nın müqavimətini qırmağa çalışacaq. Mövsümə yaxşı start verən "Yuventus" isə dörd matçda cəmi üç xal toplamağı bacarmış "Sassuolo"nun qonağı olacaq.
İspaniya La Liqasında ötən mövsümün qalibi "Barselona" evdə "Selta"nı sınağa çəkəcək.
Türkiyə Super Liqasında son çempion "Qalatasaray" səfərdə "Başakşehir"lə üz-üzə gələcək.
Avropada günün maraqlı futbol oyunları
23 sentyabr
İngiltərə Premyer Liqası
18:00. "Mançester Siti" - "Nottinqem Forest"
23:00. "Bernli" - "Mançester Yunayted"
Almaniya Bundesliqası
17:30. "Bavariya" - "Bohum"
17:30. "Borussiya Dortmund" - "Volfsburq"
İtaliya A Seriyası
17:00. "Milan" - "Verona"
20:00. "Sassuolo" - "Yuventus"
İspaniya La Liqası
20:30. "Barselona" - "Selta"
Türkiyə Super Liqası
21:00. "Başakşehir" - "Qalatasaray"
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 940 Tarix: 23 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nəriman Axundzadə ABŞ-da darmadağına şahid oldu
ABŞ MLS liqasında 12-ci turun oyunları keçirilir. Qaynarinfo xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadənin yer aldığı "Kolambus Kryu" növbəti oyununa çıxıb. Sözügedən komanda səfərdə "Nyu York Siti" ilə qarşılaşıb. Meydan sahiblərinin 3:0 hesabı il
11 may"Qarabağ"ın Avropa Liqasındakı potensial rəqibləri məlum oldu - SİYAHI
"Qarabağ"ın Avropa Liqasında qarşılaşa biləcəyi potensial rəqiblərin bir qismi artıq müəyyənləşib. xəbər verir ki, təmsilçimiz püşkatma mərasiminə üstün mövqedən qatılaraq səpələnmişlər səbətində yer alacaq. Məhz bu amil komandamıza ilk mərhələdə reytinq xallarına görə nisbətən daha zəif rəqiblərl
19 may"Sabah" bir milyon avroluq transferi rəsmiləşdirdi
"Sabah" müdafiəçi Timoteuş Puxaçın transferi üçün Almaniyanın "Holştayn Kil" klubu ilə danışıqları uğurla yekunlaşdırıb. Qaynarinfo xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb. Bildirilib ki, "Sabah" 27 yaşlı futbolçunun transfer hüquqlarına sahib çıxıb. Polşalı futbolç
14 mayMakqreqor UFC-yə qayıdır: Tarix və rəqib bəlli oldu
İrlandiyalı qarışıq döyüş sənəti ustası (MMA) Konor Makqreqor Mütləq Döyüş Çempionatına (UFC) qayıdacaq. -ın xəbərinə görə, bu barədə "New York Post" nəşri məlumat verib. Məlumata görə, Makqreqor ABŞ-li Maks Holloue ilə döyüş keçirəcək, irlandiyalı UFC ilə danışıqların son mərhələsindədir
16 mayDÇ-2026-nın rəsmi himni təqdim olundu: Şakira geri döndü - VİDEO
Kolumbiyalı məşhur müğənni Şakira növbəti dəfə futbol üzrə dünya çempionatının rəsmi himninin ifaçısı seçilib. xəbər verir ki, bu barədə "Marca" portalı müğənninin paylaşımına istinadən məlumat yayıb. Bildirilib ki, mayın 7-də pop ulduz nigeriyalı müğənni Burna Boy ilə birlikdə ifa etdiyi DÇ-2026-nı
7 mayAzərbaycanın iki güləşçisi yarımfinalda
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir. "Qafqazinfo" xəbər verir ki, bu gün Azərbaycanın 5 qadın güləşçisi xalça üzərinə çıxıb. Gülxanım Şirinova 1/4 finalda rusiyalı Zlata Koreşovaya 3:12 hesabıyla məğlub olub. Nuray Cəfərli makedoniyalı Frosina Atanasovay
14 mayKeti Perri Azərbaycana gələcək
Azərbaycanda keçiriləcək Formula 1 Qran-Prisində məşhur müğənni Keti Perri səhnə alacaq. "Qafqazinfo" xəbər verir ki, o, sentyabrın 25-də keçiriləcək xüsusi gecədə çıxış edəcək. Keti Perri beynəlxalq musiqi dünyasının ən uğurlu ifaçılarından biridir. Sənətçinin mahnıları ümumilikdə 115 milyardda
6 may