"Televiziyalar bayağı hərəkətlər ilə həqiqi informasiyadan çox uzaqlaşıblar" - EKSPERT
Dünyada ənənəvi jurnalistika öz formasını dəyişir. Televiziya kanalları rəqəmsal platformalar qarşısında öz mövqeyini itirdikcə, daha çox əllərində olan başqa variantlardan istifadə edirlər. Son zamanlar bəzi televiziya kanallarında yayımlanan verilişlərdə efir mədəniyyətinə xas olmayan hərəkətləri, bayağılığı nümayiş etdirirlər. Bu kimi hallara verilişlərdə qonaqların üzərində olan geyimlərin qiymətlərinin soruşulması, şou xatirinə edilən davranışlar aiddir. Bu kimi hallar tamaşaçılar tərəfindən birmənalı qarşılanmır. Bunlardan biridə şou-biznesin məşhur cütlüyü müğənnilər Musa Musayev və Təranə Qumral efirdə etdikləri hərəkətləri ilə gündəmə səs salmasıdır. Belə ki, Musa Təranəni qucağına alıb və hündürlüyə qaldırıb. Onun bu hərəkəti isə sosial şəbəkələrdə müzakirə olunub.
Mövzu ilə bağlı, jurnalist-vəkil Ələsgər Məmmədli açıqlama verib. Onun sözlərinə görə, bu mövzu çox şaxəli mövzudur və bir tərəfi yoxdur:
"Məsələ sadəcə efirdə davranış yaxud ifadə və hərəkət deyil. Məsələ televiziyanın mövzu baxımından nə qədər keyfiyyətli kontent təqdim edib-etməməsidir. Ola bilər ki, bir nəfər çox yaxşı kostyum geyinib, yaxşı qalstuk taxır. Amma danışanda yalan danışır, verdiyi məlumatın heç bir əsası yoxdur və propaqanda ilə məşğuldur. Buda efir mədəniyyətsizliyidir. Hərəkətlərinə baxmamaq və bayağı danışmaq, mədəniyyət sərhədlərindən kənara çıxmaq, jarqon ifadələrdən istifadə etməkdə eyni nəticədir".
Ekspert bildirib ki, efir mədəniyyəti dedikdə bəzənmək və gözəl cümlələr işlətmək deyil. Eyni zamanda doğrusunu danışmaq, balanslı olmaq və obyektiv yanaşmadır:
"Azərbaycanda təəssüf ki, birincini daha çox üzərinə gedilir və deyilir ki, efirə yaraşmayan hərəkətlər edilir. Məsələn: şpaqat açılır, ailə təhqir olunur, "dram" yaradılır və s. Amma nədənsə əsas bilavasitə televiziyanın öz funksiyası olan, əslində cəmiyyətə doğruları çatdırmaq olan məsələdən kənar hərəkət edərək gecə gündüz 24 saat propaqanda ilə məşğul olanlar, böhtan atanlar müzakirə predmeti olunmur. Ona görə düşünürəm ki, həqiqətən televiziya cəmiyyətin aynası olmaq istəyirsə, sosial, hüquqi, iqtisadi problemləri efirə daşıya bilməlidir. Cəmiyyətdə olan fərqli siyasi görüşləri efirlərə verilməlidir. Problemlərin həlli ilə bağlı gerçək müstəvi olmalıdır. Problemlərlə bağlı gerçək müstəvi olmalıdır. Əsas məsələ tərəflərə müstəvini yarada bilməlidir. Belə olarsa, televiziyalar həqiqətən itirdikləri reytinqi və imici qaytara bilərlər.
Ələsgər Məmmədli qeyd edib ki, Azərbaycan cəmiyyətində insanlar arasında televiziya informasiya təminatı aspektindən yer tutmur:
"Daha çox sosial media üstün gəlir. Buna görə televiziyalar həqiqi informasiya təminatı funksiyasından çox uzaqlaşıblar. Həm bu bayağı hərəkətlər , həm də qeyr-peşəkar verilişlər bu amillər daxildir. Problemləri aradan qaldırmaq və sosial mediada uduzduğu yeri bərpa etmək üçün peşəkar olmaq lazımdır".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar