"Nəcməddin Sadıkovun ən zəhləsi gedən adamlardan olmuşam"
"Tərtər işi" ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.
"Qafqazinfo"nun məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda müttəhimlər son söz deyib.
Mühakimə olunan şəxslər heç biri özünü təqsirli bilmir, onlar məhkəmədən bəraət hökmü çıxarılmasını xahiş ediblər.
Müdafiə Nazirliyinin Hüquq İdarəsinin təhqiqat şöbəsinin baş zabiti, təhqiqatçısı vəzifəsində çalışmış İ.Məmmədov son sözündə sabiq Baş qərargah rəisi Nəcməddin Sadıkovun adını çəkib. Məmmədov deyib ki, hadisələr baş verən vaxtlarda Nəcməddin Sadıkovla münasibətləri gərgin olub. O, bu səbəbdən əsassız cəzalandırıldığını deyib: "Nəcməddin Sadıkovun ən zəhləsi gedən adamlardan biri mən olmuşam. Əlacı olsaydı, başımı kəsərdi. Mən nazirlikdən əvvəl Beyləqanda təhqiqatçı işləmişəm. O dövrdə ön xətdə mina partlamışdı. Buna görə təhqiqatçı neyləsin? Məni iclasdan qovdu".
Təqsirləndirilən Ziya Kazımov səhhəti ilə əlaqədar son söz deyə bilməyib. Həkimin rəyi əsasında proses dekabrın 28-ə kimi təxirə salınıb.
Qeyd edək ki, prokuror Bəkir Orucov və Ziya Kazımova 12 il 6 ay, Ülvi Rəşidov və İntiqam Məmmədova 10 il 6 ay, Rahib Məmmədova 8 il 6 ay həbs cəzası tələb edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1040 Tarix: 22 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi
2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub
1 oktyabrMənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə
30 sentyabrHəkimi döyüb, xadimənin sümüyünü sındırıb
Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin
30 sentyabrGəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır
Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə
1 oktyabrAzərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb
Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa
30 sentyabrProkurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi
1 oktyabr