Hava şəraiti ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Hava şəraiti ilə bağlı əhaliyə XƏBƏRDARLIQMilli Hidrometeorologiya Xidmətinin məlumatına görə, dekabrın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin yağıntılı keçəcəyi, temperaturun xeyli enəcəyi və güclü külək əsəcəyi proqnozlaşdırılır.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Qeyd edilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Bundan əlavə, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olur. Bu zaman elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, bunların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlamamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir: "Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2947   Tarix: 17 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Teleradio"ya yeni rəhbər təyin olundu

"Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası" MMC-nin (Teleradio) rəhbəri dəyişib. APA-ya istinadən xəbər verir ki, qurumda baş direktorun müavini və baş direktor vəzifələrini müvəqqəti icra edən Teymur Əsgərzadə vəzifəsindən azad edilib. Onun yerinə bu vəzifə Əlibaba Əliyevə həvalə olunub

16 aprel
.

19 illik müəllim video çəkib üsyan etdi - VİDEO

Şanlıurfa və Kahramanmaraşda baş verən məktəb hücumlarından sonra sosial mediada yayılan video təhsil mühitindəki narahatlığı bir daha gündəmə gətirib. türk mediasına istinadən xəbər verir ki, videoda çıxış edən 19 illik ibtidai sinif müəllimi belə bir dövrü peşə fəaliyyəti ərzində ilk dəfə yaşadığın

16 aprel
.

Bir hissəsi Ermənistanda yerləşən su anbarı təmir ediləcək

Azərbaycan və Ermənistan sərhədində yerləşən Coğazçay su anbarı təmir ediləcək. -ın məlumatına görə, Regional Su Meliorasiya Xidməti tender elan edib. Layihə çərçivəsində Coğazçay su anbarının sutullayıcı qurğunun dağılmış hissəsinin əsaslı təmir edilməsi nəzərdə tutulur. Qurum görüləcək işlər müqabilind

16 aprel
.

Gədəbəydə körpə qızdırmadan ölüb

Gədəbəydə körpə qızdırmadan ölüb. "Report"a istinadən xəbər verir ki, aprelin 15-i saat 05 radələrində Kiçik Qaramurad kənd sakini, 2025-ci il təvəllüdlü Rəsul Elman oğlu Əsədov xəstəxanada qızdırmadan ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır

16 aprel
.

Prezidentin qızı və gəlininin film təqdimatından - Fotoları

Prezident İlham Əliyevin gəlini Alena Əliyeva "Mən, Lalə və Şerlok Holms 2" çoxseriyalı bədii filminin təqdimatından fotolar paylaşıb. "Qafqazinfo" xəbər verir ki, təqdimatda Alena Əliyeva və Leyla Əliyeva iştirak ediblər. Həmin fotoları təqdim edirik:

16 aprel
.

Qobustanda yeni qayaüstü izlər aşkarlandı - Fotolar

Qobustan Milli Tarix-Bədii Qoruğunun Kiçikdaş dağı ərazisində yeni qayaüstü təsvirlər aşkar olunub. "Qafqazinfo" xəbər verir ki, bu, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin apardığı növbəti monitorinqlər zamanı üzə çıxıb. Təsvirlər o

15 aprel
.

Qubada 4 aylıq körpə EVDƏ ÖLDÜ

Quba rayonunda 4 aylıq körpə ölüb. -ın məlumatına görə, hadisə rayonun Rustov kəndində baş verib. Kənd sakini Emil Adıgözəlovun 4 aylıq oğlu evdə qəfil halı pisləşib və dünyasını dəyişib. Məlumata görə, körpə anadangəlmə ürək qüsurlu olub. Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır

17 aprel
.

Sabah 22 dərəcə isti olacaq

Azərbaycanda aprelin 17-də 22 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

16 aprel
.

"DH Volley" komandası voleybol meydançası inşa edib - Şəkillər

"DH Volley" ("Demirören Holdinq") komandası gənclər arasında idmana marağın artırılması, voleybolun daha geniş auditoriyaya çatdırılması və sağlam nəslin yetişdirilməsi məqsədilə Bakıda yerləşən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində sosialyönümlü layihə həyata keçirib

17 aprel