"Xankəndidə keçirilən ilk futbol matçı və cənab pezidentimizin topa ilk toxunuşu xalqımızın yaddaşında əbədi qalacaq" - DEPUTAT

"Xankəndidə keçirilən ilk futbol matçı və cənab pezidentimizin topa ilk toxunuşu xalqımızın yaddaşında əbədi qalacaq" - DEPUTAT"Prezident Xankəndi stadionundakı çıxışı və topa toxunuşu ilə bizi də, idman tariximizi də qürurlandırdı".

Bunu Sonxeber.az-a açıqlamasında millət vəkili Tamam Cəfərova bildirib. Millət vəkili qeyd edib ki, Prezidentin "Qarabağ" və MOİK arasındakı qarşılaşmanı Xankəndidə bilavasitə izləməsi idman tariximizin üçün tamamilə yeni və təkrarsız bir mərhələdir:

"Hər şeydən öncə qeyd edim ki, "Qarabağ"-MOİK futbol oyununun Xankəndi stadionunda keçirilməsi faktının özü olduqca qürurverici və əzəmətlidir. Bu fakt vətəndaşlarımız kimi, idmanımızın da doğma torpaqlarımıza, gözəl Qarabağa qayıtdığını göstərir. Bu fakt sübut edir ki, Qarabağ zonası yaxın illərdə sadəcə mühüm sənaye və kənd təsərrüfatı, elm və təhsil mərkəzi olmaqla yanaşı, həm də idman mərkəzi kimi də tanınacaq, öz idman uğurları ilə bütün dünyanın diqqət mərkəzində olacaq.

Prezidentin topa ilk toxunuşunun da rəmzi mənası mövcuddur. Topa ilk olaraq dövlət başçısının toxunması ondan xəbər verir ki, ölkəmizin hər bir bölgəsində olduğu kimi Qarabağımızda da idmanın inkişafının, tərəqqisinin qarantı Prezident İlham Əliyev olacaq".

Millət vəkili Prezidentin futbol matçını şəhid övladlarının əhatəsində izləməsinə də diqqət çəkdi:

"Prezident İlham Əliyevin Xankəndindəki tarixi futbol matçını şəhid övladları ilə birlikdə izləməsi ölkə başçısının şəhid ailələrinə olan sevgi və qayğısından xəbər verir. Bu reallıq bir kəs daha onu söyləməyə əsas verir ki, Prezident İlham Əliyev üçün şəhid ailələri hər zaman hər yerdə öncəlik təşkil edir və dövlət başçısı bununla bütün ictimaiyyətə olduqca mühüm bir mesaj ünvanlayır. Bu mesajn mənası isə odur ki, hər bir vətəndaş şəhid ailələrinə, müharibə veteranlarına diqqət və qayğı ilə yanaşmalı, hər zaman onlara xüsusi diqqət və qayğı gösətrməlidir. Çünki 30 il ərzində erməni işğalı altında qalan torpaqlarımız məhz onların qanı, canı bahasına azad edilib, tarixi ədalət məhz onların fədakarlığı sayəsində bərpa olunub".

Millət vəkili Xankəndidə keçirilən oyunun siyasi baxımdan da böyük məna kəsb etdiyini vurğulayıb:

"Xankəndində Prezident İlham Əliyevin xeyir-duası ilə ilk futbol matçının keçirilməsinin və dövlət başçısının topa toxunuşunun siyasi əhəmiyyəti də çox böyükdür. Bu oyun və Prezidentimizin stadionundakı çıxışı vaxtiylə bu torpaqlarda "Qarabağ Ermənistandır və nöqtə" deyənlərin necə böyük yanlışın içində olduğunu bir kəs daha sübut etdi. Xankəndidə keçirilən futbol matçı növbəti dəfə sübut etdi ki, bu torpaqların əsl sahibi Azərbaycan xalqıdır və bu xalq ermənilərin 30 il ərzində minalarla, sursatlarla çirkləndirdiyi bu torpaqlara yenidən həyat gətirməkdə, həmin torpaqları yerli və beynəlxalq idman ictimaiyyəti üçün sevinc mənbəyinə döndərməkdədir.

Əminəm ki, illər, əsrlər keçsə də Xankəndidə keçirilən ilk futbol matçı, o cümlədən Prezidentimizin topa ilk toxunuşu xalqımızın yaddaşında əbədi qalacaq, xalqımız Vətən müharibəsindəki tarixi qələbləri ilə yanaşı, bu futbol matçı ilə iftixar duyacaq".Millət vəkili Tamam Cəfərova belə deyib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 919   Tarix: 22 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

1 oktyabr
.

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcını

1 oktyabr
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)

Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə

30 sentyabr
.

Nicat Azadlının xanımından ağır ittihamlar - "Övladımı bətnimdə öldürdü..."+Video

Sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. "Qafqazinfo" xəbər verir ki, qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi

2 oktyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

1 oktyabr
.

Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsi və alternativ xidmət modellərinin tətbiqi ordunun komplektləşdirilməsi baxımından yeni imkanlar yarada bilər. Belə bir keçidin mərhələli şəkildə həyata keçirilməsi üçün həm ordunun kadr ehtiyacları, həm də xidmət modellərinin hüquqi və praktik

1 oktyabr