"Dünənki oyun bütün Azərbaycan xalqının sevincinə səbəb olmuş unudulmaz hadisə kimi tarixə həkk olundu" - Cavanşir Paşazadə
Xəbər verdiyimiz kimi dekabr 21-də Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın "Qarabağ" və Bakının MOİK komandaları arasında oyun keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oyundan əvvəl stadionda çıxış edib. Daha sonra isə Dövlətimizin başçısı tarixi oyunu izləyib.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, ilk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirildi:
"Dünənki oyun bütün Azərbaycan xalqının sevincinə səbəb olmuş unudulmaz hadisə kimi tarixə həkk olundu. Cənab prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın oyunu şəhid övladları ilə birgə izləməsi hamımız duyğulandırdı. 30 ildən sonra işğaldan azad olunmuş torpaqlarda keçirilən ilk oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvlərinin iştirak etməsi dövlətimizə onlara göstərdiyi qayğının bariz nümunəsidir. Cənab prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın şəhid övladlarının əhatəsində oyunu izləməsi kadrlarını hər birimiz böyük qürurla izlədik".
Deputat vurğulayıb ki, 30 ildən sonra Fəfutbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var.
"Xankəndi qədim Azərbaycan diyarıdır. Xankəndinin təməli Qarabağ xanı tərəfindən qoyulub. Daha sonra isə Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılıb. Təəssüf ki, 30 il ərzində Xankəndidə separatçılar yuva salmışdılar. Keçən 30 il ərzində də Xankəndi separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi şanlı Azərbaycan ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri Azərbaycan xalqıdır.
Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Qarabağın azad olunması böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər.
Bu gün quruculuq-abadlıq işləri bütün Qarabağda aparılır. Eləcə də Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə. Bilirsiniz ki, Xankəndi stadionu cəmi iki ay ərzində əsaslı təmir olundu. Separatizm simvolikasını əks etdirən bütün yazılar tarixin zibilxanasına atıldı".
Deputat söyləyib ki, bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur:
"Bir neçə aydan sonra Ağdam şəhərində "İmarət" stadionunun yenidən inşa edilməsinə başlanılacaq. "Qarabağ" və Bakının MOİK oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! "Qarabağ" və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması böyük rəmzi məna daşıyır. Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir.
Dünən Xankəndi stadionunda keçirilən oyun bir daha bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır! Xatırlayırsınızsa dörd il bundan əvvəl isə Xankəndi stadionunda bəziləri "Qarabağ Ermənistandır və nöqtə" demişdi.
Tarixi unutmamaqla həqiqətləri yaşadaq. İşğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl - İkinci Qarabağ müharibəsi nəticəsində işğalçılardan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı. Üç ay bundan əvvəl - sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə Azərbaycan Bayrağı ucaldıldı. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır! Bundan sonra bütün Qarabağ torpaqlarında Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Azərbaycanlılar bu torpaqlarda əbədi yaşayacaq!
Dekabrın 24-ü cənab prezident İlham Əliyevin ad günüdür. Bizə böyük zəfərlər yaşadan və dəmir iradəsi, uzaqgörən siyasəti nəticəsində ərazi bütövlüyümüzə nail olan Ali Baş Komandan İlham Əliyevi ad günü münasibətilə də təbrik edir, ona uzun ömür, cansağlığı arzulayıram. Əminəm ki, dövlətimiz cənab prezident İlham Əliyevlə daha böyük uğurlara imza atacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar