"Qarabağ" Xankəndidə keçirilən tarixi oyunda Nəriman Axundzadənin qolu ilə MOİK-i məğlub etdi - YENİLƏNİB/VİDEO

"Qarabağ" Xankəndidə keçirilən tarixi oyunda Nəriman Axundzadənin qolu ilə MOİK-i məğlub etdi - YENİLƏNİB/VİDEO"Qarabağ" matça əlavə olunmuş 5-ci dəqiqədə Nəriman Axundzadə ilə qol vuraraq Azərbaycan Kubokunda MOİK-i 1:0 məğlub edərək 1/4 final mərhələsinə vəsiqə qazanıb.

***14.50

"Qarabağ"-MOİK oyunun ilk hissəsi 0:0 hesabı ilə başa çatıb.

**14.01"Qarabağ" və MOİK komandaları arasında Xankəndidə keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu başlayıb.

Xankəndi şəhər stadionundakı qarşılaşma az öncə start götürüb. Topa ilk toxunuşu Prezident İlham Əliyev edib.

Matçı Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası edir. Bu oyunun qalibi 1/4 finalda "Sabah"la üz-üzə gələcək.

Xankəndidəki görüş işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol oyunudur.

***13:53

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi stadionunda çıxış edir.

Dövlət başçısı çıxışından sonra stadiondan "Qarabağ" - MOİK oyununu izləyəcək.

***13.46

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın "Qarabağ" və Bakının MOİK komandaları arasında baş tutacaq oyunu izləmək üçün Xankəndi şəhər stadioununa gəliblər.

Həmin çıxışı təqdim edirik:

***13.44

Azərbaycan Kubokunun 1/8 final mərhələsində üz-üzə gələn "Qarabağ" və MOİK klublarının futbolçuları meydana daxil olublar.

Futbolçuları Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərin övladları müşayiət edir.

***13:33

Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçiriləcək "Qarabağ" - MOİK matçını idarə edəcək hakimlərlə bağlı maraqlı məlumatlar var.

Qol.az-ın əldə etdiyi xəbərə görə, AFFA və Peşəkar Futbol Liqası təyinatlar zamanı müəyyən həssas məqamları nəzərə alıb.

Belə ki, Xankəndi şəhər stadionunda keçiriləcək qarşılaşmanın referisi Əli Əliyev 44 günlük Vətən müharibəsinin fəal iştirakçılarından olub. Bundan başqa, matçın dördüncü hakimi Kamal Umudlu və yan xətt hakimi Taleh Məmmədov da İkinci Qarabağ müharibəsinin veteranlarındandır.

Matçın hakim-inspektoru Munis Abdulayev isə bir vaxtlar Xankəndinin "Qarabağ" komandasında oynayıb. O, daha sonra Azərbaycan çempionatlarında hakimlik edib. Hazırda isə M.Abdullayev hakim-inspektor kimi fəaliyyət göstərir.

***12:53

Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində bu gün üz-üzə gələcək "Qarabağ" və MOİK klublarının start heyətləri açıqlanıb.

Komandalar Xankəndi şəhər stadionunda oynanılacaq matçda meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Qarabağ": 23. Luka Quqeşaşvili, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 4. Rahil Məmmədov, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 20. Riçard Almeyda, 90. Nəriman Axundzadə, 19. Redon Cica, 17. Hamidu Keyta, 18. Juninyo

Baş məşqçi: Qurban Qurbanov

MOİK: 1. Zeynal Əhmədzadə, 97. Fərid Abbaslı, 3. Nicat Əskərov, 20. Nurlan Bayramov, 4. Ülvi İbazadə, 6. İsa Zeynallı, 8. Ramil Orucov, 10. Xəyal Bədirov, 11. Elvin Vəliyev, 77. Elmir Rəhimzadə, 17. Sabir Allahquliyev

Baş məşqçi: Qəzənfər Abbasov

Qeyd edək ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 ildən sonra keçirilən ilk futbol matçı kimi tarixə düşəcək görüş saat 14:00-da başlayacaq.

***12:02

Azərbaycan Kubokunda 1/8 final mərhələsi çərçivəsində "Qarabağ" - MOİK oyunu start götürəcək.

Xankəndi şəhər stadionunda baş tutan qarşılaşmanı Əli Əliyevidarə edəcək.

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin "Qarabağ" - MOİK oyununun keçiriləcəyi Xankəndi stadionu tarixi matça hazırlanır.

Baku TV-nin əməkdaşları stadiondakı son durumu canlı yayımla çatdırırlar:


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1262   Tarix: 21 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Vikinq" futbolçusu Ola Vistedi icarəyə verib

Sabahın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Norveçin "Vikinq" komandasının futbolçusu Ola Vistedi cari mövsümün sonunadək KFUM-a icarəyə verilib. "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçunun paytaxt komandası ilə icar

12 sentyabr
.

Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?

Türkiyə superliqa təmsilçisi "Erzurumspor"un hücumçusu Nəriman Axundzadə Azərbaycan millisinin heyətindən kənarda qalıb. -a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu bu gün milli komandanın Tacikistanla yoxlama, Litva və Lixtenşteynlə UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan 30 nəfərli

18 sentyabr
.

İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub

İspaniyanın "Atletik" klubunun forvardı İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub. "Report" xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. İdmançı millini təmsil etməkdən böyük qürur duyduğunu bildirib və bu müddətdə ona dəstək ola

12 sentyabr
.

"Sabah"ın ev oyunları biletlərinin vahid formada satışının səbəbi açıqlandı

"Sabah"ın UEFA Çempionlar Liqasında 4 ev oyununun biletlərinin vahid formada satışa çıxarılmasının səbəbi açıqlanıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov açıqlama verib. O bildirib ki, əsas məqsəd Çempionlar Liqasında "Sabah"ı

22 sentyabr
.

Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı

"Qarabağ"ın sabiq qapıçısı Mateuş Koxalski "Qarabağ"dan ayrılmaq səbəbi haqqında danışıb. "Qafqazinfo" xəbər verir ki, o, karyerasını Avropada qurmaq üçün Azərbaycan təmsilçisini tərk etdiyini bildirib. "Mən Avropaya qayıtmaq istəyirdim. Nəzəri olaraq, Azərbaycan avrokuboklard

22 sentyabr
.

Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)

"Atam nigeriyalı, anam azərbaycanlıdır. Bir azərbaycanlı kimi çox istərdim ki, Azərbaycan millisində oynayım". Qaynarinfo xəbər verir ki, bu sözləri ASAN TV-yə müsahibəsində "Qarabağ"ın U-14 komandasının hücumçusu Ceyms Eziasi deyib. Azərbaycanda doğulub böyüyən yeniyetmə hücumç

12 sentyabr
.

Şahruddin milliyə çağırılmadı

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov komandanın heyətini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, çalışdırıcı ümumilikdə 30 futbolçuya dəvət göndərib. Qeyd edək ki, millimiz yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsind

18 sentyabr
.

F1-də qaydalar dəyişir - Məsafə də azaldılacaq

"Formula-1" 2027-ci il mövsümündən etibarən Qran-pri yarışlarının maksimum məsafəsinin 305 kilometrdən 290 kilometrə endiriləcəyini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, yeni qaydalar yağış və ya insidentlər səbəbindən dayandırılan və ya təxirə salınan yarışlara da şamil ediləcək

22 sentyabr
.

Şahin Mustafayev yenidən federasiya prezidenti seçildi

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti seçilib. ASTF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şahin Mustafayev qarşıdakı 4 il ərzində də bu vəzifəni icra edəcək. Qeyd edək ki, Ş.Mustafayev 2014-c

16 sentyabr