Rövşən Hüseynli: "Qazaxıstanla oyunların nəticəsi qrupla bağlı suallara 80 faiz aydınlıq gətirəcək"

Rövşən Hüseynli: "Qazaxıstanla oyunların nəticəsi qrupla bağlı suallara 80 faiz aydınlıq gətirəcək""Qazaxıstanla keçirəcəyimiz iki oyunun nəticəsi qrupla bağlı suallara 80 faiz aydınlıq gətirəcək".

"Report" xəbər verir ki, bunu Azərbaycan futzal millisinin qapıçısı Rövşən Hüseynli DÇ-2024-ün elit-raundunda üz-üzə gələcəkləri Qazaxıstanla oyunlar barədə danışarkən deyib.

Karyerasını Qazaxıstanın "Atırau" klubunda davam etdirən qolkiper qarşıdakı matçlarda şansları yarı-yarıya görür:

"Qazaxıstan millisinin baş məşqçisi Kakanı yaxşı tanıyırıq. Onun hansı oyun üslubuna, taktiki gedişlərə üstünlük verdiyini bilirik. Oyunöncəsi şanslar bərabərdir. Bizim heyətdə də oyunu dəyişə biləcək futzalçılar var. Artıq yeni baş məşqçinin rəhbərliyi altında oynayırıq. Onun oyun fəlsəfəsi, düşüncəsi, tələbləri fərqlidir. Bu fərqlilik rəqibi çaşdıra bilər".

R.Hüseynlinin fikrincə, rəqibin əsas üstünlüyü oyunçuların daha rəqabətli çempionatda çıxış etmələridir:

"Düzdür, ölkə xaricində ancaq Leo oynayır - Braziliya çempionatında. Amma Qazaxıstan çempionatı da bu gün Avropada seçilən liqalardandır. Klublar bir-biriləri ilə başabaş mübarizə aparacaq gücdə olduqlarından, oyunçular daha hazırlıqlı olur. Bizdə vəziyyət bir qədər fərqlidir. Toplanış zamanı bu fərqi aradan qaldırmağa çalışacağıq".

Futzalçı əsas məqsədlərinin Bakıdakı ilk görüşdə Qazaxıstana qalib gəlmək olduğunu söyləyib: "Doğma meydan amilindən yararlanmalı, maksimum xalla ayrılmalıyıq. İkinci oyun rəqib meydanında olacaq, bu dəfə onlar bundan maksimum istifadə etməyə çalışacaqlar. Üstəlik, biz səfər edəcəyimizə görə yol yorğunluğu ola bilər. Bundan başqa, ilk matçdan sonra hər iki komanda bir-birini daha yaxşı tanımış olacaq. Onlar da qarşılaşmaya ciddi hazırlaşırlar. Təsadüfi deyil ki, toplanışa daha erkən başlayıblar".
Millinin üzvü hesab edir ki, Rumıniyaya gözlənilməz məğlubiyyətdən sonra Niderland üzərindəki böyükhesablı qələbəni seriyaya çevirə bilərlər:

"Rumıniya ilə oyundan əvvəl komanda şəklində az hazırlıq keçmişdik. Martdan sonra, demək olar ki, komanda toplaşmamışdı. Ona görə də anlaşılmazlıq var idi. Futzalda standart vəziyyətlərin önəmi böyükdür. Bunu da düzgün icra etmək üçün daha çox bir yerdə məşq etməli, oyun keçirməlisən. Həm də Rumıniyadakı zalın örtüyü intensiv, sürətli oyun keçirməyə imkan vermirdi. Niderlandla qarşılaşmada anlaşma daha yaxşı idi. Yeni baş məşqçinin nə istədiyini bilirdik".

Rövşən Hüseynli Qazaxıstanda çıxış etdiyi üçün topladığı məlumatları baş məşqçiyə çatdıracağını sözlərinə əlavə edib:

"Əliboş gəlməmişəm. Müəyyən qeydlərim var. Amma baş məşqçi ilə hələ görüşümüz olmayıb. Toplanış vaxtı danışacağıq".

