Gecə saatlarında süni işıq psixikaya belə təsir edir
Monaş Universitetinin nəzdindəki Psixoloji Elmlər Məktəbinin tədqiqatçıları, Avstraliyanın "Terner" Beyin və Psixi Sağlamlıq İnstitutundakı həmkarları ilə birlikdə gecə saatlarında süni işığa məruz qalmağın narahatlıq, bipolyar pozuntu və depressiya kimi zehni xəstəliklərin inkişaf riski ilə əlaqəli olduğunu müəyyənləşdiriblər.
Sonxeber.az xəbər verir ki, tədqiqatın nəticələri "Nature" jurnalında dərc olunub.
Tədqiqatda 86 772 nəfərin Britaniya Biobankından götürülmüş məlumatlarından istifadə edilib. Alimlər yuxunun keyfiyyəti, fiziki fəaliyyət, tədqiqatda iştirak edənlərin zehni sağlamlığı və onlara müxtəlif növ təbii və süni işığın təsiri barədə məlumatları təhlil ediblər.
Nəticələrə əsasən, kompüter və noutbuk ekranları, elektrik lampaları və gecə işığı yayan qurğular kimi qeyri-təbii mənbələrdən çox miqdarda işıq almağın narahatlıq, bipolyar və depressiv xəstəliklərin, həmçinin posttravmatik stress pozğunluğunun inkişaf riskinin artması ilə əlaqəli olduğu ortaya çıxıb. Mütəmadi olaraq süni işığa məruz qalan və az təbii işıq alan insanların öz-özünü məhvə sürükləyən hərəkətlərə meylli olduqları da aşkar edilib.
Gün işığının isə, əksinə, zehni sağlamlıq üçün faydalı olduğu sübuta yetirilib. Gün ərzində çox miqdarda təbii işığa məruz qalan insanlarda depressiya riskinin 20 faiz azaldığı məlum olub./Lent.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1187 Tarix: 22 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabr"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə
1 oktyabrOmbudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI
Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi
30 sentyabrTac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)
Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə
30 sentyabrPakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO
Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay
30 sentyabr