"Milli təhlükəsizlik haqqında" qanuna dəyişiklik I oxunuşda qəbul edilib
Dəniz ətraf mühitinin təhlükəli miqyaslarda çirklənməsi Azərbaycanın milli təhlükəsizliyinə təhdid hesab olunacaq.
Sonxeber.az-ın xəbərinə görə, bununla bağlı "Milli təhlükəsizlik haqqında" qanuna dəyişiklik layihəsi parlamentin dekabrın 8-də keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
Belə ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan "Milli təhlükəsizlik haqqında" qanuna dəyişiklik layihəsində müvafiq müddəanın dəqiqləşdirilməsi nəzərdə tutulur. Belə ki, "Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanı ilə dəniz nəqliyyatı sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi tapşırılıb.
Sözügedən sahədəki müvafiq normativ hüquqi aktların təkmilləşdirilməsi çərçivəsində "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çerçivə Konvensiyasında dəniz ətraf mühiti" ifadəsinin işlənildiyi nəzərə alınaraq, "Milli təhlükəsizlik haqqında" qanuna dəyişiklik edilməsinə zərurət yaranıb.
Müzakirələrdən sonra dəyişiklik layihəsi ı oxunuşda qəbul edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1349 Tarix: 08 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabrLeyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
1 oktyabrAzərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə
1 oktyabrMaşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ
Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is
2 oktyabr