Tatar dilini məşhurlaşdıran, Azərbaycanda populyarlıq qazanan KRİMİNAL SERİAL

Tatar dilini məşhurlaşdıran, Azərbaycanda populyarlıq qazanan KRİMİNAL SERİAL1980-ci illərdə Kazanda yeniyetmə və gənclərdən ibarət kriminal dəstələrin həyatından bəhs edən "Oğlanın sözü. Asfaltda qan" serialı tək Rusiya deyil, keçmiş postsovet məkanında da geniş rezonans doğurub.

Lent.az Azərbaycanda da kifayət qədər izləyici kütləsi toplamış və yaxın tarixə əsaslanan kriminal serial barədə əsas məqamları xatırladır.
Tatar dilini məşhurlaşdıran, Azərbaycanda populyarlıq qazanan KRİMİNAL SERİALSerial "Start" onlayn kinoteatrı tərəfindən "Toomuch Production" kinoşirkəti, "Milli Media Qrup" və Rusiyanın "İnternetin İnkişafı İnstitut" tərəfindən müştərək çəkilib. Rejissor Jora Krıjovnikov tərəfindən çəkilən serialın ilk sezonunun premyerası noyabrın 9-da keçirilib və ümumilikdə 8 seriyadan ibarət olacaq.

"Oğlanın sözü. Asfaltda qan" serialı 1980-ci illərin sonunda Sovet İttifaqının Tatarıstan regionunun mərkəzi Kazanda baş qaldıran və "Kazan fenomeni" adını alan cərəyandan bəhs edir.

Doğurdan da, tarixə baxsaq o dövrdə Kazanda və bəzi ətraf şəhərlərdə gənclərdən ibarət kriminal dəstələr yaşayış yeri əsasında formalaşırdı. Həmin dəstələr digər cinayətkar dəstələrdən sərt ierarxiya sistemi, üzv sayının çoxluğu və addımlarının mütəşəkkilliyi ilə seçilirdi.
Tatar dilini məşhurlaşdıran, Azərbaycanda populyarlıq qazanan KRİMİNAL SERİAL70-80-ci illərdə Kazanda "Boriskovo", "Qryaz", "Jilka", "Kaluqa", "Pervaki", "Hadi Taktaş" və s. yeniyetmə qruplaşmalar mövcud idi.

Yeniyetmələrdən ibarət həmin dəstələrin hər biri öz məhləsini, yaşadığı rayonu qorumaq üçün qarşı tərəflə kütləvi davalar edirdi və bunu "asfalt üstündə müharibə" adlandırırdı.

Belə kütləvi davalarda bəzən yalnız əl-ayaqdan deyil, bıçaq, beşbarmaq, dəyənək və odlu silahdan da istifadə edilirdi.

Belə davalarda bəzi hallarda insan ölümü faktı da qeydə alınırdı.
Tatar dilini məşhurlaşdıran, Azərbaycanda populyarlıq qazanan KRİMİNAL SERİALSovet İttifaqının dağılması ilə həmin yeniyetmə cinayətkar dəstələrin əksəriyyəti dağılsa da, "Qryaz", "Jilka" və "Hadi Taktaş" kimi qruplaşmalar bazar iqtisadiyyatı şəraitində uyğunlaşdı və sahibkarlar üçün kabusa çevrilən mütəşəkkil cinayətkar dəstələrə çevrildi.

"Oğlanın sözü. Asfaltda qan" serialı məhz 80-ci illərdə Sovet İttifaqında, fərqi sahibkarlığın və mütəşəkkil cinayətkarlığın yeni təşəkkül tapmağa başladığı dövrü əhatə edir. Detallı işlənmiş, dövrünün məişətini, ictimai və sosial durumunu, əhval-ruhiyyəsini ustalıqla əks etdirir.

Buna ssenarinin tatar jurnalist Robert Karayevin "Oğlan sözü. Kriminal Tatarıstan 1970-2010-cu illərdə" sənədli kitabı əsasında hazırlanması da önəmli rol oynayıb.

Serial Sovet İttifaqının keçmiş geyim, məişət atributikasını populyarlaşdırıb. Amma mədəni təsir təkcə bununla məhdudlaşmayıb. Qəribə də olsa, "Oğlanın sözü. Asfaltda qan" serialı tatar dilinin də populyarlaşmasına təkan verib.

Belə ki, serialın hər epizodunda səslənən və "Aiqel" qrupu tərəfindən ifa olunan "Pıyala" mahnısı Rusiyanın musiqi çartlarından və Shazam-ın top hitlər sıralamasında ilk pillədə qərarlaşıb.

