6000 minlik qızıl üzüklə bağlı məhkəmə başlayır - İş adamı zərərçəkəndir
Bakıda fəaliyyət göstərən estetik mərkəzlərin birindən 6000 manat dəyərində qızıl üzük, mobil telefon, planşet, noutbuk, saat, kamera, kosmetoloji cihaz və aparatları oğurlamaqda təqsirləndirilən Səid Fərəczadənin cinayət işi ilə bağlı ibtidai istintaq yekunlaşıb.
Qaynarinfo xəbər verir ki, iş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Anar Rzayev iş üzrə hakim təyin edilib.
Səid Fərəczadə əvvəllər də məhkum olunub. DİN-nin hadisə ilə bağlı yaydığı məlumatdan aydın olur ki, paytaxtın Nəsimi rayonu ərazisindən "Mercedes" markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşlarının keçiridyi əməliyyat nəticəsində Səid Fərəczadə saxlanılıb.
Araşdırmalar zamanı onun ayrı-ayrı yerlərdən oğruluq etməsinə dair əsaslı şübhələr yaranıb. Səid Fərəczadənin cinayət işi üzrə 14 nəfər zərərçəkən şəxs qismində tanınıb. Onlardan biri də iş adamı Təmkin Əliyevdir.
Qaynarinfo-ya daxil olan məlumata görə, Səid Fərəczadə Təmkin Əliyevə məxsus "Zəngəzur" kafesindən oğurluq edib.
Təmkin Əliyev Qaynarinfo-ya açıqlamasında faktı təsdiqləyib. Lakin detalları açıqlamayıb.
Səid Fərəczadə Cinayət Məcəlləsinin 177.2.2-ci (Oğurluq - təkrar törədildikdə) maddəsi ilə mühakimə ediləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 724 Tarix: 21 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi
2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub
1 oktyabrMənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə
30 sentyabrHəkimi döyüb, xadimənin sümüyünü sındırıb
Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin
30 sentyabrGəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır
Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə
1 oktyabrAzərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb
Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa
30 sentyabrProkurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi
1 oktyabr