Pensiyalarla bağlı qanunvericiliyin pozulması işlərinə baxılması qaydasına dəyişiklik I oxunuşda təsdiqlənib
Pensiyalarla bağlı qanunvericiliyin pozulması işlərinə baxılması qaydasına dəyişiklik I oxunuşda təsdiqlənib.
Sonxeber.az-ın xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin dekabrın 8-də keçirilən iclasında ı oxunuşda müzakirəyə çıxarılıb.
Belə ki, Məcəllənin 16-1-ci fəsli əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalarla bağlı işlərə müvafiq informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə baxılmanın xüsusiyyətlərini nəzərdə tutur.
Təqdim edilən qanun layihəsində sığortaedən tərəfindən işçilərin işsizlikdən sığorta etdirilməməsi (477-1.1.2-ci maddə) və işçinin peşəsi, İxtisası və əməkhaqqı barədə sığortaçıya rəsmi məlumat verilməməsinə (477-1.1.4-cü maddə) görə inzibati xətalar haqqında işlərə yuxarıda adı qeyd edilən 16-1-ci fəsildə müəyyən edilən qaydalar çərçivəsində baxılması təklif edilir.
Layihədə İnzibati Xətalar Məcəlləsinin 477-1.1.2-ci və 477-1.1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilməklə, həmin maddələr üzrə icraat Inzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulan qaydalara uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Röya, Natavan və Elnur bir arada - Foto
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı