İnsanlar tanımadığı adama niyə ailə sirlərini etibar edir? - Psixoloqların gizli açarı
Son illərdə, necə deyərlər, daşı atırsan, psixoloqa dəyir. Bu peşə ilə məşğul olanların sayı durmadan artır. İnsan qəlbini oxumaq və onlara yol göstərməklə məşğul olan bu şəxslərin peşə səriştələrini harada və necə aldıqlarına dair xeyli əsaslı şübhələr olsa da, psixoloqlara edilən müraciətlərin sayı durmadan artır. Bir çox hallarda onlar məhz medianın, əsasən, telekanalların hesabına özünə xal toplayır.
"Yeni Sabah"a danışan psixoloq Könül Əhmədova bunun səbəblərini açıqlayıb.
O bildirib ki, psixoloqlara müraciət edən şəxslər artıq bu sahənin mütəxəssislərinə sirlərini açmaqda daha çox güvənir:
"Əvvəlki illərə nisbətən, hazırda psixoloqlara müraciət daha çox artıb. Əvvəl bu sahəyə və bu sahədə çalışan şəxslərə inam az idi. Ancaq indi münasibət dəyişib.
İnsanlar, ən çox da gənc ailələrin bir-birini başa düşməməsi, yaxud sevgi olmadan qurulan ailələrdə yaranan problemlər, valideynlər arasındakı mübahisələrdə ailədaxili münasibətlərin pozulması zəminində yaranan problemlər zamanı psixoloqa müraciət edirlər.
Davamlı rastlaşdığımız hallar əsasən uşaqların ailədəki münaqişələrə məruz qalması ucbatından yaranan fobiyalardır. Belə olan halda uşaqlar cəmiyyətə inteqrasiya ola bilmir və sosiallaşmaqdan yayınır, özlərini doğru ifadə etməyi bacarmırlar".
K. Əhmədova qeyd edib ki, yaranan problemlərin, münaqişələrin təməlində gənclərin vaxtından əvvəl ailə qurması, onların sərbəstliyinin təmin olunmaması dayanır:
"Belə hallara görə ailələr dağılmağa başlayır. Bunun qarşısını almaq üçün psixoloqa mücariət edən zaman əksər hallarda müsbət nəticələr əldə edilir.
Doğrudur, uşaqda yaranan fobiyaları isə korreksiya etmək olduqca çətindir. Çünki uşaq təxəyyülü, qavrama qalıcıdır. Bu da böyüdükcə onlarda problemlər yaranır. Həmin problemləri həll etmək üçün ana, ata, nənə, baba, bibi, xala və s. şəxslərə tövsiyələr veririk. Elə ailələr var ki, bu məsləhətləri dəyərləndirir və bu zaman sözügedən məsələlər öz həllini tapır".
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1557 Tarix: 11 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri
20 sentyabrBaşları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y
19 sentyabrBina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Ukraynanın Odessa şəhərində hücumdan sonra lentə alındığı bildirilən görüntülər sosial mediada diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda hücum nəticəsində zərər görən yaşayış binası və ətraf ərazidəki vəziyyət əks olunub. Binanın bəzi mərtəbələrində ciddi dağıntıların olduğu, ərazid
18 sentyabrBananı qətiyyən bunlarla birlikdə yeməyin
Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlard
19 sentyabrHəkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq
19 sentyabrHündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqabı geyinərkən bədənin ağırlıq mərkəzi önə doğru dəyişir. Bu zaman tarazlığı qoruma
20 sentyabrEv yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır
Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var
20 sentyabrMeymun yazıçının arvadını öldürdü
Hindistanın Karnataka ştatında 91 yaşlı qadın meymun hücumundan sonra ölüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Koppal şəhərində qeydə alınıb. Tanınmış yazıçı M.S. Savadattinin həyat yoldaşı Nəcamunnisa Bequm evinin həyətində olarkən qəfil meymunun hücumuna məruz qalıb. Hücum nəticəsind
22 sentyabr