17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür
Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Mənəvi əsaslarını və başlanğıcını ötən əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldı, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoydu.
"17 noyabr 1988-ci ildə Azadlıq meydanında başlanan 18 günlük mitinqlər xalqın oyanışı, dirçəlişi kimi tarixə düşdü və biz bu tariximizlə qürur duyuruq".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, bir tarixi həqiqəti də unutmamalıyıq ki, real nəticəyə, real müstəqilliyə aparan əməli Milli Dirçəliş 1990-cı ilin bu günündən, Ümummilli Liderin məhz 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "Sovet Sosialist" sözlərini çıxarmağa nail olması və Cümhuriyyətin üçrəngli bayrağını Naxçıvanda rəsmi bayraq kimi qəbul etməsi ilə başladı.
"Biz dirçəliş məfhumunun əsl mahiyyətini 28 il sonra, 2020-ci ilin 8 noyabr tarixində, Şuşa alınarkən başa düşdük. Prezident İlham Əliyev Qələbə nitqində "Əziz Şuşa, biz səni dirçəldəcəyik" deyəndə, biz xalq olaraq bu sözün tam fəlsəfəsinə vardıq.
Bu gün, postmüharibə dövründə isə biz hədəfə doğru inamla, qətiyyətlə irəliləməklə sözün əsl mənasında dirçəlirik. Cənab Prezidentin təsdiq etdiyi "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramı" Qarabağın, Şərqi Zəngəzurun timsalında bu dirçəlişdə bizim nə qədər qərarlı olduğumuzu, qətiyyətlə irəlilədiyimizi dünyaya göstərməkdədir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 747 Tarix: 17 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?
Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs
2 oktyabr20 ildən sonra ARB-dən çıxarılır
"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı
1 oktyabr92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna
1 oktyabrProkurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi
1 oktyabrBakının bu rayonunda su olmayacaq
Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir
1 oktyabr