Hansı hallarda uşaqlar validenlərindən alına bilər? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, uşaq üçün birbaşa təhlükə olarsa, uşaq valideynlərdən alınacaq. bununla bağlı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin keçirilən iclasında müzakirə edilən "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir.
Mövzu ilə bağlı hüquqşünas Şamil Paşayev Sonxeber.az-a açıqlama verib. Onun sözlərinə uşaqların qayğısına qalmaq, uşaqların tərbiyəsi ilə məşğul olmaq valideynin borcudur və onu yerinə yetirməlidir. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər:
"Uşağın sağlamlığı və həyatı üçün birbaşa təhlükə olduqda icra hakimiyyətinin qəyyumluq və himayə orqanı övladı valideynlərindən almaq hüququna malikdir. Uşağın valideynindən alınması akt əsasında həyata keçirilir. Bundan sonra icra hakimiyyəti dərhal prokurorluğa məlumat verməli və uşaq sığınacağa yerləşdirilməlidir. Daha sonra valideynlik hüququnun məhdudlaşdırılması və ya bu hüquqdan məhrumetmə olacaqsa, icra hakimiyyəti məhkəməyə də müraciət etməlidir".
Hüquqşünas bildirib ki, öz valideynlik vəzifələrini yerinə yetirmədikdə aşağıdakı hallara əsasən valideynlik hüququndan məhkəmə qaydasında məhrumetmə mümkündür:
"- Alimenti qəsdən ödəmədikdə;
- Heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə;
- Valideynlik hüquqlarından sui-istifadə etdikdə;
- Uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;
- Xroniki alkoqol və narkomaniya xəstəsidirsə;
- Uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1091 Tarix: 22 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə
2 oktyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabrMənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə
30 sentyabrTemperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabrGəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır
Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə
1 oktyabr"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə
1 oktyabrZaqatalada zəlzələ oldu
Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib
1 oktyabr