Xankəndidə keçiriləcək "Qarabağ" - MOİK matçının start heyəti açıqlandı - YENİLƏNİR + FOTO/CANLI YAYIM
Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində bu gün üz-üzə gələcək "Qarabağ" və MOİK klublarının start heyətləri açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, komandalar Xankəndi şəhər stadionunda oynanılacaq matçda meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
"Qarabağ": 23. Luka Quqeşaşvili, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 4. Rahil Məmmədov, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 20. Riçard Almeyda, 90. Nəriman Axundzadə, 19. Redon Cica, 17. Hamidu Keyta, 18. Juninyo
Baş məşqçi: Qurban Qurbanov
MOİK: 1. Zeynal Əhmədzadə, 97. Fərid Abbaslı, 3. Nicat Əskərov, 20. Nurlan Bayramov, 4. Ülvi İbazadə, 6. İsa Zeynallı, 8. Ramil Orucov, 10. Xəyal Bədirov, 11. Elvin Vəliyev, 77. Elmir Rəhimzadə, 17. Sabir Allahquliyev
Baş məşqçi: Qəzənfər Abbasov
Qeyd edək ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 ildən sonra keçirilən ilk futbol matçı kimi tarixə düşəcək görüş saat 14:00-da başlayacaq.
11:59
Azərbaycan Kubokunda 1/8 final mərhələsinin "Qarabağ" - MOİK oyununun keçiriləcəyi Xankəndi stadionu tarixi matça hazırlanır.
Baku TV-nin əməkdaşları stadiondakı son durumu canlı yayımla çatdırırlar:
10:34
Azərbaycan Kubokunda 1/8 final mərhələsinin "Qarabağ" - MOİK oyununun təyinatları açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, qarşılaşma hakimlər Əli Əliyev, Şirmamed Mamedov, Taleh Məmmədov, Kamal Umudluya tapşırılıb. VAR-da Cavid Cəlilov, AVAR-da Kamran Bayramov məsul olacaqlar.
Hakim-inspektor Munis Abdullayev, AFFA nümayəndəsi isə Emin Cəfərovdur.
10:19
Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın "Qarabağ" komandası ilə MOİK klubunun görüşünü izləyəcək azarkeşlər Xankəndi şəhərinə çatıblar.
Oxu.Az xəbər verir ki, azarkeşləri daşıyan avtobus karvanı bu səhər saat 4-də Bakıdan yola düşmüşdü. Xankəndiyə aparan yoldan görüntüləri təqdim edirik:












08:00
Bu gün Xankəndi şəhərində tarixi oyun keçiriləcək.
Oxu.Az xəbər verir ki, Ağdamın "Qarabağ" komandası Azərbaycan Kubokunun 1/8 final mərhələsindəki oyunu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə keçirəcək. "Qarabağ" MOİK-lə üz-üzə gələcək.
Xankəndi stadionunda reallaşacaq qarşılaşma saat 14:00-da başlayacaq. Matçın qalibi 1/4 finalda "Sabah"la qarşılaşacaq. Oyunu yüzlərlə tamaşaçı stadiondan canlı izləyəcək.
Xatırladaq ki, bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun olacaq. Son dəfə işğal altında olmuş ərazilərdə oyun 1993-cü ilin may ayında Azərbaycan çempionatında "Qarabağ"la "Turan" ("Turan Tovuz") arasında olub.
Ağdamın "İmarət" stadionunda keçirilmiş həmin matçda "Qarabağ" 2:1 hesabı ilə qələbə qazanıb. Bu oyundan iki ay sonra Ağdam işğal edilib.
"Qarabağ" - MOİK qarşılaşmasından başqa bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsi çərçivəsində "Neftçi" - "Qaradağ Lökbatan" matçı da keçiriləcək. Bu, 1/8 final mərhələsinin son oyunu olacaq. Qarşılaşma Bakı vaxtı ilə 18:00-da başlayacaq. Bu cütdən qalib ayrılacaq komanda növbəti mərhələdə "Sumqayıt"a rəqib olacaq.
Qeyd edək ki, mərhələnin əvvəlki matçlarından sonra 1/4 finalda iki cütlük müəyyənləşib. Yarımfinala vəsiqə uğrunda "Səbail" "Zirə" ilə, "Araz-Naxçıvan" isə "Qəbələ" ilə qarşılaşacaq.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Bakıda maraqlı toy karvanı - Video
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Alim Qasımovla Üzeyir Mehdizadənin duetini lağa qoydular
Ərinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO
Messi cərimə zərbəsindən 75-ci qolunu vurub tarixdə ikinci yerə yüksəldi