Amma "Oğlanın sözü. Asfaltda qan" serialı uğurlu və yüksək reytinqli serial olsa da, onun cəmiyyətə, xüsusən də yeniyetmələrə ötürdüyü mesaj mübahisələrə yol açdı. Bəziləri serialı zorakılığı romantikləşdirməkdə, yeniyetmələri cinayətə sövq etməkdə ittiham etdi.
Tatar dilini məşhurlaşdıran, Azərbaycanda populyarlıq qazanan KRİMİNAL SERİALTəsadüfi deyil ki, Tatarıstan rəhbərliyi ölkənin qaranlıq tarixi və xoşagəlməz tarixi barədə serialın Kazanda çəkilməsinə icazə vermədi. Bütün çəkilişlər Rusiyanın başqa regionunda – Yaroslavl şəhərində çəkilib.

"Biz ölkə rəhbərliyinə çatdırmalıyıq ki, bu cür filmlər bizim apardığımız siyasətə uyğun gəlmir", - deyə Tatarıstan Prezidenti Rüstəm Minnixanov çıxışında deyib.

Tatarıstan "Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (Roskomnadzor) onun zorakılığın təbliğatı ilə məşğul olmasına dair müraciət edib.

Daha bir qalmaqal, serialın 7 və 8-ci seriyalarının yayımdan bir neçə gün öncə internetə sızdırılması ilə bağlı oldu.

Amma serialın rejissoru Jora Krıjovnikov final seriyasının bəzi səhnələrini yenidən çəkdi və dekabrın 21-də serialın 1-ci sezonunun son seriyası nümayiş etdirildi.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1171   Tarix: 22 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rənglərin möhtəşəmliyi: Avropada "qızıl payız"ın ən uzun sürdüyü 10 məkan

Avropanın bəzi bölgələrində parlaq payız rəngləri hətta noyabr ayına qədər qorunub qalır. Payızda Avropanın böyük hissəsi rəngarəng mənzərəyə bürünür. Ağacların yaşıl yarpaqları sarı, narıncı və tünd qırmızı çalarlara çevrilir. Bir çox turist də bu gözəlliyi görməyə çalışır, çünki qədim qalalar və tarix

21 sentyabr
.

Ərinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO

Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"

21 sentyabr
.

Bir fincan qəhvədə gizlənən sirr - ARAŞDIRMA

Qəhvənin insan orqanizmi üçün əvvəllər düşünüldüyündən daha çox faydası ola bilər. Alimlər müəyyən ediblər ki, kofein hüceyrələrin qədim müdafiə mexanizmlərini aktivləşdirə bilir. xarici mediaya istinadən xəbər verir ki, qəhvə hüceyrələrin sağ qalmasına kömək edən əsas mexanizmlərdən birini işə sal

21 sentyabr
.

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri

20 sentyabr
.

30 dollara almışdı - 150-250 min dəyəri var imiş

ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"

21 sentyabr
.

Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər: aktiv edin

Müasir smartfonlar yalnız zəng etmək və mesaj göndərmək üçün nəzərdə tutulmayıb. Təhlükəli vəziyyətdə bu cihazlar təcili xidmətlərlə əlaqə saxlaya, istifadəçinin yerini ötürə, yaxınlarını məlumatlandıra və mümkün təhlükə barədə xəbərdarlıq edə bilər. xarici mediaya istinadla xəbər verir ki, "Popula

22 sentyabr
.

Süni intellekt modelləri mürəkkəb maliyyə hesablamalarında səhvlərə yol verirlər - Araşdırma

"Saturn" texnologiya şirkəti ən geniş yayılmış süni intellekt modellərinin ("ChatGPT", "Claude", "Copilot", "Grok", "Gemini" və digərləri) maliyyə tapşırıqlarının öhdəsindən necə gəldiyini təhlil edib. xəbər verir ki, tədqiqatın nəticələrin

21 sentyabr
.

Maqnitlə işləyən soyuducu - qazsız soyudur

Almaniyada fəaliyyət göstərən "Magnotherm" startapı məhsulları ənənəvi soyuducu qaz əvəzinə maqnit sahəsinin köməyi ilə soyudan yeni soyuducu hazırlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Darmştadt Texniki Universitetinin bazasında yaradılan şirkətin hazırladığı sistem maqnitokalori

22 sentyabr
.

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə

19 sentyabr