İngiltərə Premyer Liqası: "Liverpul" üç xalı üç qolla qazandı
İngiltərə Premyer Liqasında VI tur davam edir.
London derbisində "Arsenal" və "Tottenhem" üz-üzə gəliblər. "Topçular"ın meydanında baş tutan matçda qalib müəyyənləşməyib - 2:2.
Hesabı 26-cı dəqiqədə "Arsenal" açıb. Qonaq komandanın müdafiəçisi Kristian Romero avtoqol müəllifi olub. 42-ci dəqiqədə Son Xın Min bərabərliyi təmin edib. 54-cü dəqiqədə Bukayo Saka penaltini dəqiq yerinə yetirməklə meydan sahiblərini yenidən hesabda irəli çıxarıb. Lakin bir dəqiqə sonra Son Xın Min həm özünün, həm də komandasının ikinci qolunu vurub.
Hazırda hər iki komandanın 14 xalı var. Daha yaxşı top fərqinə görə "Tottenhem" dördüncü, "Arsenal" beşincidir.
Londonun digər təmsilçisi "Çelsi" uğursuzluqla üzləşib. "Zadəganlar" doğma meydanda "Aston Villa"ya uduzublar - 0:1. Yeganə qolu 73-cü dəqiqədə Olli Uotkins vurub. "Çelsi" 58-ci dəqiqədən azlıqda oynayıb. Malo Qusto qırmızı vərəqə ilə meydandan qovulub.
Bu məğlubiyyətdən sonra "Çelsi" beş xalla 14-cüdür. Xallarını 12-yə çatdıran "Aston Villa" beşinci pilləyə yüksəlib.
"Liverpul" turu qələbə ilə başa vurub. Mersisayd təmsilçisi doğma azarkeşləri qarşısında "Vest Hem"ə qalib gəlib - 3:1.
Hesabı 16-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Məhəmməd Salah açıb. Lakin 42-ci dəqiqədə Cerrod Bouen qonaqların bərabərlik qolunu vurub. 60-cı dəqiqədə Darvin Nunyes, 85-ci dəqiqədə Dioqu Jota fərqləniblər və "Liverpul"un qələbəsini rəsmiləşdiriblər.
Bu qalibiyyət sayəsində xallarını 16-ya çatdıran "qırmızılar" ikinci pilləyə yüksəliblər. 10 xalı olan "Vest Hem" yeddinci yerə düşüb.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 944 Tarix: 24 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Bolonya" baş məşqçi postuna Rafaele Palladinonu gətirib
İtaliyanın "Bolonya" klubu baş məşqçi vəzifəsinə Raffaele Palladinonu təyin edib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Xatırladaq ki, "Bolonya" daha əvvəl sabiq baş məşqçisi Domeniko Tedesk
16 sentyabrNene "Fənərbağça"dan ayrılmaq istəyir
Malidən olan futbolçu Dorqeles Nene Türkiyənin "Fənərbağça" klubundan ayrılmaq istəyir. xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi qış transfer dönəmində İstanbul təmsilçisi ilə vidalaşmaq niyyətindədir. Afrikalı oyunçu artıq bununla bağlı agentin
22 sentyabrAzərbaycanın UEFA reytinqində neçəncidir?
Bu həftə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun oyunlarında qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib. Qaynarinfo xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib. "Sabah" İngiltərədə "Mançester Yunayted"ə 0:4 hesab
11 sentyabrAzərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb?
Azərbaycanda eşşəklərin sayı son illər sürətlə azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlinə ölkədə 10 300 baş eşşək qeydə alınıb. Halbuki 2025-ci ildə bu göstərici 12 700 baş olub. Beləliklə, cəmi bir il ərzində eşşəklərin sayı 2 400 baş və ya təxminən 19 faiz azalıb
13 sentyabrElvin uzun müddət sonra belə görüntüləndi - Video
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) klubu ilə keçirilən gərgin cavab qarşılaşmasında ağır zədə alan "Qarabağ"ın aparıcı futbolçusu Elvin Cəfərquliyev uzun fasilədən sonra ilk dəfə kameraların obyektivinə tuş gəlib. "Qafqazinfo" xəbər verir ki
19 sentyabrŞahruddin milliyə çağırılmadı
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov komandanın heyətini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, çalışdırıcı ümumilikdə 30 futbolçuya dəvət göndərib. Qeyd edək ki, millimiz yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsind
18 sentyabrAzərbaycan güləşçiləri mundiala Göygöldə hazırlaşacaqlar
Sərbəst güləş üzrə Azərbaycan millisi sentyabrın 20-də Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb. Bu barədə -a Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Oktyabrın 3-dək davam edəcək hazırlıq prosesində taktika və texnikanın təkmilləşməsi istiqaməti üzrə çalışmalara üstünlü
18 sentyabr"Zirə"nin futbolçusu Abdul Aziz "Karvan-Yevlax"a keçib
"Karvan-Yevlax" heyətinə daha bir futbolçu qatıb. xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb. Bölgə klubu "Zirə"dən Abdul Azizi icarəyə götürüb. 20 yaşlı hücumçu 6 ay Yevlax komandasında çıxış edəcək
15 sentyabr