"İki hərbçimizin erməni əsirliyindən azad edilməsi Azərbaycan dövlətinin növbəti diplomatik qələbəsidir" - DEPUTAT
Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə iki Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.
Bununla bağlı Sonxeber.az-a danışa deputat İqbal Məmmədov bildirib ki, iki hərbçimizin erməni əsirliyindən azad edilməsi Azərbaycan dövlətinin növbəti diplomatik qələbəsidir:
"Naxçıvan istiqamətində yolu azaraq Ermənistana keçən iki hərbçimiz, Hüseyn Axundov və Aqşin Bəbirovun əsirlikdən azad edilməsi xəbəri məni çox sevindirdi. Əminiyidim ki, cənab prezident İlham Əliyev hərbçilərimizin erməni əsirliyində qalmasına, onların amansız işgəncələrə məruz qalmasına icazə verməyəcək və onları barbar xalqın əlindən xilas edəcək. Elə də oldu. Qısa müddət ərzində biz hərbiçilərimizi ermənilərin əlindən xilas edə bildik".
Deputat vurğulayıb ki, cənab prezident İlham Əliyev hər zaman vətəndaşlarına dəyər verən və qayğısına qalan ölkə başçısı olub:
"Biz buna bir neçə dəfə şahidi olmuşuq. Ən önəmlisi isə cənab prezident İlham Əliyev xalqına verdiyi sözü hər zaman tutub.
Bu gün Azərbaycan öz gücünə ərzi bütövlüyünü bərpa edən və regionda söz sahibi olan dövlətdir. Əlbəttə biz əldə etdiyimiz bütün zəfərləri cənab prezident İlham Əliyevə borcluyuq. Onun ölkə başçısı seçildiyi gündən bu günə qədər bütün sahələrdə xüsusilə də hərbi və xarici siyasət sahəsində apardığı uğurlu siyasət nəticəsində bu gün Azərbaycan torpaqlarını işğaldan azad edərək, ərazi bütövlüyünü bərpa edib. Əminəm ki, bundan sonra da dövlətimiz cənab prezident İlham Əliyev bütün sahələrdə böyük uğurlara imza atacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Röya, Natavan və Elnur bir arada - Foto
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı