"Qarabağ"ın keçmiş futbolçusu: "Qələbə Mutuya uğur gətirə bilər"

"Qarabağ"ın keçmiş futbolçusu: "Qələbə Mutuya uğur gətirə bilər""Komandaların hazırkı durumundan asılı olmayaraq, "Neftçi" – "Qarabağ" oyunları hər zaman prinsipial xarakter daşıyır. Bu baxımdan sabahkı qarşılaşma da gərgin və prinsipial olacaq".

Bu sözləri "Azərtac"a açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov Premyer Liqanın IX turunda "Neftçi" və "Qarabağ" komandaları arasında keçiriləcək oyun barədə danışarkən deyib.

Futbolçu karyerasında hər iki klubun formasını geyinmiş 53 yaşlı mütəxəssis bildirib ki, sabahkı matçda "ağ-qaralar" daha istəkli görünəcək:

"Çünki mümkün qələbə komandaya növbəti oyunlar üçün inam verə bilər. "Qarabağ"da isə avrokubok oyunlarından sonra motivasiya "Neftçi"yə nisbətən aşağı ola bilər. Amma Ağdam klubunun üstünlüyü ondadır ki, oturuşmuş heyəti var.

Rotasiyalar etmək üçün seçim imkanı genişdir. On görə də bu amillərin "Qarabağ"a təsiri az ola bilər. "Neftçi"də isə heyət elə də geniş deyil. Bir oyunçunun sıradan çıxması komandaya mənfi təsir göstərir".

A. Əsədovun sözlərinə görə, "Qarabağ" üç gündən bir oyunlar keçirdiyi üçün sıx qrafika uyğunlaşıb:

"Düzdür, İsveçdə "Hekken"lə ağır oyunu və uzaq yolu nəzərə alsaq, bərpa prosesi uzun çəkə bilər. Amma dediyim ki, komandanın geniş heyəti var. Avrokubok matçlarında oynamayan futbolçular çempionatda meydana çıxa bilirlər. Bu mənada, "Qarabağ" üçün hər hansı problemin olacağını düşünmürəm".

Təcrübəli mütəxəssisin fikrincə, "Qarabağ" üzərində qələbə Adrian Mutuya da özünəinam və gələcək oyunlarda uğur gətirə bilər:

"Amma rumıniyalı mütəxəssisin işini bu oyunla qiymətləndirmək düzgün deyil. "Qarabağ" 15 ildir Qurban Qurbanovun rəhbərliyi altında çıxış edir. Mutu isə yeni gəlib. Həm özü, həm də transferlər hələ adaptasiya dövrü keçir. Komandaya vaxt lazımdır.

Düşünürəm ki, Mutunun işinə yanvar ayından sonra qiymət vermək olar. Hazırda isə ondan komandanı dərhal liderliyə yüksəltməyi tələb etmək düzgün çıxmaz. Belə məsələlərə peşəkar yanaşmaq lazımdır".

O, hər iki komandanın qalib gələ biləcəyini istisna etməyib:

"Təbii ki, "Qarabağ" favorit sayıla bilər. Amma bu komandalar arasında hər zaman yüksək rəqabət olduğu üçün şansları bərabər sayıram. Çünki "Qarabağ"ın heyətində də müəyyən dəyişikliklərin olacağı gözlənilir. Hər iki komanda qalib gələ, hətta heç-heçə də ola bilər".

A. Əsədov bu mövsüm çempionatda bərabər səviyyəli mübarizə getdiyini vurğulayıb:

"Mövsümün əvvəlindən "Neftçi", "Qarabağ" və "Sabah" kimi iddialı komandaları ilk "üçlük"də görsək də, hazırda vəziyyət bir qədər fərqlidir. Məsələn, artıq "Qarabağ"ın iki məğlubiyyəti var, heç-heçə edib. Həmçinin, "Neftçi" və "Sabah" da xallar itirib. İlk dövrə bu komandaların qeyri-sabit oyunu ilə yadda qaldı. Məncə, onların durumunu növbəti dövrələrdə qiymətləndirmək olar".

Qeyd edək ki, "Neftçi Arena"da keçiriləcək "Neftçi" – "Qarabağ" oyunu saat 19:30-da başlayacaq. Səkkiz turdan sonra Ağdam təmsilçisi 16 xalla ikinci, Bakı klubu isə 12 xalla beşinci pillədə qərarlaşıb.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1100   Tarix: 08 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Bolonya" baş məşqçi postuna Rafaele Palladinonu gətirib

İtaliyanın "Bolonya" klubu baş məşqçi vəzifəsinə Raffaele Palladinonu təyin edib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Xatırladaq ki, "Bolonya" daha əvvəl sabiq baş məşqçisi Domeniko Tedesk

16 sentyabr
.

Nene "Fənərbağça"dan ayrılmaq istəyir

Malidən olan futbolçu Dorqeles Nene Türkiyənin "Fənərbağça" klubundan ayrılmaq istəyir. xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi qış transfer dönəmində İstanbul təmsilçisi ilə vidalaşmaq niyyətindədir. Afrikalı oyunçu artıq bununla bağlı agentin

22 sentyabr
.

"Formula 1"ə görə Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı

"Formula 1" üzrə Azərbaycan Qran-prisi zamanı şəhər sakinlərinin və sürücülərin rahatlığını təmin etmək üçün bir sıra əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq. Bu barədə -a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib. Həmçinin, Üzeyir Hacıbəyli və Puşki

18 sentyabr
.

Azərbaycanın UEFA reytinqində neçəncidir?

Bu həftə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun oyunlarında qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib. Qaynarinfo xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib. "Sabah" İngiltərədə "Mançester Yunayted"ə 0:4 hesab

11 sentyabr
.

Azərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb?

Azərbaycanda eşşəklərin sayı son illər sürətlə azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlinə ölkədə 10 300 baş eşşək qeydə alınıb. Halbuki 2025-ci ildə bu göstərici 12 700 baş olub. Beləliklə, cəmi bir il ərzində eşşəklərin sayı 2 400 baş və ya təxminən 19 faiz azalıb

13 sentyabr
.

Elvin uzun müddət sonra belə görüntüləndi - Video

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) klubu ilə keçirilən gərgin cavab qarşılaşmasında ağır zədə alan "Qarabağ"ın aparıcı futbolçusu Elvin Cəfərquliyev uzun fasilədən sonra ilk dəfə kameraların obyektivinə tuş gəlib. "Qafqazinfo" xəbər verir ki

19 sentyabr
.

Şahruddin milliyə çağırılmadı

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov komandanın heyətini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, çalışdırıcı ümumilikdə 30 futbolçuya dəvət göndərib. Qeyd edək ki, millimiz yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsind

18 sentyabr
.

Azərbaycan güləşçiləri mundiala Göygöldə hazırlaşacaqlar

Sərbəst güləş üzrə Azərbaycan millisi sentyabrın 20-də Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb. Bu barədə -a Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Oktyabrın 3-dək davam edəcək hazırlıq prosesində taktika və texnikanın təkmilləşməsi istiqaməti üzrə çalışmalara üstünlü

18 sentyabr
.

"Zirə"nin futbolçusu Abdul Aziz "Karvan-Yevlax"a keçib

"Karvan-Yevlax" heyətinə daha bir futbolçu qatıb. xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb. Bölgə klubu "Zirə"dən Abdul Azizi icarəyə götürüb. 20 yaşlı hücumçu 6 ay Yevlax komandasında çıxış edəcək

15 sentyabr