Milli Məclis "Aviasiya haqqında" yeni qanunu təsdiqləyib

Milli Məclis "Aviasiya haqqında" yeni qanunu təsdiqləyibMilli Məclisin bu gün keçirilən plenar iclasında "Aviasiya haqqında" yeni qanun üçüncü oxunuşda qəbul edilib.

Sonxeber.az-ın xəbərinə görə, qanun 15 fəsil və 68 maddədən ibarətdir.

Qanunda göstərilib ki, aviasiya sahəsində daşıyıcı yükü qəbul etdikdən sonra 3 ay ərzində onu sahibinə çatdırmazsa, yük əksi sübut edilənə qədər itirilmiş sayılacaq. İtirilmiş və yaxud məhv olmuş yükün dəyəri tam ödəniləcək.

Sənəd hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyir, aviasiyada təhlükəsizliyin, o cümlədən dövlətin müdafiəsinin, əhalinin və iqtisadiyyatın hava daşımaları və aviasiya işləri ilə əlaqədar ehtiyaclarının təmin edilməsi üçün həyata keçirilən tədbirlərin hüquqi və təşkilati əsaslarını müəyyən edir.

Qanunda aviasiya sahəsində dövlətin əsas məqsəd və vəzifələri müəyyən edilib. Təhlükəsizliyin gücləndirilməsi, icazələrin sadələşdirilməsi və şəffaflaşdırılması, hər kəs üçün bərabər imkanların yaradılması, ədalətli rəqabətin təmin edilməsi ilə bağlı məsələlər öz əksini tapıb.

Sənəddə "Hava limanları, aerodromlar və helikopter meydançaları" adlı, habelə axtarış və xilasetmənin təşkili ilə bağlı ümumi tələbləri özündə əks etdirən yeni fəsillər əlavə olunub. Layihədə, həmçinin beynəlxalq təcrübəyə uyğun olaraq hava gəmilərinin dövlət uçotunun aparılması və qeydiyyat sertifikatlarının verilməsi ilə əlaqədar müddəalar yer alıb. Hava daşımaları fəslində təkmilləşdirmələr aparılıb. Bununla yanaşı, layihədə mülki pilotsuz uçuş aparatlarına dair yeni fəsil əlavə edilib. Əlavədə bu aparatların layihələndirilməsi, istehsalı, istismarı üçün ümumi tələblər müəyyən olunur.

Qanunda mülki pilotsuz uçuş aparatı sistemlərinin istismarı sahəsində xidmətlərə və yaxud hüquqi hərəkətlərə görə dövlət rüsumlarının müəyyən edilməsi nəzərdə tutulur. Mülki pilotsuz uçuş aparatlarının layihələndirilməsinə və istehsalına dair tələblərin müəyyən edilməsi də nəzərdə tutulur.

Sənədə əsasən, həmin tələblər aşağıdakılardır:

- pilotsuz uçuş aparatı sistemləri əməliyyatının iştirakçısının, havada və yerdə olan pilotsuz uçuş aparatı sistemləri əməliyyatının iştirakçısı olmayan şəxslərin, o cümlədən mülkiyyətin təhlükəsizliyini təmin etməli;

- istənilən uçuş şəraitində yarana biləcək risklərə mütənasib davamlılıq nümayiş etdirməli;

- istismar olunduğu istənilən şəraitdə, həmçinin sistemlərin biri, yaxud bir neçəsində nasazlıq baş verdikdə, təhlükəsiz idarə edilə bilən və manevr qabiliyyətinə malik olmalı;

- onların mühərrikləri, pərləri, hissələri, quraşdırılmamış avadanlığı və məsafədən idarə edilməsi üçün avadanlığının bütün istismar şəraitlərində saz işləməsi, habelə hər hansı nasazlıq zamanı yerdə olan üçüncü şəxslərin və digər hava məkanı istifadəçilərinin təhlükəsizliyinə qarşı yarana biləcək riskləri azaltmalı;

- pilotsuz uçuş aparatını məsafədən idarə etmək üçün nəzərdə tutulmuş avadanlıqları ilə uçuş əməliyyatlarını asanlaşdırmalı, habelə ehtimal olunan hər hansı vəziyyət və fövqəladə halların idarə edilməsini mümkün etməli.

Müzakirələrdən sonra qanun səsverməyə çıxarılaraq III oxunuşda təsdiqlənib.

Qeyd edək ki, hazırda Azərbaycanda 2005-ci ildə qəbul edilmiş "Aviasiya haqqında" qanun qüvvədədir. Bu illər ərzində avasiya sahəsində baş verən böyük texnoloji yeniliklər və bu sahədə geniş tənzimləməyə ehtiyac yeni qanunun qəbul edilməsini şərtləndirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 746   Tarix: 22 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə

2 oktyabr
.

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcını

1 oktyabr
.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30 sentyabr
.

Bakıda evlər yenidən bahalaşır: Qiymətlər daha nə qədər arta bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda mənzil bazarında qiymət artımı yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Son dövrlərdə xüsusilə yeni tikililərdə və tələbatın yüksək olduğu ərazilərdə mənzil qiymətlərində artım müşahidə olunur. Qiymətlərin yüksəlməsində tikinti xərcləri, torpaq və təklif-tələb nisbəti ilə yanaşı, alıcıları

30 sentyabr
.

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə

30 sentyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr
.

Gəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır

Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə

1 oktyabr
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

1 oktyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr