"YAŞAT" Fondunun yaranmasından 3 il ötür
"YAŞAT" Fondunun yaranmasından 3 il ötür.
Sonxeber.az xəbər verir ki,8 dekabr 2023-cü il tarixində "YAŞAT" Fondunun 3 illik fəaliyyətinə dair mətbuat konfransı təşkil olunub.
Öncə fondun 3 illik fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.
"YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov hesabat xarakterli təqdimatla çıxış edib.
O qeyd edib ki, 08 dekabr 2023-cü il tarixinədək Fondun büdcəsindən 79 484 043.94 AZN vəsait xərclənib.
Ölkə ərazisində 3 004 şəhidin ailə üzvləri, habelə 6 568 yaralı olmaqla ümumilikdə 17 861 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb (yashat.gov.az saytında) və 14 785 şəxsin 46 868 müraciəti icra üçün öhdəliyə götürülüb. Reallaşmış ödəniş sayı 43 069-dır.
Təqdimatda "YAŞAT" Fondu tərəfindən müvafiq istiqamətlərdə şəhidlərimizin ailə üzvləri və yaralılarımız üçün həyata keçirilən dəstək tədbirləri, reallaşdırılan layihələrə dair statistik məlumatlar əks olunub.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə "YAŞAT" Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.
"YAŞAT" Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.





Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Röya, Natavan və Elnur bir arada - Foto
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı