Terrorçuların əmlakları dövlətə dəymiş ziyanın ödənilməsinə yönəldiləcək

Terrorçuların əmlakları dövlətə dəymiş ziyanın ödənilməsinə yönəldiləcəkTerrorçuların əmlaklarının dövlətə dəymiş ziyanın ödənilməsinə yönəldilməsi barədə qanuna dəyişikliklər üçüncü oxunuşda qəbul edilib.

Sonxeber.az-ın xəbərinə görə, bununla bağlı Cinayət-Prosessual Məcəlləyə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə cinayət təqibinin qiyabi icraat qaydasında həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxslərin təqsiri məhkəmə hökmü ilə sübuta yetirildikdə, həmin şəxslərin, xüsusilə də sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətləri törətmiş şəxslərin əmlakı cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirə edilməklə zərərçəkənlərə və dövlətə dəymiş ziyanın ödənilməsinə, mülki iddianın təmin edilməsinə yönəldiləcək.

Məcəlləyə "Prosessual sənədlərin rəsmi qaydada verilməsi" və "Cinayət təqibi üzrə qiyabi icraat" adlanan iki yeni fəsil əlavə olunması təklif olunur. Məcəllənin ayrı-ayrı maddələrində cinayət prosesini həyata keçirən orqana çağırış qaydalarını nəzərdə tutan normalar olsa da, qanunda prosessual sənədlərin rəsmi qaydada verilməsini nəzərdə tutan ayrıca maddə və ya fəsil nəzərdə tutulmayıb.

Qeyd edilənə əsasən, Məcəlləyə əlavə edilməsi təklif edilən IV-I fəsildə prosessual sənədlərin çatdırılması, çağırış vərəqəsi, qəbzin məzmunu və prosessual sənədləri qəbul etməkdən imtina qaydaları ətraflı olaraq müəyyən edilir.

Cinayət təqibi qiyabi icraat qaydasında həyata keçirilməmişdən əvvəl cinayət təqibi orqanı ilk növbədə təqsirləndirilən şəxsin cinayət prosesində şəxsən iştirakının təmin edilməsi üçün Məcəllənin 54-1 – 54-4-cü maddələrində (yeni fəsil) nəzərdə tutulmuş qaydada onun cinayət prosesini həyata keçirən orqana çağırılmasını həyata keçirir. Eyni zamanda cinayət təqibi orqanı barəsində cinayət təqibinin qiyabi icraat qaydasında keçirilməsi imkanı barədə təqsirləndirilən şəxsi məlumatlandırır, habelə həmin icraatda özünün seçimi əsasında müdafiəçi vasitəsilə təmsil olunmaq hüququndan istifadə etmək istədiyi halda, müdafiəçisi barədə məlumatları cinayət prosesini həyata keçirən orqana göndərməli olduğunu bildirir.

Təqsirləndirilən şəxsin Məcəllənin 54-1 – 54-4-cü maddələrində nəzərdə tutulmuş qaydada cinayət prosesini həyata keçirən orqana çağırılması nəticə vermədikdə, cinayət prosesini həyata keçirən orqandan gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxsə ittiham elan etmək üçün onun tutulması, axtarışı, eləcə də CPM və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada verilməsi (ekstradisiyası) üçün tədbirlər görülür. LIV-II fəsildə nəzərdə tutulan maddələrdə qiyabi icraatla bağlı digər məsələlər də ətraflı tənzimlənir.

Qeyd edilməlidir ki, qiyabi icraat barədə qərar həm məhkəməyədək icraat, həmçinin birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində aparılan icraat zamanı qəbul edilə bilər. Məhkəməyədək icraat zamanı cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə qərar müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun yuxarı prokurorla razılaşdırılmış təqdimatı əsasında yalnız məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən qəbul olunur.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 586   Tarix: 22 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə

2 oktyabr
.

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcını

1 oktyabr
.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30 sentyabr
.

Bakıda evlər yenidən bahalaşır: Qiymətlər daha nə qədər arta bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda mənzil bazarında qiymət artımı yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Son dövrlərdə xüsusilə yeni tikililərdə və tələbatın yüksək olduğu ərazilərdə mənzil qiymətlərində artım müşahidə olunur. Qiymətlərin yüksəlməsində tikinti xərcləri, torpaq və təklif-tələb nisbəti ilə yanaşı, alıcıları

30 sentyabr
.

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə

30 sentyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr
.

Gəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır

Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə

1 oktyabr
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

1 oktyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr