"Azərbaycanın bütün suveren ərazilərini əhatə edən seçkilərin keçirilməsi bir ilkdir, tarixi hadisədir" - DEPUTAT
"Azərbaycanda növbədən kənar prezident seçkilərinin keçirilməsi, hesab edirəm ki, zamanın tələbidir. Eyni zamanda, tarixi əhəmiyyət kəsb edən hadisədir".
Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.
Deputat vurğulayıb ki, müstəqillik dövründə Azərbaycanda prezident, parlament, bələdiyyə seçkiləri, referendumlar keçirilsə də, ölkə ərazisini tam əhatə etməmiş və 20 % hissəsi, bizdən asılı olmayan səbəblər üzündən, proseslərdən kənarda qalmışdı:
"Bu baxımdan, Azərbaycanın bütün suveren ərazilərini əhatə edən seçkilərin keçirilməsi bir ilkdir, tarixi hadisədir. Azərbaycan, prezidentli Respublikadır və yerləşdiyimiz coğrafiya, geosiyasi mürəkkəbliklər dövlət idarəetmə sistemindən maksimum operativlik, çeviklik tələb edir. Vətən müharibəsi və ondan sonra baş verən proseslər bunu bir daha təsdiq etdi. Ələlxüsus, Qarabağın və ətraf bölgələrin işğaldan azad olunması, dünya erməniliyi və onların himayədarları ilə aparılan informasiya müharibəsində Prezident İlham Əliyevin hər iki cəbhənin önündə getməsi tarixə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan statusunu qazandırdı. Müasir dünyanın reallıqları, qloballaşma, təbii resurslar, nəqliyyat-kommunikasiyalar uğrunda geosiyasi güclərin mübarizəsi, nisbətən kiçik ölkələri öz təhlükəsizlikləri barədə düşünməyə vadar edir.
Düşünürəm ki, cənab prezident İlham Əliyevin, növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncamı, Azərbaycanın gələcək inkişafına, sabitliyinə, rifahına hesablanmış addımdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Röya, Natavan və Elnur bir arada - Foto
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı