Ekologiya işçiləri "Qırmızı kitab"a salınmış ağac cinslərini məhv ediblər (VİDEO, FOTO)
Yardımlı rayonunda ekologiya içilərinin meşələrin kütləvi şəkildə məhv etməsindən xəbər vermişdik. Həmçinin, baş verən ekoloji cinayəti gizlədilməsinə cəhdlər edildiyini də bildirmişdik.
Qeyd edək ki, noyabrın 18-dən başlayaraq 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin 1 saylı meşəbəyliyinin 2 saylı dolayında yüzlərlə ağac işlik material üçün kəsilib. Və işlik material üçün lazım olmayan hissələr odun kimi satılıb.
Ləzir kəndinin sakinlərinin AzToday.az-a verdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yayılan görüntülərlə bağlı apardığı yoxlamalar meşə təsərrüfatı mərkəzinin rəhbərliyinin məsuliyyətini azaltmaq məqsədi ilə keçirilib. Görüntülər yoxlama aparan ekologiya işçilərinin müdhiş saxtakarlığa əl atdığını göstərir. Belə ki, diametri 1.1 metr olan ağacı Rauf adlı ekologiya müfəttişi ölçü qoyulmamış 52 santimetr göstərir və bu barədə ölçünü götürən şəxsə piçıltı ilə bildirir. Görüntülərdə cinayət faktını əks etdirən səs aydın şəkildə eşidilir.
Meşə mafiyası niyə kəsilmiş ağaca 52 santimetrdən artıq ölçü qoymağa imkan vermir?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 30 nömrəli Qərarı ilə təsdiq edilmişdir ki, meşə ərazisində diametri 52 sm-dən yuxarı kəsilmiş ağacın hər sm üçün 33 manat əlavə cərimə hesablanmalıdır. Deməli, 52 sm-ə qədər 50 manat hesablanır, ondan yuxarı isə hər sm-ə 33 manat üzərinə gəlir.
Bu arada ekologiya müfəttişlərinin videogörüntülərdə ölçüsünü azaltmağa çalışdığı sözügedən ağacın cəriməsi 50 manat yox, 1954 manatdan çox olmalıdır. Üstəlik adı "Qırmızı Kitab" a salınmış ağac olduqda isə bunun cəriməsi 5 mislinə vurulur. Həmin ağac şabalıdyarpaq palıd ağacıdır. Bu isə adı Qırmızı Kitaba daxiı edilmiş ağac cinsidir.
Meşə quldurları isə həmin ağacı şabalıdyarpaq palıd yox, şərq palıdı kimi qeydə alırlar. Halbuki şərq palıdının gövdəsinin diametrli 60 sm gəlib çatır, şabalıdyarpaq palıdın gövdəsinin diametri isə 100-150 sm.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1114 Tarix: 01 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna
1 oktyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabrErməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd
1 oktyabrHəmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla
1 oktyabrXəbərdarlıq müddəti gözlənilmədən işçini işdən azad etmək qanunidir? - AÇIQLAMA
Ştat ixtisarı və ya işçilərin sayının azaldılması zamanı əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş xəbərdarlıq müddətlərinə əməl olunması tələb olunur. Lakin bəzi hallarda işçinin razılığı və ya qanunda nəzərdə tutulan digər əsaslar olduqda bu müddət gözlənilmədən əmək müqaviləsin
2 oktyabrTac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)
Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə
30 sentyabrBakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd
1 oktyabr