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 6-da Qazaxıstanı Bakı İdman Sarayında qəbul edəcək. Ayın 11-də bu komandalar Astanadakı Jekpe-Jek Sarayında qarşılaşacaqlar.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 824   Tarix: 01 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bekhemin futbolçu oğlu ilk peşəkar müqaviləsini imzalayıb

İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhemin oğlu Romeo Bekhem karyerasında ilk peşəkar müqaviləsini imzalayıb. 19 yaşlı oyunçu ABŞ çempionatının üçüncü divizionunda çıxış edən "Fort Loderdeyl" klubuyla razılaşıb. Adıçəkilən kollektivin Devid Bekhemə məxsus olan və əsas birincilikd

6 sentyabr 2021
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17 sentyabr 2021
.

Sotomayor karyerasını bitirdi

Millimizin boksçusu Lorenzo Sotomayor karyerasını bitirib. xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov "Tokio-2020" Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan iclasda deyib. Vitse-prezident boksd

11 sentyabr 2021
.

Şimali Koreya Beynəlxalq Olimpiya Komitəsindən kənarlaşdırıldı

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Koreya Xalq Demokratik Respublikasının Olimpiya Komitəsini cəzalandırıb. Milli qurum Tokio Olimpiya Oyunlarında iştirak etmədiyinə görə, BOK-un sıralarından kənarlaşdırılıb. Bu barədə beynəlxalq təşkilatın rəhbəri Tomas Bax BOK-un icraiyyə komitəsinin iclasının yekunların

9 sentyabr 2021
.

Azərbaycan idmançısı ermənini nokauta saldı

I MDB Oyunlarında tayboks idman növündə mübarizəyə start verilib. xəbər verir ki, 63.5 kq çəki dərəcəsində yer alan Azərbaycan təmsilçisi Mahir Əsədzadə ilk görüşdə Ermənistandan olan Alen İsraelyanla qarşılaşıb. İlk dəqiqələrdən rəqibinə güclü zərbələr endirən Əsədzadəyə qələbə üçün cəmi 2 dəqiqə 3

5 sentyabr 2021
.

"Qarabağ" qrupun favoriti ilə heç-heçə etdi - YENİLƏNİB

"Qarabağ" və İsveçrənin "Bazel" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyununda qolsuz heç-heçə qeydə alındı - 0:0. 21:50. "Qarabağ" və İsveçrənin "Bazel" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyunund

16 sentyabr 2021
.

Paralimpiya Oyunları başa çatdı: Azərbaycanın medal sıralamasındakı yeri bilindi

Tokioda keçirilən Yay Paralimpiya Oyunları başa çatıb. -ın xəbərinə görə, Paralimpiya komandamız tarixinin ən yaxşı nəticəsini göstərərək medal sıralamasında ilk "10-luq"da qərarlaşıb. Sonuncu gündə İtaliya daha bir qızıl medal qazanıb və yalnız gümüş sayına görə ölkəmizi qabaqlayıb. Beləliklə

5 sentyabr 2021
.

Beyl uzun müddət futboldan kənar qalacaq

Madrid "Real"ının futbolçusu Qaret Beyl uzun müddətlik sıradan çıxıb. 32 yaşlı uelsli "Selta" ilə oyunöncəsi məşq prosesində zədə alıb. Bu gün baş tutan tibbi baxışda yarımmüdafiəçinin zədəsinin ciddiliyi təsdiq olunub. Sağ bud əzələsini zədələyən Beylin ən az bir ay meydana çıx

14 sentyabr 2021
.

I MDB Oyunlarının açılış mərasimi keçirildi - FOTOLAR

Rusiyanın Kazan şəhərində I MDB Oyunlarının açılış mərasimi keçirilib. xəbər verir ki, tədbir 9 iştirakçı ölkənin paradı ilə başlayıb. İlk olaraq, Azərbaycan nümayəndələri səhnəyə çıxıb. Milli musiqinin sədaları altında tədbir iştirakçılarını salamlayan heyətin bayraqdarı yunan-Roma güləşi üzrə yeniyetmələ

4 sentyabr 2021